Məhkəmə qərarları › İş №3(032)-588/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-588/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-588/2025 04.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlunun sədrliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati tənbeh tətbiq etmə barədə protokolların əsasında qəbul edilmiş qərarların ləğv edilməsinə dair verilmiş şikayətinə baxaraq, məhkəmə müəyyən etdi: X2 03 iyun 2025-ci il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati tənbeh tətbiq etmə barədə protokolların əsasında qəbul edilmiş qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda,şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrində inzibati xətalar haqqında işlər üzrə qəbul edilmiş qərarlardan şikayət və ya protest vermək hüququna malik olan şəxslərin dairəsi, habelə şikayət və ya protest vermək qaydası göstərilmişdir. Həmçinin, işin faktiki hallarından göründüyü kimi hazırkı iş üzrə şikayət vermiş şəxs X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsi halında belə, şikayət ərizəsində tərtib edilmiş olan 28 inzibati inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirir. Qeyd edilən hüquqi aktlar (28 inzibati tənbeh vermə haqqında qərar) üzrə işə isə bir şikayət əsasında bir icraatda baxılması və onlara bir icraat çərçivəsində hüquqi qiymət verilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol şəxsin inzibati tənbehə məruz qalmasını təsdiq edən hüquqi sənəd olmadığından və ondan şikayətin verilmə qaydası və şikayətə baxılma qaydası inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığından, həmçinin, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmalı, şikayət vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş qaydada və buraxılmış müddətin bərpasına dair vəsatətlə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar aldı: X1 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən inzibati tənbeh tətbiq etmə barədə protokolların əsasında qəbul edilmiş qərarların ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş qaydada nöqsanlar aradan qaldırıldıqdan sonra, buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar