Məhkəmə qərarları › İş №3(032)-592/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-592/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-592/2023 16.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Tələbkar Zərərçəkmiş şəxs, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə onun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin, tələbkarın izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə ondan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Banka krediti var. Borcunu hissəhissə ödəyə bilər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatlara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. Borclunun əmlakına yerində baxış keçirmək üçün yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş lakin borcun əvəzinə götürülməli heç bir əmlak aşkar edilməmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)- 24/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Buna baxmayaraq alimenti ödəməmiş və icra sənədi üzrə 1440 manat aliment borcu yaranmışdır. Beləliklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə görə borclu ilə boşanmışlar, həmin qətnamə ilə hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 240 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması müəyyən edilmişdir. Lakin borclu indiyədək heç bir ödəniş etmir, başqa qadınla kirayə ev tutub onunla yaşayır. Borcunun ödənilməsini tələb edir, əks təqdirdə onun barəsində ən ağır tənbeh tədbirinin tətbiqini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-92/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X2 və xx.xx.2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər biri üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 92/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(032)-24/2023 saylı qərardadı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və icrasından boyun qaçırmasını, ziyanın məbləğini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, tələbkarın mövqeyini, borclunun öz əməlinə münasibətini nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 14 (on dörd) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 16 may 2023-cü il tarixdən, saat 12:40-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar