Məhkəmə qərarları › İş №3(032)-627/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-627/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-627/2025 01.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1nun iştirakları ilə, xx.xx.1991-ci ildə Zəngilan rayonu, Mincivan kəndində anadan olmuş, subay, orta təhsilli, Cəbrayıl rayonu, Horovlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(032)-12/2025 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin əvvəlki iclasında Şirvan şəhəri üzrə İcra şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin 16(032)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi mübahisə həll edilənədək müvəqqəti olaraq X2 uşağı xx.xx.2016-cı il təvəllüdlü X3 ilə görüşməsi hər həftənin şənbə günü saat 10:00-dan 15:00-dək müəyyən edilməklə dəyişdirilmişdir. Göstərilən icra sənədi xx.xx.2025-ci il tarixində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, elə həmin tarixdə də “icraata başlamaq haqqında” qərar qəbul edilərək tərəflərə, eləcə də “tələin könüllü icrası barədə” bildiriş borcluya göndərilmişdir. İcra sənədi üzrə borclu Şəxs hüquq və vəzifələri, eləcə də aliment öhdəliyini yerinə yetirmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə dair xəbərdar edilmişdir. Şəxs dəfələrlə tərəfindən şifahi və yazılı xəbərdarlıqlar etməsinə baxmayaraq borclu övladı Elgünü görüşlərə gətirməkdən qərəzli olaraq yayınmışdır. Son 3 həftədə görüş baş tutmamışdır. Telefonla əlaqə saxladığı zaman müxtəlif səbəb və bəhanələr irəli sürərək görüşdən imtina etmişdir. xx.xx.2025-ci il tarixində tələbkarı görüş üçün dəvət etdiyi zaman ona qəti olaraq bildirmişdir ki, alimenti tam şəkildə ödəməyəcəyi təqdirdə Elgünü görüşlərə gətirməkdən itmina edəcək. Beləliklə, borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməmişdir. Beləliklə də Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında Şirvan şəhər Məhkəməsinin 16(032)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin tərəfindən icra edildiyini, hazırda inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. X1 məhkəmə iclasında izahatında Şirvan şəhər Məhkəməsinin 16(032)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən icra edildiyini, hazırda inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 16(032)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, X2 uşağı – xx.xx.2016-cı il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 10:00-dan 15:00-dək görüş vaxtı müəyyən edilməlidir. xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 16(032)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd edir ki, inzibati işin materiallarından göründüyü kimi Şirvan şəhər Məhkəməsinin 16(032)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə mübahisə həll edilənədək müvəqqəti olaraq X2 uşağı xx.xx.2016-cı il təvəllüdlü X3 ilə görüşməsi hər həftənin şənbə günü saat 10:00-dan 15:00-dək müəyyən edilmişdir. İcra sənədi borclu tərəfindən icra edilməməsi ilə əlaqədar olaraq Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə baxışı zamanı icra sənədi borclu tərəfindən icra edilmiş və tələbkar tərəfindən icra sənədinin borclu tərəfindən icra edilməsi barədə məhkəməyə ərizə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin qeyd hissəsindən göründüyü kimi inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədi inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra edildiyindən barəsində inzibati xəta haqqında protokol tərib edilmiş şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 16(032)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar