Məhkəmə qərarları › İş №3(032)-625/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-625/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-625/2025 24.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 02 iyun 2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən 416713.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 25 aprel 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişi aparıldığı gündən 2 (iki) il müddətində 250000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkədə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 26 aprel 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X2 etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, MMC "xxxx" bank ASC-də olan cari USD hesabından Arlitech Solutions LTD şirkətinə xx.xx.2022-ci il tarixli 01-12/22 saylı müqavilə əsasında xx.xx.2022-ci il tarixində 250,000.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixində 350,000.00 ABŞ dolları və xx.xx.2023 tarixində 416,713.00 ABŞ dolları, cəmi 1,016,713.00 ABŞ dolları avans məbləğini fiziki-kimyəvi təsir metodu üçün AHTPS-1 və AHTPS-2 quyu içi aktivatorlarını (bundan sonra "xxxx" adlanacaq) alınması üçün xarici ölkəyə köçürmüşdür və həmin “Malların” bir hissəsi xx.xx.2023-cü il tarixli **********5603 saylı YGB (X5) üzrə 426,309.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixli **********5604 saylı YGB üzrə -170,202.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixli **********5605 saylı YGB üzrə - 170,202.00 ABŞ dolları, cəmi 766,713.00 ABŞ dolları ölkəyə daxil olmuşdur. Hal-hazırda da, həmin "xxxx" MMCnin sahibliyində və istifadəsindədir. Qalan 250.000.00 ABŞ dolları məbləğ üzrə "xxxx" dair vəsait Arlitech Solutions LTD tərəfindən MMC-nin "xxxx" Bank ASC-dəki cari USD hesabına müxtəlif vaxtlarda xx.xx.2024-cü il tarixində 38,000.00 ABŞ dolları, xx.xx.2024 tarixində 40,000.00 ABŞ dolları, xx.xx.2025-ci il tarixində 70,000.00 ABŞ dolları, xx.xx.2025-ci İl tarixində 49,500.00 ABŞ dolları, xx.xx.2025-ci il tarixində 52,500.00 ABŞ dollan cəmi 250,000.00 ABŞ dolları 2 il tamam olmadan geri qaytarılmışdır. Həmçinin protokol tərtib edilən zaman MMC-yə məlumat verilməmiş və iştirakları təmin edilməmişdir. Göründüyü kimi qanunvericiliyin tələbləri MMC tərəfindən pozulmamış, malların və pul vəsaitinin ölkəyə qaytarılması təmin edilmışdir. Hesab edir ki, belə vəziyyətdə tərtib edilən protokol qanuni və əsaslı sayıla bilməz. Odur ki, yuxarıda şərh edilənləri nəzərə alaraq, X6 və təşkilatı işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin aparıcı hüquq məsləhətçisi X3 Şəxs “MMC barəsində tərtib etdiyi EP 90255394 nömrəli, xx.xx.2025-ci il tarixli protokol üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edib və Qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; "xxxx" ASC-nin 30 aprel 2025-ci il tarixli məktubuna əlavə olunmuş çıxarışdan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 250.000 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC-nin 30 aprel 2025-ci il tarixli, 13002-01/34 nömrəli məktubunun surətindən görünür ki, “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə müvafiq olaraq xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində Azərbaycan Respublikasından kənaraq qabaqcadan aparılmış ödəniş müqabilində malların (xidmlətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid olan bütün təsdiq edici sənədlərini Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etmişdir. "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, PB/VB-OUT- 02743-2025 nömrəli arayışından görünür ki, Şəxs MMC-nin AZ37PAHA40160USDHC********** saylı hesabına “Arlitech Solutions” LTD tərəfindən CPNTRACT 01-12-22 DATED DECEMBER 09, 2022 saylı müqaviləyə əsasən daxil olmuş vəsaitlər "xxxx" ASC-də heç bir avans ödənişinə və konsiqnasiya əməliyyatlarına bağlanmamışdır və gələcəkdə də bağlanmayacaqdır. 000SWİ**********1 - 38,000.00 USD (otuz səkkiz min dollar, 0 sent) 000SWİ**********9 - 40,000.00 USD (qırx min dollar, 0 sent) 000SWİ**********6 - 70,000.00 USD (yetmiş min dollar, 0 sent) 000SWİ**********3- 49,500.00 USD (qırx doqquz min beş yüz dollar, 0 sent) 000SWİ1125 ******* - 52,500.00 USD (əlli iki min beş yüz dollar, 0 sent) "xxxx" ASC tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 23 iyun 2025-ci il tarixli, 19049 nömrəli məktubundan görünür ki, Şəxs MMC (VÖEN:**********) tərəfindən “Arlitech Solutions LTD” şirkətinin xeyrinə xx.xx.2023-cü il tarixində aparılmış 416713 USD (dörd yüz on altı min yeddi yüz on üç ABŞ Dolları) avans ödənişi **********5605 saylı gömrük bəyənnaməsi ilə 166713 USD (bir yüz altmış altı min yeddi yüz on üç ABŞ Dolları) və Şəxs MMC-nin Paşa Bank ASC-dəki hesabına daxil olan aşadğıdakı vəsaitlərlə tam bağlanmışdır. 14-NOV-2024 38,000.00 USD (otuz səkkiz min dollar), 04-DEC-25024 40,000.00 USD (qırx min dollar), 27-MAR-2025 70,000.00 USD (yetmiş min dollar), 09- APR-2025 49.500.00 USD (qırx doqquz min beş yez dollar), 17-APR-2025 52.500.00 USD (əlli iki min beş yüz dollar). Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin nümayəndəsinin məhkəməyə vermiş olduğu izahatında və tədqiq edilmiş sənədlərlə müəyyən olundu ki Şəxs MMC "xxxx" ASC-də olan cari USD hesabından “Arlitech Solutions” LTD şirkətinə xx.xx.2022-ci il tarixli 01-12/22 saylı müqavilə əsasında xx.xx.2022-ci il tarixində 250,000.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixində 350,000.00 ABŞ dolları və xx.xx.2023 tarixində 416,713.00 ABŞ dolları, cəmi 1,016,713.00 ABŞ dolları avans məbləğini fiziki-kimyəvi təsir metodu üçün AHTPS-1 və AHTPS-2 quyu içi aktivatorlarını (bundan sonra "xxxx" adlanacaq) alınması üçün xarici ölkəyə köçürmüşdür və həmin “Malların” bir hissəsi xx.xx.2023-cü il tarixli **********5603 saylı YGB (X5) üzrə 426,309.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixli **********5604 saylı YGB üzrə - 170,202.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixli **********5605 saylı YGB üzrə - 170,202.00 ABŞ dolları, cəmi 766,713.00 ABŞ dolları ölkəyə daxil olmuşdur. Qalan 250.000.00 ABŞ dolları məbləğ üzrə "xxxx" dair vəsait Arlitech Solutions LTD tərəfindən MMC-nin "xxxx" Bank ASC-dəki cari USD hesabına müxtəlif vaxtlarda xx.xx.2024-cü il tarixində 38,000.00 ABŞ dolları, xx.xx.2024 tarixində 40,000.00 ABŞ dolları, xx.xx.2025-ci il tarixində 70,000.00 ABŞ dolları, xx.xx.2025-ci İl tarixində 49,500.00 ABŞ dolları, xx.xx.2025-ci il tarixində 52,500.00 ABŞ dolları olmaqla, cəmi 250,000.00 ABŞ dolları 2 il tamam olmadan geri qaytarılmışdır. Göründüyü kimi qanunvericiliyin tələbləri Şəxs MMC tərəfindən pozulmamış, malların və pul vəsaitinin ölkəyə qaytarılması təmin edilmişdir. Buna görə də "xxxx" ASC tərəfindən 250000.00 ABŞ dolları məbləğində pul vəsaitinin bəyan olunmayan məbləğ kimi qəbul edilməsi əsaslı və qanuni deyildir. Bu hal həmçinin "xxxx" ASC və "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məktubunda öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC tərəfindən xaricə köçürülmüş valyuta vəsaitinin geri qaytarılmaması halı müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar