Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-625/2024 22.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə , xx.xx.1981-cı ildə Biləsuvar rayonu Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “AGRO SPACİ” şirkətində mexanik vəzifəsində işləyən, Biləsuvar rayonu Nəsimi kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs şəxsi münasibətlər zəminində münaqişə zamanı Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2024-cü il tarixli MN № ******* inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, ekspert rəyi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2019-cu il tarixdən Şirvan şəhərində “AGRO SPACİ” şirkətində mexanik vəzifəsində işlədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında “AGRO SPACİ” şirkətinə müştəri gələrək traktoruna ot biçən almaq istədiyini bildirmiş və daşımaq üçün “156 evakuasiya” şirkətinin evakutoru ot biçəni aparmaq üçün gəlmişdir. “156 evakuasiya” şirkətinin sürücüsü ot biçəni evakuatora düzgün yerləşdirmədiyini görən zaman o, sürücüyə yaxınlaşmış və ot biçəni yerə düşürüb, qatdalayıb avtomobilə yükləməsini bildirmişdir. Bu zaman sürücü Şəhriyar özünün yükləyə biləcəyini bildirmişdir. Təxminən yarım saat sonra ora gəldikdə işi düz görmədiyini görmüşdür. Bu zaman aralarında mübahisə yaranmış, Şəhriyarın onun köynəyindən yapışdığını görüb, əli ilə Şəhriyara bir dəfə sillə zərbəsi vurmuşdur, həmin zərbə Şəhriyarın ağız nahiyyəsinə dəymişdir. Zərərçəkmiş şəxsdən üzr istəsə də barışıq əldə olunmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-ci il tarixdə Şirvan şəhəri “Avto Baza” adlanan yerdə müştərinin verdiyi traktor materiallarını ona verilən xidməti “İsuzu” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı evakuatora yığarkən oranın işçisi Şəxs ona yaxınlaşaraq ot biçəni düzgün yerləşdirmədiyini bildirib, düşürdüb qatdanıb elə yığacağını bildirmişdir. Elməddin ona yaxınlaşaraq dediyini niyə etmədiyini bildirirək onu təhqir etmişdir. Elməddin bu zaman onun üzünə əlində olan telefonla vurmuş, həmçinin onun əlində taxta parçası olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamışdır, barəsində daha ağır inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsidə əsasən rədd edilməlidir . İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X3 Təcrübi və X2 şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 296 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sağ ordda əzilmiş -cırılmış yara-küt əşya təsirindən törənmiş qərarın təsvir hissəsində göstərilən 13 iyun 2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək müəyyən məbləğdə inzibati cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın xarakterini, şəxsin əmlak vəziyyətinin qənaətbəxş olması, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakretizə edən halları nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən səmimi peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi (İXM-nin 32.1.1-ci maddəsi) nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən peşman olmasını və şəxsiyyətini xarakretizə edən halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib müəyyən məbləğdə inzibati qaydada cərimə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-625/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-625/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver