Məhkəmə qərarları › İş №3(032)-593/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-593/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-593/2023 16.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdam rayonu, Qaradağlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» xx.xx.2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X4 döyərək sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsində olmuş, məhkəmə onun xeyrinə qərar qəbul etmişdir. Məhkəmədən çıxıb maşına tərəf getmiş, dostu Tofik Nəsirovla birlikdə gələn vaxt arxadan Vüqar Ağayarov onu çağıraraq nalayiq sözlər demişdir. “Çox məhkəmələrə aparacağam, süründürəcəyəm” deyə ifadələr işlətmişdir. Vüqar ilə aralarında mübahisə Şirvan şəhər Apellyasiya məhkəməsinin qarşısında baş vermişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs ilə münasibətləri normal olmamışdır. Şəxs Ağdam rayonunda tikinti materiallarının satışı ilə məşğul olur. Təxminən 2017-ci ildə ev tikmək üçün Şəxs 3878 manat dəyərində tikinti materialları almış, lakin maddi vəziyyəti pis olduğundan və Fikrət ilə aralarında mübahisə yarandığından pulu ödəyə bilməmişdir. Bundan sonra Fikrət onun barəsində məhkəməyə müraciət etmiş, ilk öncə Fikrətin müraciətinə Laçın rayon məhkəməsində araşdırma getmişdir. Daha sonra isə Şirvan şəhər Apellyasiya məhkəməsi onu prosesdə iştirak etmək üçün dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə dostu Müzəffərlə birlikdə Şirvan şəhər Apellyasiya məhkəməsinə gəlmiş, Apellyasiya məhkəməsi Laçın rayon məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Məhkəmə zalından çıxdıqdan sonra Fikrət ona Müzəffəri nə səbəbə məhkəmə iclasına gətirməsini soruşmuş, o, X10 şəhərində işi olduğunu və bu səbəbdən də onunla birlikdə gəldiyini demişdir. Bundan sonra Fikrət onu təhqir etməyə başlamış, daha sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Fikrət onun üz nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Müzəffər onları sakitləşdirmiş və Fikrət uzaqlaşaraq getmişdir. Fikrət ilə aralarında mübahisə Şirvan şəhər Apellyasiya məhkəməsinin qarşısında baş vermişdir. Mübahisə zamanı ətrafda tanımadığı 10-15 nəfər şəxs olmuşdur. Mübahisə zamanı üz nahiyəsinədn xəsarət almışdır. Hal-hazırda Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs X4 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Şirvan şəhər X12 Təhlükəsizlik bölməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X13 canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 105 nömrəli rəyində qeyd edilmişdir ki, X3 bədən səthində aşkar olunan xəsarətlər ağız boşluğunun sol hissəsinin qançırı- küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir; xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə X5 fiziki zor tətbiq etməklə döyüb bədən xəsarəti yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir; zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X6 ilə barışdıqlarını, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X3 döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar