Məhkəmə qərarları › İş №3(032)-624/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-624/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-624/2024 20.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli 16/1-52012 nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli 16/1-52012 nömrəli nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/18435290 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsindən ötrü Şirvan şəhər Məhkəməsinə ərizə ilə şikayət etmişdir. Şikayətinə Şirvan şəhər Məhkəməsində baxılaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/18435290 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli, 3(032)-55/2024 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərara DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində baxılaraq sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən olunmuş və buna görədə barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Onun sürücülük hüququnun məhdudlaşdırılması haqqında qərar qanunsuzdur və bu səbəbdən də ləğv edilməlidir. Eləcə də həmin qərara görə tətbiq edilmiş 300 manat məbləğində cərimə də silinməlidir. Belə ki, 99FK458 dövlət qeydiyyat nömrəli “Ford Transit yük” avtomobili ilə hərəkət edən zaman o, yola uyğun sürət həddi ilə avtomobili idarə etmiş və heç bir sürət həddini aşmamışdır. Lakin qərarda onun idarə etdiyi nəqliyyat vasitəsi ilə sürət həddini aşdığı qeyd edilmişdir. Halbuki, həmin yerdə qayda pozuntusu hesab olunacaq heç bir yol nişanı göstərilməmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətdə qeyd olunan xüsusatlara əsaslanaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayət vermiş şəxsi dinləyib, habelə şikayəti nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir . Belə ki, iş materiallarında olan : Şirvan şəhər Məhkəməsinin 3(032)-1282/2023 saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarı ilə X4 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat cərimə , 24 manat məbləğində dəbbə, ümumilikdə 64 manat cərimə edilməsinə baxmayaraq, inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Şirvan şəhər Məhkəməsinin 3(032)-1282/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X4 tərəfindən 40 manat cərimə, 24 manat dəbbə pulu, ümumilikdə 64 manat məbləğində pul ödənildiyindən onun ərizəsi əsasında Şirvan şəhər Məhkəməsinin 3(032)-1282/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)-1282/2023 saylı qərarına xitam verilmişdir. xx.xx.2023-cü il tarixli EQ/18435290 nömrəli qərarın surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixində saat 12:41:57-də Bakı-Qazax-Gürcüstan yolu 29.5-ci km-də Bakı istiqamətində “Ford Transit yük” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş yolda müəyyən edilmiş hərəkət sürətini 16 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat cərimə edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(032)-55/2024 saylı qərarın surətindən görünür ki, şikayət qismən təmin edilmiş, X2 İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli EQ/18435290 nömrəli nömrəli qərarının ləğv edilməsi, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi, qalan hissədə şikayətin təmin edilməməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(032)-55/2024 saylı qərarına baxılmasının nəticəsi barədə qəbul olunmuş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli 16/1-52012 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X6 barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında Şirvan şəhər Məhkəməsinin 3(032)-1282/2023 saylı iş materiallarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-1282/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surəti məlumat üçün Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə X2 ünvanına - ünvan 1di ilə geri qaytarılmış, həmin qərarın surəti iş materiallarında olan məktuba əsasən X3 təqdim olunsa da , qərarın surətinin ona nə vaxt təqdim edilməsi məktubda göstərilməmişdir. Həmçinin, həmin iş materiallarında olan X3 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 şəhəri Vidadi küçəsi döngə 2 ev 34 D ünvanında qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X1 şəhəri Vidadi küçəsi döngə 2 ev 34 D ünvanında qeydiyyatdadır. Göründüyü kimi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-1282/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surəti ona rəsmi şəkildə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə 332.3-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsi təkrar törədilməli, ya da ki, nəqliyyat vaitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi müəyyən olunmalıdır. Göründüyü kimi X4 xx.xx.2023-cü il tarixində saat 12:41:57-də Bakı-Qazax- Gürcüstan yolu 29.5-ci km-də Bakı istiqamətində “Ford Transit yük” markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin Şirvan şəhər Məhkəməsinin 3(032)-1282/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından xəbərsiz olmuş, bu da onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tərkibini yaratmır. Belə olan halda X2 məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir . 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxs X2 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində olan şübhələr onun xeyrinə həll edildiyindən, təqsirliliyi sübuta yetirilmədiyindən şikayət təmin olunmalı, X4 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli 16/1-52012 nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli 16/1-52012 nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar