Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-587/2023 05.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Tərtib edilmiş protokola əsasən Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2209/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, MN MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 3(032)-2209/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsində göstərilən cehiz əmlakları və qızıl-zinət əşyaları və ya onların dəyəri alınaraq tələbkar Mustafayeva (İbrəhimova) Nigar Ənnağı qızına verilməsi qərara alınmışdır. Bu günədək borcundan 5826 manat ödəniş etmişdir. Borcu ödəməkdən yayınmamış, maddi imkansızlığı səbəbindən, himayəsində 2 azyaşlı (əkiz) övladı olduğundan borcu ödəyə bilməmişdir. Hazırda borcundan 300 manat ödəmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2209/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs icra sənədində göstərilən cehiz əmlakları və qızıl-zinət əşyaları və ya onların dəyəri alınaraq tələbkar Mustafayeva (İbrəhimova) Nigar Ənnağı qızına verilməlidir. İcra vərəqəsi xx.xx.2019-cu il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və xx.xx.2019-cu il tarixdə isə “icraata başlamaq haqqında” qərar qəbul edilərək borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu Şəxs şöbəyə dəvət olunaraq ona hüquq və vəzifələri izah edilməklə yazılı izahatı alınmış və ondan tələbkara olan borcunu ödənilməsi tələb edilsədə, yazılı və şifahi xəbərdarlıqlar edilsədə heç bir nəticə əldə edilməmişdir. Borclunun əmlak vəziyyətini və digər gəlirlərini yoxlamaq məqsədi ilə edilmiş müvafiq sorğular nəticəsində borclu Şəxs “Salyan Oil Limited” Operating Company-də işləməsi müəyyən edilərək tələb xx.xx.2019-cu il tarixdə borclunun əmək haqqının 50%-i məbləğinə yönəldilmişdir. Lakin daha sonra Ü.İbrahimovun əmək müqaviləsinə xitam verildiyi üçün tutulmaları davam etdirmək mümkün olmamışdır. Bundan sonra icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şirvan şəhər Məhkəməsinə təqdimat verilmiş və məhkəmənin 8(032)-67/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun yaşadığı yeri müəyyənləşdirmək mümkün olmadığından onun barəsində “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi tələbləri əsasında xx.xx.2022-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul edilərək icra edilməsi üçün Şirvan ŞPŞ-nə göndərilmiş və həmin orqan tərəfindən sonuncu barəsində axtarış işi açılmışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilən Şəxs yazılı izahatı alınmaqla icra sənədi üzrə tələbkara olan qalıq 3384 manat borcunu tam şəkildə ödəməsi tələb olunmasına baxmayaraq Şəxs tələbi təmin etməməklə və icra məmurunun qanuni tələbini yerinə yetirməməklə inzibati xəta törətmişdir və onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi əsasında protokol tərtib edilməsi zərurəti yaranmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2209/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən cehiz əmlakları və qızıl-zinət əşyaları və ya onların dəyəri alınaraq tələbkar Mustafayeva (İbrəhimova) Nigar Ənnağı qızına ödənilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2209/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Şəxs 300 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə, borclu Şəxs icra sənədi üzrə əvvəllər müntəzəm olaraq ödənişlər etməsini (hazırki məhkəmə prosesindən əvvəl də borcundan 300 manat ödəniş etmişdir), borcunu gələcəkdə də ödəməkdən boyun qaçırmamasını, əməlinə tənqidi yanaşmasını nəzərə alır və belə qənaətə gəlir ki, onun əməlində icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməməsi tərkibi mövcud deyil və belə olan halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-587/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-587/2023
05.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver