Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-585/2024 22.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X6, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Salyan regional şöbəsinin nümayəndəsi X3, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Salyan regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Salyan regional şöbəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli 27 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş "xxxx" MMC (VÖEN **********) «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək münasibətlərində olduğu 10 nəfər işçinin xeyrinə sığortaçı ilə icbari sığorta müqaviləsinin vaxtında bağlanmasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X14 izahat verərək bildirdi ki, Şəxs MMC barəsində protokolun tərtib ediləcəyi barədə məktub onlara gec çatdırılmışdır, məlumatları olmadığından nöqsanı aradan qaldıra bilməmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Salyan regional şöbəsinin nümayəndəsi X7 izahat verərək bildirdi ki, 2005-ci ilin noyabr ayında qəbul edilmiş qanuna görə sahibkarlıq sahəsində yoxlamalar aparılmır. Onlar tərəfindən sadəcə elektron sistemlər üzərində monitorinq əsasında inzibati xəta aşkar olunarsa protokol tərtib edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Monitorinq nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-də 10 nəfər işçi sığorta olunmamışdır. Onunla bağlı protokol tərtib olunmuşdur. Formalaşmış təcrübəyə əsasən işəgötürənə bildiriş göndərilir, müəyyən müddət verilir ki, həmin müddətə qədər işəgötürən həmin xətanı aradan qaldırsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXXVİ fəslinə aid edilmiş İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan xətalardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin J bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Həmin Məcəllənin 225-ci maddəsinin 2-ci hissəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci bəndinə görə hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri , habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 7.2.1-ci bəndinə görə sığortalının bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi vardır. Göründüyü kimi qanunun tələbinə görə hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-G-36919/2024 saylı «Azmek-LTK” MMC-yə ünvanlanmış məktubdan görünür ki, sözügedən MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokulun tərtib olunmasında iştirak edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə saat 12:00-da X18 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə (Salyan şəhəri, H.Əliyev 107 a, Əlaqə: 021 255 5117,012 ***-**-** daxili 6271 və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuş, həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədləri müzakirə zamanı təqdim olunması tələb olunmuşdur. Poçt göndərişlərinin izlənməsi məlumatdan görünür ki, məktub xx.xx.2024-cü il tarixdə «Azmek-LTK” MMC-yə çatdırılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli istehsalatda bədbəxtdə hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən (AH**********) görünür ki, Şəxs MMC ilə "xxxx" Sığorta Şirkəti ASC arasında istehsalatda bədbəxtdə hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Bu müqavilənin 6.1-ci bəndinə görə müqavilə xx.xx.2024-cü il 12:00:00 AM tarixdə başlayır və müddətsizdir; 6.2-ci bəndinə görə müqavilə sığorta haqqının birdəfəlik və ya ilk hissəsinin ödənildiyi gün ertəsi saat 00:01-dən qüvvəyə minir. İnzibati xəta haqqında protokola əlavə edilmiş istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə 6/28/2024-cü il tarixli AH********** saylı əlavədən görünür ki, sığortalı «Azmek -LTK” MMC -i tərəfindən əmək münasibətlərində olduğu 10 nəfər işçi – X9, X1, X12, X6, X2, X15, X8, X5, X10 və X4 xeyrinə sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2024-cü il tarixli icbari sığorta müqaviləsi bağlanmışdır. Ümumi sığorta məbləği 607,892.30 manat təşkil etmişdir. Ümumi sığorta haqqı 419.40 manat təşkil edir. Beləliklə iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, «Azmek-LTK” MMC əmək münasibətləri davam edən həmin 10 nəfər işçilərin xeyrinə «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icbari sığorta müqaviləsinin bağlanmasının zəruriliyi barədə X18 Xidməti Salyan regional şöbəsi tərəfindən öncədən yəni xx.xx.2024-cü il tarixdə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, sözügedən MMC, barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edildikdən sonra yəni xx.xx.2024-cü il tarixdə həmin müqavilənin bağlanmasını təmin etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs "xxxx" MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : ünvan 1 ünvanında yerləşən "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-585/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-585/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver