Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-595/2023 17.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Bununla əlaqədar Şəxs barəsində Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı Qabil Əlizadə tərəfindən 17 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək təxminən 2011-cı ildən Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduğunu, bu münasibətdən 2 övladı olduğunu, Zərərçəkmiş şəxs əsəb sistemində problemlərin olduğunu, tez-tez ona nifrət etdiyini, 2 uşağı olmasa onu öldürəcəyini dediyini, texminən 2 ay öncə aralarında soyuq münasibətlər olduğu uçün ayrı yaşadıqlarını, lakin sonra atası Fəridəni təkrar onun evinə gətirdiyini, bundan sonra Fəridənin onu şərləyərək böhtan xarakterli sözlər dediyini, barəsində əsassız şikayət etdiyini, sonuncu dəfə 2023-cü il 19 mart tarixində onun Fəridəni və qızını döyməsi ilə bağlı DİN-nin 102 xidmətinə və Şirvan şəhər polis şöbəsinə müraciət etdiyini, 18 mart 2023-cü il tarıxdə səhər saat 08 radələrində saat 17 radələrinədək Şirvan şəhər, 1 May küçəsində fəhlə kimi çalışdığını, Fəridə Hüysenovanın barəsində etdiyi şikayətin əsassız olduğunu, həmin zaman digər evlərdə fəhlə kimi çalışdığını, həmin zaman orada olmadığını, Fəridənin qardaşı və atası Hüseynov İlkin və Hüseynov İlqarın ona telefona zəng edərək hədələdiyini və söyüş təhqir etdiyini, övladına və həyat yoldaşına əl qaldırmadığını, Fəridənin ona şər böhtan atdığını, nə həyət yoldaşının nə də onun ailə üzvlərinin onu döymədiyini, lakin onların hədələdiyini və söyüş təhqir etdiklərini göstərmişdir.Hazırda əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, həyat yoldaşı Şəxs ilə 12 ildir rəsmi olaraq ailəli həyatı qurmuşdur. Onların birgə nigahlarından 2 azyaşlı övladları vardır. Onların birgə nikahından ilk övladları olduqdan sonra həyat yoldaşı evdə münaqişə yaratmağa başlamış və dəfələrlə evdə mübahisə zamanı onu evdən qovmuşdur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində o Şəhriyara evin giriş qapısının kilidini dəyişməsi ilə bağlı iradını bildirdirmi, bunun nəticəsində aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Şəhriyar onun üstünə hücum etmişdir. Mübahisə zamanı onun azyaşlı uşaqları araya girərək Şəhriyarın onu vurmamasına çalışmışlar. Lakin Şəhriyar azyaşlı qızı Mələk Cümşüdovanı şillə ilə başından vurmuş və sonradan təkrar onun üstünə hücum edərək başına, qoluna və ayaq nahiyyəsinə əli və ayağı ilə zərbələr vurmuşdur. Nəticədə onun ayaq baş barmağı əzilmiş və dırnağı göyərmişdir. Həmin vaxt uşaqların ağlamağa başladığında Şəhriyar evdən çıxıb getmişdir. Bundan sonra o, polisə müraciət etmişdir. Şəhriyar tərəfindən o dəflərlə döyülmüşdür, lakin o sonuncu dəfə həm uşaqlarına qarşı olan kobud davranışı və onu uşaqlarının yanında döyməsi onu polisə müraciət etməyə vadar etmişdr. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarında olan 15 may 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 aprel 2023-cü il tarixli 152 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol ayağın baş barmağında şişkinlik-qançır küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən 18 aprel 2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1989-cu il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib barəsində 16 (on altı) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 17 may 2023-cü il tarixdə saat 12:55-dən hesablansın. Qərarın icrası Şirvan şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-595/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-595/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver