Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-602/2023 18.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs Ramiz oğlunun iştirakı ilə xx.xx.1973-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Ramiz oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Ramiz oğlu 16 may 2023-cü il tarixdə saat 23:50-də Şirvan şəhər Polis Şöbəsinin qarşısında ucadan səs-küy salmış və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 18 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ramiz oğlu izahat verərək bildirdi ki, polis əməkdaşları ilə heç bir mübahisə etməmiş, polisin qanuni tələbinə tabe olmuşdur. Məhkəmə iclasında şahid qismində şahid qismində X2 ifadəsində bildirmişdir ki, itkin kimi axtarışda olan X1 işi ilə əlaqədar olaraq Şirvan ŞPŞ-nə dəvət olunmuş Mingəçevir şəhər sakini Xudiyev X4 Şöbəsinin qarşısında xx.xx.2023-cü il tarixdə, saat 23:50 radələrində Mədinə Hüseynovanın ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görüb ona yaxınlaşmış və onu nizam intizama dəvət edərək hərəkətlərini dayandırmasını tələb etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək nalayiq ifadələr söyləməyə davam etmişdir. Bu səbəbdən Şəxs tərəflərindən PŞ-nə gətirilmişdir və NH-ə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 18 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs Ramiz oğlunun 16 may 2023-cü il tarixdə, saat 23:50 radələrində Şirvan ŞPŞ-nin qarşısında ucadan səs-küy salması, polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Ramiz oğlu xx.xx.2023-cü il tarixdə, saat 23:55-də inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, itkin kimi axtarışda olan X1 işi ilə əlaqədar olaraq Şirvan ŞPŞ-nə dəvət olunmuş Mingəçevir şəhər sakini Xudiyev X4 Şöbəsinin qarşısında xx.xx.2023-cü il tarixdə, saat 23:50 radələrində Mədinə Hüseynovanın ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görüb ona yaxınlaşmış və onu nizam intizama dəvət edərək hərəkətlərini dayandırmasını tələb etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək nalayiq ifadələr söyləməyə davam etmişdir. Bu səbəbdən Şəxs tərəflərindən PŞ-nə gətirilmişdir və NH-ə təhvil verilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs Ramiz oğlu İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır və bu səbəbdən inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs Ramiz oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs Ramiz oğlunun barəsində minimum həddə inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128- 130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Ramiz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 16 may 2023cü il tarixdən, saat 23:55-dən hesablansın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-602/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-602/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver