Məhkəmə qərarları › İş №3(032)-598/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-598/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-598/2024 15.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Əli Bayramlı indiki (Şirvan şəhərində) doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi ev 5, mənzil 113 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta hadisənin olması xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdı, saat 14:30 radələrində idarə etdiyi “Mercedes Benz C 200” markalı, **-MB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Şirvan “Elit” ticarət mərkəzinin qarşında saxlayaraq bazara getmiş, qayıtdıqdan sonra orada olan şəxslərdən YPX-nin əməkdaşının onun avtomobilinin şəklini çəkdiyini və həmin DYP əməkdaşının xidməti avtomobilinin nömrəsinin ** YP *** qeydiyyat nömrə nişanlı olduğunu bildirmişdirlər. Bundan sonra o, Şirvan ərazisində olan “Azpetrol” adlanan yanacaq doldurma məntəqəsində avtomobilinə benzin vurmaq üçün yanacaq doldurma məntəqəsinə doğru hərəkət etmişdir. Yanacaq doldurma məntəqəsi istiqamətində hərəkət edərkən “Çıraq petrol” deyilən əraziyə çatmamış həmin DYPB-nin xidməti avtomaşının yol kənarında dayandığını görmüş, avtomobilini saxlayaraq YPX-nin əməkdaşının əyləşdiyi avtomobilə yaxınlaşmış, onun avtomobilinin şəklini nə səbəbə çəkildiyini soruşmuş, polis əməkdaşı da nəqliyyat vasitələrinin dayanacaq yerinə 15 metr məsafədən az dayandığı üçün tərəfindən elektron qaydada protokol tərtib olunduğunu izah etmiş, o isə həmin qayda pozuntusunun göstərilib izah edilməsini tələb etsə də, polis əməkdaşı elektron olduğu üçün göstərə bilməcəyini demiş, aralarında sözlə mübahisə yaranmış və daha sonra polis əməkdaşı PPXB-ni köməyə çağıraraq, guya onun avtomobilini saxlatdırdığını demişdir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Şirvan şəhər Polis Şöbəsinin YPX-nin YPX-i polis baş serjantı X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2024-ci il tarixdə saat 14:30 radələrində M.Ə.Rəsulzadə prospektində Kia Sportace markalı 99-YP132 dövlət qeydiyyat nömrə nişanlı xidməti avtopatrulla xidmətdə olan zaman “Mersedec Benz C 200” markalı **-MB-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerinə 15 metr məsafədən az dayandığı üçün tərəfimdən elektron qaydada protokol tərtib olunmuşdur. Daha sonra H.Əliyev prospektində hərəkətdə olan zaman həmin nəqliyyat vasitəsinin sürücüsü onu saxlatdırıb qeyri-etik davranışlara yol verərək ona tərtib olunan protokola etirazını bildirmişdir. Sürücüyə etdiyi qayda “pozuntusunu izah edib nizam intizama dəvət etməsinə baxmayaraq, sonuncu polisin qanun tələbinə qəsdən məhəl qoymayaraq yersiz səs-küy salaraq ona qarşı təhqiredici ifadələrə yol verərək ona hədə qorxu gəlməyə başlamışdır. Belə olan halda NH-nin vasitəsi ilə PPXB-ni köməyə çağırmlış və həmin şəxsi polis şöbəsinın NH-nə təhvil vermişdir. NH-də məlum oldu kı, həmin şəxs Şəxsdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 iyul 2024-cü il tarixdə, saat 14:35-də inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32-33-cü maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar