Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-605/2023 19.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi X1, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Sabirabad rayonu, Balahəşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-1790/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə onun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin, tələbkarın izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1790/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə ondan 1700 manat məbləğində pul tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Borcunu hissə-hissə ödəyə bilər. İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Məhkəmədən ona borcunu işləyib ödəməsi üçün şərait yaradılmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1790/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 1700 manat məbləğində pul vəsaiti və ödənilmiş 37 manat dövlət rüsumu alınaraq X1 xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və xx.xx.2023-cü il tarixdə isə “icraata başlamaq haqqında qərar” qəbul edilərək borcluya rəsmi şəkildə təqdim edilmişdir. Borclu Şəxs şöbəyə dəvət olunaraq ona hüquq və vəzifələri izah edilməklə yazılı izahatı alınmış və ondan tələbkara olan borcunu ödənilməsi tələb edilsədə, yazılı və şifahi xəbərdarlıqlar edilsədə heç bir nəticə əldə edilməmişdir. Borclunun əmlak vəziyyətini və digər gəlirlərini yoxlamaq məqsədi ilə edilmiş “Elektron icra” informasiya sistemi vasitəsi ilə müvafiq sorğular edilsədə Şəxs adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlir aşkar edilməmişdir. Borclu Şəxs yaşadığı yeri müəyyənləşdirmək mümkün olmadığından onun barəsində “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi tələbləri əsasında xx.xx.2023-cü il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul edilərək icra edilməsi Şirvan şəhər Polis Şöbəsinə göndərilmiş və həmin orqan tərəfindən sonuncu barəsində axtarış işi açılmışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilən Şəxs yazılı izahatı alınmaqla icra sənədi üzrə tələbkara olan 1737 manat borcunu tam şəkildə ödəməsi tələb olunmasına baxmayaraq borclu Şəxs tələbi təmin etməməklə və icra məmurunun qanuni tələbini yerinə yetirməməklə inzibati xəta törətmişdir. Məhkəmə iclasında tələbkar X4 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1790/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə görə borclu Şəxs 1700 manat məbləğində pul vəsaiti və ödənilmiş 37 manat dövlət rüsumunun onun xeyrinə tutulması müəyyən edilmişdir. Lakin borclu indiyədək heç bir ödəniş etmir. Borcunun ödənilməsini tələb edir, əks təqdirdə onun cəzalanmasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-1790/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 1700 manat məbləğində pul vəsaiti və ödənilmiş 37 manat dövlət rüsumu alınaraq X1 xeyrinə ödənilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1790/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Borclunun axtarılması barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və icrasından boyun qaçırmasını, ziyanın məbləğini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, xəta törədən şəxsin şəxsiyyətini, gənc olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini, əməlinə olan münasibətini, müharibə iştirakçısı olmasını, əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, icra vərəqəsinin icraya yönəldilmə müddətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-605/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-605/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver