Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-600/2024 16.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Şamaxı Dağ-Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı Dağ- Bağırlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 16 iyul 2024-cü il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, 15 iyul 2024-cü il tarixdə saat 23:05 radələrində Şirvan şəhəri Füzuli parkında qanunsuz küçə ticarəti ilə məşğul olmuş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır . İnzibati xəta hadisəsinin olması 16 iyul 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 16 iyul 2024-cü il tarixdə Şirvan şəhəri Füzuli parkında moruq satdığı zaman polis əməkdaşları ona yaxınlaşaraq qanunsuz ticarətlə məşğul olmamasını bildirmişlər, onu polis şöbəsinə dəvət etmişlər. O da onlarla razılaşıb polis şöbəsinə getmişdir. O, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayacaq hansısa hərəkət etməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXBnin polis nəfəri X1 izahat verərək bildirdi ki, 16 iyul 2024-cü il tarixdə Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman bir nəfər şəxsin Füzuli parkında Ford markalı yük avtomobili ilə moruq satdığını, eyni zamanda 6-7 nəfər azyaşlı uşaqları da cəlb etdiyini, həmin uşaqların da moruq satışı ilə məşğul olduğunu müəyyən etmişlər. Ona yaxınlaşaraq etdiyi pozuntunun mahiyyəti izah edilmiş, lakin vətəndaş onlara satılmasa moruqların xarab olacağını bildirmiş, onların qanuni tələbinə tabe olmamış, həmin ərazini tərk etmək istməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X3 izahat verərək bildirdi ki, 16 iyul 2024-cü il tarixdə Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman Füzuli parkında xidmətdə olan polislər onları köməyə çağırmışlar. Ora gedən zaman bir nəfər şəxsin yük avtomobili ilə moruq satmasını, həmçinin azyaşlı uşaqların da əlində moruq satmasını görmüşlər. Həmin şəxs polis şöbəsinə əvvəlcə getmək istəməmiş, lakin sonradan onlarla polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfər X2 izahat verərək bildirdi ki, 16 iyul 2024-cü il tarixdə Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman 6-7 nəfər azyaşlı uşağın əlində qablarda moruq satışı ilə məşğul olmasını görüb, onlara yaxınlaşıb qanunsuz satışın qadağan olunduğunu izah etmişlər, azyaşlı uşaqlar isə satış etmək üçün onlara göstəriş verən şəxsin Şəxs olduğunu bildirmişlər. Şəxs tapdıqları zaman o, polis əməkdaşlarına moruqların satılmadığı halda xarab olacağını bildirərək onlardan meyvəni satmağa icazə vermələrini xahiş etmiş və polis şöbəsinə əvvəlcə getmək istəməmiş, lakin sonradan onlarla polis şöbəsinə getmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 iyul 2024-cü il tarixdə saat 01:15 radələrində inzibati qaydada tutulmuşdur . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa əməlindən səmimi peşman olmasını iş üzrə məsuliyyəti məsuliyyətini yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci, 43-cü, 114-cü, 115-ci, 129-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1986-cı ildə Şamaxı Dağ-Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı Dağ- Bağırlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin və 1 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın və qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-600/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-600/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver