Məhkəmə qərarları › İş №3(032)-6/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-6/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-6/2023 10.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ xx.xx.1984-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icraatında olan məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin, şahid qismində ifadə vermiş tələbkarın izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-346/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan və X1 qızıl-zinət əşyaları və cehiz əmlakları, onlar olmadıqda isə dəyəri 2810 manat alınaraq tələbkar X3 verilməsi qət edilmişdir. Hazırda borcu tamamilə ödəmək üçün maddi imkanı yoxdur, 2810 manat borcdan 430 manat ödəniş etmişdir. İcra sənədi üzrə borcundan boyun qaçırmır, heç bir yerdə işləmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-346/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclular Şəxs və X1 qızıl-zinət əşyaları və cehiz əmlakları, onlar olmadıqda isə dəyəri 2810 manat alınaraq tələbkar X3 verilməsi qət edilmişdir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra sənədi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatlara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. Borclunun əmlakına yerində baxış keçirmək üçün yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş, lakin borcun əvəzinə götürülməli heç bir əmlak aşkar edilməmişdir. Tərəflərindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən uyğun olaraq xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə verilmiş və məhkəmənin qərarı ilə borclu Şəxs 10 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Şəxs 2810 manat borcdan 430 manat ödəmiş və hazırda 2380 manat borcu qalmışdır. X2 məhkəmə iclasında şahid qismində ifadə vermiş və bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-346/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs və Xankişiyev güloölan Əloğlan oğlundan qızıl-zinət əşyaları və cehiz əmlakları, onlar olmadıqda isə dəyəri 2810 manat alınaraq ona verilməsi qət edilmişdir. Şəxs müvafiq icra sənədi üzrə 2810 manat borcu vardır. Borcun ödənilməsini tələb edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki: Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-346/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb X2na ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. Şirvan şəhər Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 3(032)-1139/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarlarının uzun müddət icra olunmaması və şəxsin uzun müddət qanuni qüvvəsinə minmiş məhkəmə qətnaməsindən icrasından boyun qaçırmasını, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 10 yanvar 2023-cü il tarixdən, saat 16:40-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar