Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-587/2025 11.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28325382 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28325382 inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəmdə olan «Mercedes Benz» 1843 LS yük markalı, 77-GH-45 qeydiyyat nişanlı avtomaşınla günǝmuzd müəyyən yük daşıyaraq ailəsini dolandırır. xx.xx.2025-ci il tarixdə İmişli rayonundan qara qum yükü vurmaqla ərazidən çıxan zaman iri qabaritli nəqliyyat vasitələrinin daşıdığı yüklərin müəyyən edən xüsusi tərəzi vasitəsi ilə çəkilərək nəqliyyat vasitəsi ilə birlikdə 39980 kq çəkidə olması müəyyən edilərək tərəzi qəbzi təqdim edilmişdir. Qeyd edilən tərəzi qəbzindən görünür ki, tərəziyə giriş tarixi xx.xx.2025-ci il saat 04:09-da olması qeyd edilmişdir. Qeyd edilən tərəzinin Azərbaycan Metrologiya İnstitutu Publik hüquqi şəxsi tərəfindən ölçmə vasitələrinin yoxlanması haqqında şəhadətnamə verilmişdir. Daha sonra Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən stasionar postun yaxınlığında quraşdırılmış elektron tərəzi vasitəsi ilə idarə etdiyim nəqliyyat vasitəsinin yükü 42570 kq olması qeyd edilərək barəmdə İXM-nin 353.2-ci maddəsinin tələblərinin pozulması əsası ilə EQ 28325382 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Qeyd edilən cərimə barədə bildiriş ona Bakı şəhəri, Sahil qəsəbəsi ərasizində olarkən gəldi. Qanunsuz cərimə olunmağı ilə bağlı DİN-nin 102 zəng Mərkəzinə zəng vurmaqla daşıdığı yükün çəkisinin müəyyən edilərək yola çıxmağını bildirdi. Daha sonra isə nəqliyyat vasitəsinin sahibi ilə əlaqə saxlayaraq cərimə barədə məlumat vermişdir. Sonradan eyni yüklə Qaradağ rayon Səngəçal qəsəbəsində yerləşən stasionar posta qayıtmışdır. Qayıdarkən stasionar posta qayıtmaqla postda YPX əməkdaşlarına məlumat verdikdə ona cəriməni Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilməsi məlumat verildi. Barəsində tərtib edilmiş elektron qərardan şikayətçi olmaqla Azərbaycan Respublikası DİN- nin 102 zəng Mərkəzinə şikayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə tətbiq etmişdir. Nəqliyyat vasitəsinin yükünün müəyyən edən elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Eyni tarixdə X3 idarə etdiyi «Mercedes Benz» 1843 LS yük markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla eyni çəkili yükü (39650 kq) vurmaqla qalqabaq hərəkətdə olmuşlar. Əjdər Qənbərlinin idarə etdiyi nəqliyyat vasitəsinə cərimə tətbiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Göründüyü kimi ilkin olaraq yüklənmiş yükün çəkisi tərəzi vasitəsi ilə müəyyən edilərək müvafiq qəbz təqdim edilmişdir. Təbii ki, yükün çəkilməsindən sonra artıq olan yükə görə heç kim əlavə cərimə ödənilməsinə yol verməz. Hər ay ərzində yükdaşımalarla (qum daşımalarla) 25 dəfə olmaqla ailəsini dolandırır. Eyni zamanda onunla birlikdə eyni markalı, eyni yükü aparan digər nəqliyyat vasitələri vardır. Bu müddət ərzində daşıdıqları yükün normalardan artıq olması heç vaxt müəyyən edilməmişdir. Digər tərəfdən yüklənmiş yük qara qum olmaqla İmişli rayonu ərazisindən keçən Araz çayından yüklənir. Yüklənən qum sulu olmaqla yol boyu nəqliyyat vasitəsindən su axmaqla yüklənmiş yük 200-250 kq çəkisini itirir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28325382 nömrəli qərar qanunsuz və əsassızdır, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş orqanın əməkdaşı gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətçinin izahatını, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək hesab edir ki, şikayət aşağıda əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2025-ci il tarixli, EQ 28325382 nömrəli qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə M 2 47.9 km. Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində ** GH *** dövlət qeydiyyat nömrəli “Mercedes Benz 1843 LS” yük avtomobili ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat məbləğində cərimə edilmişdir. BA № 419501 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ZG *** qeydiyyat nişanlı, 1843 LS yük markalı, yəhərli dartıcı tipli, buraxılış ili 2008-ci il olan nəqliyyat vasitəsinin yüksüz kütləsi 7435 kq, icazə verilmiş maksimal kütləsi 18000 kqdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28325382 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yükərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin 2 nömrəlinə əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır. Həmin cədvəlin 3.1-ci bəndin üçüncü abzasına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə nəqliyyat vasitələrində icazə verilən ümumi kütlə 40 tondur. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28325382 saylı inzibati tənbeh vermə haqqında qərarında və inzibati xətanın qeydə alındığı fotoşəkildə öz təsdiqini tapmışdır. X5 barəsində tərtib edilmiş EQ 28325382 saylı inzibati xəta haqqında qərarın əsassız olmasını onunla əsaslandırmışdır ki, o, 39650 kiloqramdan artıq olan yükü daşımamışdır. X2 gətirdiyi əsas yuxarıda qeyd edilən qanunvericilik aktları ilə təkzib edildiyindən məhkəmə tərəfindən özünün müdafiə xarakterli müraciət kimi qiymətləndirilmişdir. Belə ki, şikayət verən şəxs tərəfindən tərəzinin qəbzi kimi təqdim etdiyi sənədin heç bir rekviziti olmamış, həmçinin yükü doldurduqdan sonra hərəkətini təsdiq edən müvafiq “GPS”lə təchiz olunmadığından yükün doldurulmasından sonra hərəkətinin yalnız yükü boşaltma istiqamətində olmasını təsdiqləyəcək hər hansı bir sübut təqdim etməmiş, habelə məhkəmə iclasında gətirdiyi dəlillərin hüquqi əsası olmamışdır. Beləliklə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28325382 saylı inzibati tənbeh vermə haqqında qərarı üzrə əhəmiyyətli hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 28325382 saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan, X4 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 28325382 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-587/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-587/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver