Məhkəmə qərarları › İş №3(032)-60/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-60/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-60/2025 22.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1998-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan X2 (FİN 6JWUB9R) xx.xx.2024-cü il tarixli, EQ/25023449 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X3 xx.xx.2024-cü il tarixli, EQ/25023449 nömrəli elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət vermiş şəxs X3 şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. 1998-ci il buraxılışlı, “VAZ 21099” minik markalı, **-CD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilməsi üçün ona etibarnamə verilmişdir. xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, qeyd edilən nəqliyyat vasitəsi ilə ünvan 3 ünvanı üzrə nəqliyyat vasitəsinin idarə edilməsinə görə barəsində EQ/25023449 elektron protokol tərtib edilməklə 400 manat inzibati cərimə edilmişdir. Belə ki, qeyd edilən elektron qərarların araşdırılması barədə müraciət etdikdə barəsində elektron qərarların olması və ödənilməməsi barədə məlumat verilmişdir. Qeyd edilən elektron qərarı poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə almışdır. Elektron qərarın qəbul edilməsini araşdırdıqda ona İXMnin 339.1-1-ci maddəsinin tələblərinin pozmasını qeyd edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 izahat verərək bildirdi ki, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/25023449 saylı elektron qərar qanunsuz və əsassız tərtib edilmişdir. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən edilməlidir. İş materiallarında olan : xx.xx.2024-cü il tarixli, EQ/25023449 saylı nömrəli qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə saat 15:25:29-da xətanın yeri olan Şirvan şəhəri 1 May 66-da ** CD *** dövlət qeydiyyat nömrəli “Vaz 21099 minik” markalı avtomobili ilə nəqliyyat vasitəsini “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 339.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat məbləğində cərimə edilmişdir . Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Hazırda məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarda X1 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası İMX-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş cərimənin məbləği qanunvericilik tərəfindən 50 (əlli) manat həddində müəyyən edilmişdir. Göstərilən bu hal şəxsin törətmiş olduğu inzibati xətaya görə qanunvericilikdə nəzərdə tutulmuş cərimə məbləğindən dəfələrlə artıq məbləğdə inzibati tənbehə məruz qalmasına dəlalət edir ki, bu da yolverilməz olmaqla səlahiyyətli orqan tərəfindən qəbul e dilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olmasının göstəricisidir. Belə olan halda məhkəmə , tətbiq edilən elektron sistem vasitəsi ilə qeydə alınmış, amma ona həmin orqan tərəfindən tətbiq edilən tənbeh həmin maddədə nəzərdə tutulan tənbeh olmamışdır. Ona görə hesab edir ki, hakim X2 tətbiq edilən tənbehi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin sanksiyasına uyğunlaşdırılması qənaətinə gəlir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir . Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/25023449 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 (əlli) manat miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutub, qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/25023449 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 (əlli) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar