Məhkəmə qərarları › İş №3(032)-600/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-600/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-600/2025 24.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X2-X11 Qida təhlükəsizliyinə nəzarət sektorunun böyük məslətçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası Qida X6-X12 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının Qida X6-X12 Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 1/16 T ünvanında fəaliyyət göstərən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə MN ******* nömrəli, 26 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 xx.xx.2025-ci il tarixli, ŞSRB-161/25 nömrəli qərarına uyğun olaraq plandan kənar yoxlama keçirilməsi nəzərdə tutulmuş, ünvan 2 ünvanında fəaliyyət göstərən vəzifəli şəxs Şəxs əsaslı səbəblər olmadan yoxlamanın aparılmasına şərait yaratmamış və yoxlayıcıları yoxlama aparılacaq sahəyə buraxmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X2-X11 Qida təhlükəsizliyinə nəzarət sektorunun böyük məslətçisi X4 protokolun məzmununa uyğun izahat verdi və bildirdi ki, onların əməkdaşları, həmçinin özü tərəfindən sözügedən obyektdə plandankənar yoxlamanın aparılması məqsədilə baxışın keçirilməsinə sahibkar fiziki şəxs Şəxs tərəfindən şərait yaradılmamışdır. Ona görə də sahibkar vəzifəli şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib olunmuş, buna görə də inzibati xəta haqqında protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Qida X2-X11 nümayəndəsinin və Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 21 may 025-ci il tarixli ŞSRB-161/25 nömrəli yoxlamanın aparılması haqqında qərarından görünür ki, həmin qərarla fiziki şəxs Şəxs məxsus ünvan 2 ünvanında yerləşən “Mil” marketə 22 may 2025-ci il tarixdən 26 may 2025-ci il tarixədək yoxlama aparılması qərara alınmışdır. 22 may 2025-ci il tarixli KY252313348 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkar Şəxs məxsus ünvan 2 ünvanında yerləşən “Mil” marketə xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə yoxlama aparılması qeydə alınmışdır. 22 may 2025-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Qida X2-X11 Qida təhlükəsizliyinə nəzarət sektorunun böyük məslətçisi X4 və aparıcı məsləhətçi X9 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 21 may 2025ci il tarixli ŞSRB-161/25 nömrəli qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışına əsasən Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 1/16 T ünvanında yerləşən “Mil” marketdə plandankənar yoxlamanın keçirilməsi məqsədilə göstərilən ünvanda olmuşlar. Sahibkarlıq subyekti onları marketdə qarşılayaraq yoxlama qərarı ilə tanış olduqdan sonra onları marketdə olan müştərilərlə birgə marketin qapısından kənara çıxararaq qapısını bağlamış və özü də yoxlamanın keçirilməsi ilə əlaqədar şəraitin yaradılmasına dair göstərişlərinə məhəl qoymamışdır. Bir müddət sonra marketin anbarının arxa qapısından çıxaraq “marketi bağladım fəaliyyət göstərmirəm” deyə bildirmişdir. Növbəti dəfə yoxlamanın keçirilməsi ilə əlaqədar qapının açılmasını xahiş etsələr də, o, marketin qapısını açmayaraq yoxlamanın keçirilməsinə şərait yaratmamışdır. Hadisənin baş verməsi ilə əlaqədar aparılan videoçəkilişdə AQTA-nın X7nə aid olan AQTA-086 nömrəli kamera ilə qeydə alınmışdır. 23 may 2025-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Qida X2-X11 Qida təhlükəsizliyinə nəzarət sektorunun böyük məslətçisi X4 və aparıcı məsləhətçi X9 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 21 may 2025ci il tarixli ŞSRB-161/25 nömrəli qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli, KY 252 343 348 nömrəli çıxarışına əsasən Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 1/16 T ünvanında yerləşən “Mil” marketdə plandankənar yoxlamanın keçirilməsi məqsədilə qeyd olunan marketə yaxınlaşan zaman 1 nəfər tanımadıqları şəxs marketin qapısını bağlayaraq yoxlamanın keçirilməsinə maneə yaratmışdır. Həmin şəxsə yoxlamanın keçirilməsinə maneə yaratmamasını bildirsələr də, həmin şəxs marketin işləmədiyini onlara bildirmişdir. Bununla əlaqədar olaraq marketin sahibi ilə telefon əlaqəsi yaratmağa çalışsalar da şəxsin telefon nömrəsinə zəng çatmamışdır. Bununla əlaqədar olaraq yoxlamının keçirilməsi mümkün olmamışdır. Hadisənin baş erməsi ilə əlaqədar aparılan videoçəkilişdə AQTA-nın X7nə aid olan AQTA-090 nömrəli kamera ilə qeydə alınmışdır. 26 may 2025-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Qida X2-X11 Qida təhlükəsizliyinə nəzarət sektorunun böyük məslətçisi X4 və aparıcı məsləhətçi X9 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 21 may 2025ci il tarixli ŞSRB-161/25 nömrəli qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli, KY 252 343 348 nömrəli çıxarışına əsasən Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 1/16 T ünvanında yerləşən “Mil” marketdə plandankənar yoxlamanın keçirilməsi məqsədilə qeyd olunan marketdə olmuşlar. Keçirilən baxış zamanı marketin qapısının bağlı olduğu müşahidə edilmişdir. Sahibkarlıq subyekti Şəxs ilə mobil telefon əlaqəsi yaratmağa çalışsalar da, onun ***-***- **-** nömrəli mobil telefon nömrəsinə zəng çatmamışdır. Buna görə də yoxlamanın keçirilməsi mümkün olmamışdır. Müşahidə prosesi AQTA-089 nömrəli videokamera ilə qeydə alınmışdır. Akt 17:01 radələrində tərtib olunmuşdur Azərbaycan Respublikasının İXM-nin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Qida X2-X11 nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş videoçəkilişə baxış keçirilən zaman xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə Azərbaycan Respublikasının Azərbaycan Respublikası Qida X2-X11 əməkdaşları Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 1/16 T ünvanında yerləşən Şəxs məxsus “Mil” marketdə planlı yoxlama həyata keçirmək istəyən zaman qapının bağlı olması və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlanılma yerinə buraxılmaması müəyyən olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X5 21 may 2025-ci il tarixli qərarına əsasən Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 1/16 T ünvanında “Mil” marketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şəxs məxsus pərakəndə satış mağazasında 22 may 2025-ci il tarixdən 26 may 2025-ci il tarixədək plandankənar yoxlamanın aparıcı məsləhətçi X10 və böyük məsləhətçi X4 tərəfindən aparılması nəzərdə tutulmuşdur. 22 may 2025-ci il tarixli akta əsasən ünvan 2 ünvanında yerləşən “Mil” marketdə plandankənar yoxlamanın keçirilməsi məqsədilə göstərilən ünvanda olmuşlar. Sahibkarlıq subyekti onları marketdə qarşılayaraq yoxlama qərarı ilə tanış olduqdan sonra onları marketdə olan müştərilərlə birgə marketin qapısından kənara çıxaraq qapısını bağlamış və özü də yoxlamanın keçirilməsi ilə əlaqədar şəraitin yaradılmasına dair göstərişlərinə məhəl qoymamışdır. Bir müddət sonra marketin anbarının arxa qapısından çıxaraq “marketi bağladım fəaliyyət göstərmirəm” deyə bildirmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə növbəti yoxlama keçirmək istəsələr də, yenə də yoxlamanın aparılmasına şərait yaradılmamışdır. Göründüyü kimi Şəxs özünə məxsus ünvan 2 ünvanında yerləşən pərakəndə satış mağazasında vəzifəli şəxslər tərəfindən qanuna uyğun yoxlamaların keçirilməsinə şərait yaradılmamış, qanunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törətmiş və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxmamış, yaxud həmin şəxslərin qanuni tələblərini yerinə yetirilməmişdir və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1ci maddəsi ilə inzibati cərimə tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar