Məhkəmə qərarları › İş №3(032)-628/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-628/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-628/2025 25.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi Hüseynov Elvin Nizami oğlunun katibliyi X1, Qərarından şikayət edilən Azərbaycan Respublikasının Qida X2-X14 Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun böyük məsləhətçisi X11 iştirakları ilə, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3-cü maddəsi ilə barəsində 600 manat məbləğində cərimə edilməsi ilə bağlı qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət vermiş şəxs X12 şikayət ərizəsi verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3-cü maddəsi ilə 600 manat məbləğində cərimə edilməsi ilə bağlı qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqinda" Azorbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamına əsasən küçələrdə, yol kənarlarında, anti- sanitar şəraitdə heyvan kəsimi və ət satışı fəaliyyəti qadağan olunmuşdur. Sərəncamın icrası ilə əlaqədar Şirvan şəhərində sahibkarlıq fəaliyyəti il məşğul olduğundan (VÖEN **********) Șirvan X24 Məntəqəsi yaradılması Şirvan şəhər İcra hakimiyyəti başçısı tərəfindən ona təklif edilmiş, yaradılması və fəaliyyətinin tənzimlənməsi sahəsində dövlət dəstəyi olacağı bildirilmişdir. Bu ət kəsim məntəqəsinin sahənin inkişaf etdirilməsində, şəhər və ətraf kənd və rayonlarda ət kəsimi ilə məşğul olan qəssabların kəsim məntəqələrində heyvan kəsiminin, həmçinin insan qidası üçün yararlı ətin ilkin emalının hayata keçirildiyi məkana cəlb edilməsi, xüsusi baytarlıqsanitariya, sanitariya-gigiyena, eləcə də müasir tələbləra uyğunlaşdırılması sahəsində Dövlət qurumlarının dəstəyi vacib amillərdəndir. Mülkiyyətində olan Şirvan șəhəri, ünvan 1 ünvanında yerləşən 0.20 ha torpaq sahəsində 1280 m² sahədən ibarət daşınmaz əmlak inşa edilmişdir. İstifadəsində olan kəsim məntəqəsində iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsi kəsimdən qabaq saxlanma, kəsim, toplanma, bağırsaqların təmizlənməsi, ətin doğranması və qablaşdırılması, ətin soyudulması, yükləmə bölməsindən ibarət olmaqla bütün şərait yaradılmışdır. Bundan olava olaraq kəsimə gələn sahibkarlar və digər şəxslər üçür istirahət, qidalanma (yeməkxana) otaqları yaradılmışdır. Əziyyətlə ərsəyə gələn X23 Kəsim Məntəqəsi fəaliyyəti dövründə Şirvan şəhərində ət kəsimi və satışı ilə məşğul olan 15 qəssabın 10 nəfəri kəsim məntəqəsindən kənar heyvan kəsimi ilə məşğul olmaqla məntəqənin fəaliyyətinə kölgə salmağa çalışırlar. Kəsim məntəqəsinin fəaliyyəti ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik hüquqi șəxsi ilə (AQTi) 2023-cü ildə BS206 nömrəli müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Ağentliyinin (AQTA) Șirvan-X14 əməkdaşları tərəfindən X23 kəsim məntəqəsinə gəlməklə xx.xx.2025-ci il tarixdə ət kəsim məntəqəsinsə plandarkənar yoxlama keçirilməklə barəsində 27 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqunda qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Ağentliyinin (AQTA) X6 tərəfindən baxış keçiriləcəyi baradə heç bir rəsmi bildiriş təqdim etməmişdir. Belə ki, kəsim məntəqəsinin fəaliyyəti dövründə X5 əməkdaşları tərəfindən dələlərlə yoxlamalar aparılmış, məntəqənin fəaliyyətində heç bir nöqsan aşkar edilməmişdir. Bundan əlavə kəsim yerlərinin, ətin saxlanma kameralarının, heyvanların kəsilməsində, soyulmasında və ətin doğranmasında istifadə edilən bıçaqlar və digər alətlər dizinfeksiya edilməkla xüsusi şəraitdə saxlanılır və istifadə edilir. AQTA əməkdaşları tərəfindən qərəzli şəkildə yoxlama keçirilməsi və bir çox aidiyyəti olmayan sullar qoymaqla barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilməsi yalnışdır. Belə ki, kəsim məntəqəsinin fəaliyyətinin tənzimlənməsi və şəhər ərazisində məntəqədən kənar heyvan kəsən və ət satışı ilə məşğul olan bəzi qəssablar tərəfindən məntəqənin faliyyətinə kölgə salmaq niyyətləri nəticəsində AQTA tərəfindən öz qanuni tələblərin qəssablara qarşı tədbirlərin həyata keçirilməməsində aşkar olunur.”Kəsimdən qabaq saxlanma bölməsində kəsimə gətirilmiş heyvanların saxlanması ilə yanaşı, izolyator da təşkil edilməlidir. Kəsim bölməsi isə “çirkli zona (qanın axıdılması, dərinin soyulması) ilə “təmiz zona”-nın (daxili orqanların çıxarılması, cəmdəyin parçalanması) ayrıldıiğı məkandır. Burada su ilə yuyula bilən tullantıların axıdılıb, təmizlənməsi üçün münasib şərait yaradılıb. Daha sonra təyinatından asılı olaraq subməhsullar va heyvan mənșəli əlavə məhsullar ayrı șəkildə toplanaraq bağırsaqların təmizlənməsi və ətin doğrarub qablaşdırılması bölməsinə yönləndirilir. Lakin qeyd edilən subməhsullar və heyvan mənşəli əlavə məhsullar ayrı șəkildə toplanan bağırsaqlar emal edilməsinə zərurət olmadığından heyvan sahibləri tərəfindən aparılır. Ət və ət məhsullarının keyfiyyətli saxlanılması üçün düzgün temperaturda və șəraitdə soyudulub, dondurulması șərtdir. Ona görə də zərurət olduqda ətin soyudulması bölməsində cəmdəklərin temperatur, hava cərəyanınun sürəti və havanın nəmliyindən asılı olaraq fərqli soyudulma müddəti ərzində soyudulması və ya dondurulması həyata keçirilir. Dəfələrlə məntəqədən kənar ot kəsimini həyata keçirən sağlamlıq durumu, ətin keyfiyyətinin yoxlanılmadan satışını həyata keçirən qəssabların qanunsuz fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Ağentliyə və Ağentliyin (AQTA) X4, Şirvan şəhər İcra hakimiyyətinə və Şirvan şəhər Polis Şöbəsinə dəfələrlə müraciət etmișdir. Lakin qeyd edilən qəssablarla bağlı heç bir qanuni tədbirlər görülməmiş, onların sosial şəbəkələrdə əsassız şikayətləri nəticəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Ağentliyinin (AQTA) Șirvan-X18, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Azərbaycan Respublikas FHN-nin DYNX-nin Muğan DYNİ tərəfindən inzibati tənbehvermə haqqında qanunsuz qərarlar qəbul edilmişdir. Şirvan şəhərində qanunsuz ət kəsimi ilə əlaqədar AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlər keçirmir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşının alınması istiqamətində X23 Kəsim Məntəqəsinə dəstək olmur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiș "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması va aparılması qaydası haqqında" Əsasnamənin 1.1-ci bəndinə əsasən bu Əsasnamə sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqların qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanın 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4 və 1.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Qeyd edilən normativ aktların tələbləri Azərbaycan Respublikasınuın Qida Təhlükəsizliyi Ağentliyinin (AQTA) X6 tərəfindən təmin olunmamışdır. Belə ki, Șirvan X24 Məntəqəsində tullantıların emalı yerləri təşkil edilmişdir, Lakin ət kəsimdən sonra tullantılar ət kəsimi ilə məșğul olan sahibkarlar tərəfindən götürülür. Azərbaycan Respublikasının X5 (AQTA) X3 əməkdaşları Șirvan X24 Məntəqəsinə baxış keçirərkən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələblərini pozmuşdur. Bu Qanun va onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o, cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağl məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd edilmiş xüsusatlar sübut edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Ağentliyinin (AQTA) X6 heç bir qanuni əsası olmayan akt yazılmış və cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Ağentliyinin (AQTA) X3 rəisi vəzifəsini müvəqqəti icra edən X15 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı qanunsuz va əsassız olduğundan ləğv edilməsinə dair qərar qəbul edilməlidir. Qeyd edilən qərarın surətini xx.xx.2025-ci il tarixdə almışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X12 şikayəti müdafiə edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Qərarından şikayət edilən Azərbaycan Respublikasının Qida X2-X14 Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun böyük məsləhətçisi X17 məhkəmə iclasında iştirak edərək iş materiallarına əlavə edilmiş aktın və yoxlamanın məzmununu elan edib şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 Azərbaycan Respublikası İXM-nin 220.3-cü maddəsinə əsasən 600 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası X5 “Yoxlamanın aparılması haqqında Qərardan görünür ki, Şirvan şəhəri ünvan 2 ünvanında yerləşənb İri və xırda buynuzlu heyvanların kəsim mətnəqəsində plandan kənar yoxlamanın keçirilməsi üçün əsas fiziki və hüquqi şəxslərdən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil edilməsi olmuşdur. İnzibati iş üzrə toplanmış sənədlərə əlavə olaraq, Azərbaycan Respublikasının X8 tərəfindən təqdim edilmiş, KY252308609 nömrəli çıxarış sənədinə əsasən müəyyən edilmişdir ki:yoxlama Azərbaycan Respublikasının X8 tərəfindən X9 (VÖEN: **********) məxsus Y136815 nömrəli iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi 24) həyata keçirilmişdir. Yoxlama xx.xx.2025– xx.xx.2025-ci il tarixləri arasında, sahibkarlıq sahəsində cari fəaliyyət dövründə nəzarət yoxlaması kimi plandankənar (növbədənkənar) qaydada aparılmışdır.Yoxlamanın aparılmasına əsas olaraq aşağıdakı hallar göstərilmişdir:  İnsanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və ya özünüidarəetmə orqanlarından daxil olmuş konkret faktlara əsaslanan rəsmi məlumatların olması;  Habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması;  Bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi;  Fiziki şəxs tərəfindən daxil olmuş müraciət (məlumat). İş materiallarına əlavə edilmiş 14 may 2025-ci il tarixli Qida obyektinə baxışın keçirilməsinə dair Aktdan görünür ki, Şirvan şəhəri ünvan 2 ünvanında yerləşən X10 məxsus Ət kəsim Məntəqəsində plandan kənar (şikayət əsasında) Azərbaycan Respublikasının X8 tərəfindən yoxlama aparılmışdır. Azərbaycan respublikası X8 tərəfindən yoxlamanın nəticəlri üzrə 27 may 2025-ci il tarixli qərarda yoxlama aktı tərtib olunan zaman tələb olunan normalara uyğunluq suallar əsasında aparılmış və göstərilmişdir ki; Qida obyektində sahələrin layihələndirilməsi, quruluşu və yerləşməsi texniki xidmətə, təmizlik və dezinfeksiya işlərinin aparılmasına imkan yaratmır. Bununla da 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin 1.3.1-ci yarımbəndinin tələbi pozulmuşdur. Qida obyektində əsas və yardımçı sahələrin çirklənməsini, toksiki materiallarla təmasları, kənar hissəciklərin qidaya qarışmasını, həmçinin kondensatın və səthdə kifin əmələ gəlməsini istisna edəcək şəkildə deyildir. Bununla da 3 noyabr 2020- ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin 1.3.2-ci yarımbəndinin tələbi pozulmuşdur. Qida obyektində qabaqcıl gigiyena təcrübəsi, o cümlədən çirklənməyə qarşı müdafiə və xüsusilə zərərvericilərlə mübarizə üçün münasib şərait təmin edilməmişdir. Bununla da 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin 1.3.3-cü yarımbəndinin tələbi pozulmuşdur. Qida obyektində temperaturun monitorinqi və qeydə alınması təmin edilməmişdir. Bununla da 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin 1.3.4-cü yarımbəndinin tələbi pozulmuşdur. Qida obyektlərinin havalandırma sistemləri ilə təchizatı müvafiq tələblərə uyğun deyil, istehsal və yardımçı sahələrində müvafiq qaydada yerləşdirilmiş və təmiz, ümumi məqsədli havalandırma sistemi quraşdırılmamışdır. Bununla da 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin 1.5-ci və 1.6-cı bəndlərinin tələbi pozulmuşdur. Döşəmə səthləri hamar və təmizli, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin etmir. Bununla da 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin 2.0.1-ci yarımbəndinin tələbi pozulmuşdur. Tavan (yaxud, tavanın olmadığı yerlərdə damın daxili səthi) və tavanda olan qurğular tozun və çirkin toplanması və kondensatın azaldılması, arzuolunmaz kifin çoxalması, toz və kənar hissəciklərin iş yerlərinə düşməsinin qarşısını alan formada quraşdırılmamışdır. Bununla da 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin 2.0.3-cü yarımbəndinin tələbi pozulmuşdur. Qida ilə təmasda olan səthlər təmizli deyil, asan təmizlənmənin və dezinfeksiya işlərinin aparılmasına imkan vermir. Bununla da 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin 2.0.5-ci yarımbəndi və 4.5-ci bəndinin tələbi pozulmuşdur. Qida məhsulu ilə təmasda olan bütün alətlər, avadanlıqlar və ləvazimatlar təmiz saxlanılmır və dezinfeksiya edilmir. Bununla da 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinin tələbi pozulmuşdur. Qida obyektləri qanunvericiliyə uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təchiz edilməmişdir. Bununla da 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin 3.2-ci yarımbəndinin tələbi pozulmuşdur. Təmizləmə və dezinfeksiya tədbirləri qida obyektinin bütün sahələrinin müvafiq şəkildə təmiz olmasına təminat vermir. Bununla da 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin 8.8-ci və 13.1-ci bəndlərinin tələbi pozulmuşdur. Sual 124/52. Təmizləmə və dezinfeksiya proqramlarında - təmizlənəcək və ya dezinfeksiya ediləcək səthlər, əşyalar və qəb qacaq, təmizlənmə və ya dezinfeksiya üsulları və tezlikləri, nəzarət mexanizmləri müəyyən edilməmişdir. Bununla da 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”ın 2 nömrəli əlavəsinin 13.3-cü bəndinin tələbi pozulmuşdur. Beləliklə, Qida Təhlükəsizliyi haqqında Qanunun 9-cu maddəsinin tələblərinin pozulması qeyd edilmişdir. Azərbaycan Respublikası Qida X2-X18 tərəfindən xx.xx.2025-ci il tarixli, ŞSRB-140/25 nömrəli yoxlama aktı tərtib edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Qida Təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qnunun 2.1. Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, habelə qida və yem məhsullarına və qida məhsulları ilə təmasda olan material və məmulatlara dair tələbləri müəyyən edən Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. 3.1. Bu Qanun Azərbaycan Respublikasında ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan Respublikasının ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur. 3.2. Bu Qanun qida məhsulları ilə təmasda olan material və məmulatlara, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı mərhələlərinə şamil olunur. 3.3. Bu Qanun Azərbaycan Respublikasında ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan Respublikasının ərazisinə idxal olunan yem məhsullarına, o cümlədən qida məhsulları əldə edilən və qida məhsulları əldə edilməyən heyvanlar üçün nəzərdə tutulan yem məhsullarına, yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur. 4.1. Qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin məqsədləri aşağıdakılardır: 4.1.1. həyat və sağlamlığın, istehlakçıların hüquqlarının müdafiəsi; 4.1.2. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması; 4.1.3. yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması; 4.1.4. qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması. 5.1. Qida təhlükəsizliyi sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 5.1.1. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində dövlət siyasətinin formalaşdırılması və dövlət tənzimlənməsinin, o cümlədən qida və yem məhsullarının təhlükəsizliyi sahəsində normativ tənzimləmənin həyata keçirilməsi; 5.1.2. qida və yem məhsullarının təhlükəsizliyinin təmin olunması məqsədilə dövlət proqramlarının, elmi-texniki proqramların hazırlanması və həyata keçirilməsi; 5.1.3. Azərbaycan Respublikasının qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi; 5.1.4. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində risklərin elmi cəhətdən əsaslandırılmış təhlili üzrə işlərin təşkili və həyata keçirilməsi; 5.1.5. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq və sertifikatlaşdırmanın həyata keçirilməsi; 5.1.6. bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə riayət olunmasına dövlət nəzarətinin təşkili və həyata keçirilməsi; 5.1.7. qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısının müəyyən edilməsi. 9.1. Qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, o cümlədən qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələr və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla (sanitariyagigiyena, baytarlıq, fitosanitar norma və qaydalar ilə) müəyyən edilir. 9.2. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunla müəyyən olunmuş tələblər və qida təhlükəsizliyinin prinsipləri nəzərə alınmaqla hazırlanır və qəbul edilir. 9.3. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar bu Qanunun 9.4cü maddəsində göstərilən hal istisna olmaqla, müvafiq beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş beynəlxalq standartlar, təlimatlar və tövsiyələr əsasında hazırlanır. 9.4. Beynəlxalq standart, təlimat və tövsiyələrin Azərbaycan Respublikasının sanitar və baytarlıq xüsusiyyətlərinə görə, habelə xəstəliklərin yayılması səbəbindən sanitar mühafizənin zəruri səviyyəsini təmin etmək üçün qənaətbəxş hesab edilməməsinə və ya sanitar mühafizənin daha yüksək səviyyəsinin təmin edilməsi zərurətinə dair elmi sübutlar vardırsa, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar həmin beynəlxalq standart, təlimat və tövsiyələrin tələblərindən fərqli tələblər müəyyən edə bilər. 9.5. Beynəlxalq standart, təlimat və tövsiyələr mövcud olmadıqda və ya sanitar mühafizənin zəruri səviyyəsini təmin etmək üçün onların qənaətbəxş hesab edilməməsi səbəbindən həmin beynəlxalq standart, təlimat və tövsiyələrdən istifadə olunmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar hazırlayarkən mövcud elmi sübutları nəzərə almaqla, risklərin qiymətləndirilməsini aparır və texniki normativ hüquqi aktlarda risklərin qiymətləndirilməsinin nəticələrini nəzərə alır. 9.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, həmin müqavilələrə üzv olan ölkələrə qida təhlükəsizliyi sahəsində hazırlanan yeni texniki normativ hüquqi aktlar haqqında bildiriş aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) məlumat və bildiriş mərkəzi vasitəsilə göndərilir: 9.6.1. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar mövcud olan müvafiq beynəlxalq standartlara, təlimatlara, tövsiyələrə uyğun olmadıqda; 9.6.2. qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanmasında istifadə etmək üçün müvafiq beynəlxalq standartlar, təlimatlar, tövsiyələr mövcud olmadıqda; 9.6.3. qida təhlükəsizliyi sahəsində hazırlanan texniki normativ hüquqi aktlar ticarət tərəfdaşlarının ixrac imkanlarına təsir etdikdə. 9.7. Hər hansı xarici və yerli qida subyektinin və ya Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşının müraciətinə əsasən, məlumat və bildiriş mərkəzi qida və yem məhsullarının təhlükəsizliyi sahəsində aşağıdakılara dair məlumatın ödənişsiz olaraq verilməsini təmin edir: 9.7.1. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar və ya texniki normativ hüquqi aktların layihələri; 9.7.2. qida təhlükəsizliyi ilə bağlı nəzarət prosedurları, qeydiyyat, təsdiq və sertifikatlaşma qaydaları; 9.7.3. qida məhsulunun insan sağlamlığı üçün yaratdığı riskin təhlili üzrə prosedurlar və metodlar; 9.7.4. sanitar mühafizənin zəruri səviyyəsini müəyyən edərkən nəzərə alınan amillər. 9.8. Bu Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş məlumatlar xarici qida subyektinə və ya Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş dillərdən birində verilir. 9.9. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar hazırlanarkən onların xarici ticarəti sanitar mühafizənin zəruri səviyyəsini təmin etmək üçün tələb olunan həddən artıq məhdudlaşdırmaması və qida subyektlərinin fəaliyyətinə əsassız maneə yaratmaması nəzərə alınmalıdır. 9.10. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tələb edilən sanitar mühafizənin eyni və ya daha yüksək səviyyəsini təmin etdiyi müəyyən edilərsə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, bu cür texniki normativ hüquqi aktların Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyi tanınır. 10.1. Təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi qadağandır. 10.2. Aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir: 10.2.1. qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) dövrdə zərərli olduğuna dair sübutlar olduqda; 10.2.2. qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda; 10.2.3. qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda. 10.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 10.2-ci maddəsində göstərilən qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların (bu Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulmuş qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması halları istisna olmaqla) istifadəçilər üçün açıq reyestri aparılır. 15.1. İlkin istehsalla məşğul olan qida subyektləri istehsal etdikləri məhsulların təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı tələbləri yerinə yetirməlidirlər: 15.1.1. ilkin istehsal məhsullarının təhlükəsizliyinə təhlükə yarada bilən ətraf mühit amillərinin zərərli təsirlərindən kənar ərazilərdə fəaliyyət göstərmək; 15.1.2. ilkin istehsalla məşğul olan qida subyektləri tərəfindən istehsal etdikləri ilkin istehsal məhsullarının hava, torpaq, su, baytarlıq preparatları, aqrokimyəvi maddələr və bitki mühafizəsi vasitələri ilə çirklənməsinin qarşısını almaq üçün tədbirlər görmək; 15.1.3. qidalanma üçün aşkar yararsız olan məhsulları ayırmaq üçün onların çeşidlənməsini təşkil etmək və belə məhsulların sanitariya normalarına uyğun olaraq utilizasiyasını, yaxud məhv edilməsini təmin etmək; 15.1.4. ilkin istehsalla əlaqəli olan infrastrukturu, saxlama anbarlarını və digər obyektləri, ilkin istehsal məhsulu ilə təmasda olan avadanlıqları, konteynerləri, nəqliyyat vasitələrini və digər daşıycıları təmiz saxlamaq və dövri olaraq dezinfeksiya etmək; 15.1.5. kəsim üçün aparılan heyvanların təmizliyini təmin etmək; 15.1.6. ilkin istehsal zamanı yaranan tullantıların qida və yem məhsulunu çirkəndirməsinin qarşısını almaq və zərərli maddələrin etibarlı və təhlükəsiz saxlanması üçün tədbirlər görülməsini təmin etmək; 15.1.7. qida məhsulunda yoluxucu xəstəlik aşkarlandıqda, xəstəliyin insanlara keçməsinin qarşısını almaq üçün tədbirlər görmək və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməsini təmin etmək; 15.1.8. heyvanlardan, bitkilərdən, heyvan və bitki mənşəli məhsullardan götürülən nümunələr üzərində aparılmış sınaqların nəticələrini öz fəaliyyətində nəzərə almaq; 15.1.9. yem əlavələrindən, baytarlıq preparatlarından, bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun istifadə etmək. 15.2. İlkin istehsala dair sanitar-gigiyenik tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. 16.1. Qida və yem məhsullarının istehsalı və emalı zamanı qida və yem məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən qida və yem xammalından, ilkin istehsal məhsullarından, inqrediyentlərdən və qeydiyyatdan keçmiş qida və yem əlavələrindən istifadə olunmalıdır. 16.2. Qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. 16.3. Qida və yem məhsullarının istehsalı, emalı, saxlanması, satışı üçün istifadə edilən binaların, habelə yardımçı və sanitar-məişət binalarının avadanlığı, ərazisi, su təchizatı və kanalizasiya sistemi, qızdırılması, ventilyasiyası (havalandırılması), işıqlandırılması və işçi heyətinin iş şəraiti qida təhlükəsizliyinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 16.4. HACCP-a əsaslanan prosedurlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. 22.1. Qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar. 22.2. Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağandır. 22.3. Qida subyektlərinin qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası prosesləri ilə məşğul olan əməkdaşları fəaliyyətləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və şəxsi gigiyena qaydalarına əməl etməlidirlər. 28.1. Qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida zəncirinin bütün mərhələlərində həyata keçirilir. 28.2. Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi sahəsində yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 28.3. Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydası “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 29.1. Qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tədbirləri aşağıdakılardan ibarətdir: 29.1.1. qida təhlükəsizliyi sahəsində vəziyyətin öyrənilməsi və riskin qiymətləndirilməsi məqsədilə qida obyektlərində monitorinqlərin aparılması; 29.1.2. aşağıdakıların təftiş edilməsi: 29.1.2.1. qida obyektləri, maşın və avadanlıqlar, daşınma vasitələri və digər infrastruktur obyektləri; 29.1.2.2. qida və yem məhsulları, qida və yem əlavələri, qida xammalı, yarımfabrikatlar, inqrediyentlər və qida istehsalında və emalında istifadə olunan digər maddələr; 29.1.2.3. qida məhsulları ilə təmasda olan material və məmulatlar; 29.1.2.4. qida və yem məhsulunda qalıqların miqdarı; 29.1.2.5. qida və yem məhsullarının etiketlənməsi; 29.1.2.6. qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı HACCP-a əsaslanan daxili nəzarət sistemlərinin tətbiqi vəziyyəti; 29.1.3. qida təhlükəsizliyi ilə əlaqəli yazılı materialların və sənədlərin araşdırılması; 29.1.4. qida məhsulları ilə təmasda olan işçilərin tibbi müayinəsi, sağlamlıq və gigiyenik vəziyyətinin yoxlanılması; 29.1.5. qida və yem məhsulundan nümunələrin götürülməsi və tədqiqi (sınağı). 29.2. Qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti aparılarkən qida subyekti ilə bağlı aşağıdakılar nəzərə alınmalıdır: 29.2.1. qida və yem məhsulları ilə bağlı müəyyən edilmiş risklər; 29.2.2. qida subyektlərinə dair qeydiyyat, təsdiq, sertifikatlaşma və əvvəlki nəzarət tədbirləri çərçivəsində toplanmış məlumatlar və aparılmış sınaqların nəticələri; 29.2.3. qida subyektlərinin cavabdeh olduqları qida obyektlərində qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə dair apardıqları daxili nəzarət (audit) tədbirlərinin nəticələrinə dair qeydlər. 29.3. Dövlət nəzarəti tədbirləri nəticəsində pozuntular aşkarlandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məhdudlaşdırıcı tədbirləri tətbiq edir. 35.1. Qida subyektləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq, aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 35.1.1. ilkin istehsal, istehsal, emal, dövriyyə və utilizasiya etdikləri qida və yem məhsulunun təhlükəsizliyini təmin etmək; 35.1.2. bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə əməl olunmasına dair vəziyyəti yoxlamaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən əməkdaşların qida obyektlərinə maneəsiz girişinə, obyektə baxış keçirmələrinə və məhsullardan nümunələr götürmələrinə şərait yaratmaq və qanunvericiliyə uyğun olaraq tələb etdikləri sənədləri onlara təqdim etmək; 35.1.3. işçilərin ilkin və dövri tibbi müayinəsini, habelə onlara gigiyenik təlimlərin keçirilməsini təmin etmək; 35.1.4. qida və yem məhsullarının dövriyyəsi və utilizasiyası proseslərində təhlükə yaranmasına gətirib çıxarmış pozuntular, bazara yerləşdirilmiş təhlükəli qida və yem məhsulları və yaranmış böhran vəziyyəti haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; 35.1.5. təhlükəli qida və yem məhsullarının dövriyyəsini, o cümlədən ilkin istehsalını, istehsalını, emalını və ya onun ayrı-ayrı proseslərini dayandırmaq, həmin məhsulların ticarət obyektlərindən (satışdan), istehlakçılardan geri çağırılmasını və bu haqda istehlakçıların məlumatlandırılmasını, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarları əsasında onların utilizasiyasını və ya məhv edilməsini təşkil etmək; 35.1.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) istehsal və ya emal etdikləri, satdıqları, yaxud utilizasiya etdikləri qida və yem məhsulları ilə bağlı risklərin qarşısının alınmasında, azaldılmasında (məhdudlaşdırılmasında) və aradan qaldırılmasında köməklik göstərmək; 35.1.7. qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərində onların izlənilməsini təmin etmək, bu məqsədlər üçün tələb olunan sənədləri saxlamaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmək; 35.1.8. qida və yem məhsullarının istehsal və emal olunduğu qida obyektlərində daxili nəzarəti (auditi) həyata keçirmək və nəzarətin nəticələrinin uçotunu aparmaq. Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin)gəldiyi nəticələrin işinfaktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 220.3-cü maddəsinə əsasən Qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə-fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd:Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə,Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdətəşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmənin hüquqi təhlil və mövqeyi : İnzibati məsuliyyətin əsaslandırılması (AR İXM 220.3) Maddə 220.3-ə əsasən, qida istehsalı, emal, saxlanma və satışında “Qida təhlükəsizliyi haqqında” qanunun normativlərinə riayət edilmədikdə fiziki şəxslər 100– 150 AZN, vəzifəli şəxslər 400–600 AZN cərimə edilir . Şikayətçi – vəzifəli şəxs – 600 AZN cərimə olunub. Burada cərimə normadan kənara çıxa bilməz, lakin maksimum hədlə (600 AZN) tənbeh qanunvericilik çərçivəsindədir. Qanuni yoxlama əsasında plandankənar yoxlama keçirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, AQTA-nın yoxlamasını plan xaricində aparmaq hüququvar. Yoxlama Ky252308609 saylı aktla 13–15 may 2025 tarixləri arasında keçirilib. Bu audit konkret faktlara əsaslanaraq – vətəndaş, qurumlar müraciətinə görə və KİV məlumatları səbəbilə həyata keçirildiyi göstərilib. Bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinin forması…” adlı normativə uyğun gəlir. Yoxlama reyestrə daxil edilib və rəsmi aktla təsdiq edilib – bu "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun” tələblərinə uyğundur. Yoxlama aktında pozuntular rəsmiləşdirilib və “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” 3 noyabr 2020ci il tarixli, 19 nömrəli qərarda göstərilən norma pozuntularıdır, hansı ki, yuxarıda yoxlamanın nəticələrində qeyd edilmişdir. Bu pozuntular müstəqil faktlarla (yoxlama aktı) təsdiqlənib və əsaslıdır. Faktiki pozuntu olmasa belə qərar qəbul edilə bilməzdi, yəni pozuntunun mövcudluğu vardır. İcraedici orqanın səlahiyyəti və prosedurların hüquqi sırasına gəldikdə AQTA-nın region şöbəsi səlahiyyətli orqandır – bu cür yoxlamaları həyata keçirmək hüququ var. Fəaliyyətdə reyestrə daxil edilmə, aktın tərtib edilməsi, müvafiq normaya əsaslanma – hamısı normativ prosedurlara uyğun həyata keçirilib. Şikayətçinin iddiası “Reyestrə qeydə alınmadan yoxlama aparılıb” bildirməsi bu, sübuta söykənmir, çünki akt rəsmi sənəddir və pozuntular mövcuddur. Şikayətçinin arqumentlərinə dair mövqeyə gəldikdə şikayətçi bəyan edir ki, pozuntu etməyib, sosial şəbəkə şikayətləri ilə “kölgələyiblər”. Bu, hüquqi arqument deyil, emosional ifadələrdir. Normativ pozuntu faktları isə rəsmi yoxlama aktı ilə təsdiqlənib. Şikayətçinin qeyd etdiyi: “zərərvericilərlə mübarizə, alətlər dizinfeksiya, subməhsullar yenidən qaydaya düşüb” – bunlar yoxlama aktında əks olunmayıb; şifahi iddia sübut sayılmır (İXM 76.1, 80.1-2). Qanun sübut tipini sənədləşdirilmiş aktlara və maddi sübutlara əsaslayır –bu faktlar məhkəmə tərəfindən dəlil olaraq qəbul edilmir. Məhkəmə baxışının təhlili odur ki, məhkəmə aktiv araşdırma və objektivlik prinsipinə uyğun olaraq yekunlaşdırılmış, konkret fiziki sübutlar (yoxlama aktı) var və bunlar yuxarıda qeyd edilən tələblərə riayət olunmadığını göstərməklə xətanın mövcudluğunu təsdiqləyir. Şifahi iddialar, faktlara əsaslanmayan münasibət bunu təkzib etmir. AR İXM 135.1.1-2 maddələrinə görə, əgər hər hansı fakt düzgün araşdırılmayıbsa və nəticə faktlara uyğun deyilsə, qərar ləğv edilə bilər. Lakin burada faktlar - yoxlama aktı ilə təsdiqlənən pozuntulardır və məhkəmə qeyd edir ki, xəta mövcuddur. Beləliklə, inzibati tənbeh qanuni əsasla edilmiş, səlahiyyətli orqan tərəfindən qəbul olunub və şikayətçi bu pozuntuları konkret dəlillərə əsaslanmaqla təkzib etməyib. Tərəflərin izahatı, işdə olan sənədlər və işin faktiki halları ilə müəyyən edildi ki, X12- Qida zənciri subyekti tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməmiş və haqlı olaraq Azərbaycan Respublikası X8 tərəfindən cərimələnmişdir. Məhkəmə işdə olan sənədlərə, sübutlara qiymət verərək belə hesab edir ki, X7 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3-cü maddəsi ilə təqsirli bilinərək, 600 manat məbləğində cərimə edilməsi ilə bağlı qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair verilmiş şikayəti təmin edilməsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar