Məhkəmə qərarları › İş №3(032)-599/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-599/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-599/2024 15.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Əli Bayramlı indiki (Şirvan şəhərində) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan X3 barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində vətəndaş Elbəniz Azayevanın şikayəti əsasında ünvana gedən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və ünvansız nalayiq ifadələr işlətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, 15 iyul 2024-cü il tarixdə münasibətdə olduğu X7 DİN-nin 102 zəng xidmətinə etmiş olduğu müraciəti ilə əlaqədar polis əməkdaşları onun yaşadığı mənzilə gəlmiş, həmin vaxt sərxoş olmuş, polis əməkdaşları onu şöbəyə dəvət etmiş, o da ilk əvvəl razı olmasa da, sonradan polisin qanuni tələbinə tabe olaraq polis bölməsinə gəlmişdir. Polis əməkdaşına heç bir tabesizlik göstərməmiş, nalayiq ifadələr işlətməmişdir. Hazırda əməlindən peşmandır. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Şirvan şəhər Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X12 məhkəmə iclasında izahatında bildirdi ki, 15 iyul 2024-cü il tarixdə saat 12:00-da şirvan ŞPŞ-nə DİN-nin “102” xidmətindən X7 döyülməsi ilə bağlı daxil olmuş əlumatla əlaqədar Şirvan şəhəri, M.Maqamayev ev 23 küçəsində yerləşən yaşayaın evinə getmiş, orada Azayeva Elbənizin qeyri-rəsmi münasibətdə olduğu Müşfiq Adlı şəxs səbəbsiz yerə səs-küy salaraq nalayiq söyüşlər söyməklə Azayeva Elbənizi təhqir etdiyini görmüşdür. O və digər polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etsələr də, həmin şəxs onun və digər polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq nalayiq söyüşlər söyərək öz qərəzli hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə tabesizlik göstərmişdir. Bu səbəbdən həmin şəxslər tərəflərindən Şirvan ŞPŞ-nin Növbətçi hissəsinə gətirilmişdir. Növbətçi hissədə məlum olduki, həmin şəxs Şirvan şəhər sakini X5r.Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X2 Vüqar Vahid oğlu ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində vətəndaş Elbəniz Azayevanın şikayəti əsasında ünvana gedən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və ünvansız nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il il tarixli, 196 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X4 alkoqol sərxoşluğunun orta dərəcəsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində vətəndaş Elbəniz Azayevanın şikayəti əsasında ünvana gedən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və ünvansız nalayiq ifadələr işlətmişdir. Bununla da, X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xata haqqında protokol tərtib edilmiş şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hal olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar