Məhkəmə qərarları › İş №3(032)-595/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-595/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-595/2024 12.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Şikayət vermiş şəxs X2 inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli EQ 22142945 saylı qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Şikayət vermiş şəxs X2 inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli EQ 22142945 saylı qərardan şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli EQ 22142945 saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli EQ 22142945 saylı qərara əsasən və ona əlavə edilmiş fotoşəkillərə əsasən “inzibati xətanın törədildiyi yer”in Lökbatan qəsəbəsi 14-cü km dairə olduğu müəyyən edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, barəsində qərar çıxarılmış şəxs, yəni X1 rayonu Xanlar küçəsi dalan 5 ev 3 ünvanında qeydiyyatdadır. Göründüyü kimi şikayət vermiş şəxs X3 xx.xx.2024-cü il tarixli EQ 22142945 saylı qərardan şikayətlə “inzibati xətanın törədildiyi yer” üzrə (Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə) və ya barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə (Füzuli Rayon Məhkəməsinə) məhkəməyə müraciət etməli olduğu halda Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Şikayət vermiş şəxs X2 inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli EQ 22142945 saylı qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar