Məhkəmə qərarları › İş №3(032)-603/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-603/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-603/2024 17.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək səs-küy salmışdır. Buna görə də, Şirvan şəhəri Polis şöbəsinin sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 16 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda uşaqlarının telefonla çox vaxt keçirdiklərini görüb bundan əsəbləşərək onları tənbehləmiş, həmin vaxt həyat yoldaşı Zərnigar evə gəlmiş, onunla aralarında söz-söhbət yaranmış, uşaqlara görə onula da mübahisə etmişdir. Mübahisə zamanı onlara qarşı nalayiq ifadələr işlətmiş və evdən qovmuşdur. Daha sonra polis əməkdaşları tərəfindən şöbəyə aparılmış və inzibati qaydada tutulmuşdur. Hazırda əməlindən səməmi peşmançılıq çəkdiyini və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdən işdən çıxıb yaşadığı evə gələrkən həyat yoldaşı Şəxs uşaqlarını və qardaşı qızını döydüyünü görmüş, bu səbəbdən yoldaşı ilə aralarında mübahisə yaranmış, Ramal onu da döyərək, həmçinin əşyalarını çölə ataraq evdən qomuşdur. Şəxs spirtli içki qəbul edir, dəfələrlə onu döyür, təhqir edir, cehiz əşyalarını sındırır və evdən qovur. Evdə olan söz-söhbətləri yoldaşının qardaşına bildirmiş, qaynı da bu barədə Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. X1 şikayətçi olduğunu, onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19:50 radələrində Şirvan şəhəri, Ş.Qurbanov küçəsində xidmətdə olduğu zaman bir nəfər şəxsin ucadan səs-küy saldığını görüb ona yaxınlaşıb həmin şəxsi nizamintizama dəvət etsə də lakin həmin şəxs onun qanuni tələbinə məhəl qoymadığı üçün polis şöbəsinə gətirilib növbətçi hissəyə təhvil verilmişdir.Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxs Şirvan şəhər sakini Şəxsdur. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 iyul 2024-cü il tarixdə, saat 19:50-də inzibati qaydada tutulmuş, 16 iyul 2024-cü il tarixdə 09:50-də azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs oğlu barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, bir gün inzibati həbsdə qalma müddəti nəzərə alınsın və onun barəsində 50 (əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar