Məhkəmə qərarları › İş №3(032)-630/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-630/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-630/2025 25.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədirliyi Hüseynov Elvin Nizami oğlunun katibliyi Şikayət vermiş şəxs X3, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Muğan regional X14 İdarəsinin baş inspektoru X7 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Muğan regional X14 İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ X9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Muğan regional X14 İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olub ünvan 2 fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018ci il tarixli Sərəncamına əsasən küçələrdə, yol kənarlarında, anti-sanitar șəraitdə heyvan kəsimi və ət satışı fəaliyyəti qadağan olunmuşdur. Sərəncamın icrası ilə əlaqədar Şirvan șəhərində sahibkarlıq fəaliyyəti ilə məșğul olduğundan (VÖEN **********) X21 Kəsim Məntəqəsi yaradılması Şirvan şəhər İcra hakimiyyəti bașçısı tərəfindən ona təklif edilmiş, ət kəsim məntəqəsinin yaradılması və fəaliyyətinin tənzimlənməsi sahəsində Dövlət dəstəyi olacağı bildirilmişdir. Bu sahənin inkişaf etdirilməsində, şəhər və ətraf kənd və rayonlarda ət kəsimi ilə məşğul olan qəssabların kəsim məntəqələrində heyvan kəsiminin, həmçinin insan qidası üçün yararlı ətin ilkin emalının həyata keçirildiyi məkana cəlb edilmələri, xüsusi baytarlıq-sanitariya, sanitariya-gigiyena, eləcə da müasir tələblərə uyğunlaşdırılması sahəsində Dövlət qurumlarının dəstəyi vacib amillərdəndir. Mülkiyyətində olan Şirvan şəhəri, ünvan 3 ünvanında yerləșən 0.20 ha torpaq sahəsində 1280 m² sahədən ibarət daşınmaz, əmlak inşa edilmişdir. İstifadəsində olan kəsim məntəqəsində iri və xırdabuynuzlu heyvanların kəsim məntəqəsi kəsimdən qabaq saxlanma, kəsim, toplanma, bağırsaqların təmizlənməsi, ətin doğranması və qablaşdırılması, ətin soyudulması, yükləmə bölməsindən ibarət olmaqla bütün şərait yaradılmışdır. Bundan əlavə olaraq kəsimə gələn sahibkarlar və digər şəxslər üçün istirahət, qidalanma (yeməkxana) otaqları yaradılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin xx.xx.2012-ci il tarixli, YTNƏŞ-899 nömrəli rəy tərtib edilmişdir. Min bir əziyyətlə ərsəyə gələn X21 Kəsim Məntəqəsi fəaliyyəti dövründə Șirvan șəhərində ət kəsimi və satışı ilə məşğul olan 15 qəssabın 10 nəfəri kəsim məntəqəsindən kənar heyvan kəsimi ilə məşğul olmaqla məntəqənin fəaliyyətinə kölgə salmağa çalışırlar. Azarbaycan Respublikası FHN-nin RDYNX-nin Muğan DYN İdarəsinin əməkdaşları tərəfindən Șirvan X22 Məntəqəsinə gəlməklə xx.xx.2025-ci il tarixli protokol əsasinda barəsində 29 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası FHN-nin RDYNX-nin Muğan DYN İdarəsinin əməkdaşları tərəfindən baxış keçiriləcəyi barədə heç bir rəsmi bildiriş təqdim etməmişdir. Belə ki, ət kəsim məntəqəsinin fəaliyyəti dövründə Azərbaycan Respublikası FHN-nin RDYNX-nin Muğan DYN İdarəsinin əməkdaşları tərəfindən heç bir yoxlama aparlmamış, məntəqənin fəaliyyəti ilə bağlı heç bir xəbərdarlıq olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin yaradılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Kəsim məntəqəsi fəaliyyəti dövründə Azərbaycan Respublikası FHN-nin RDYNX-nin Muğan DYN İdarəsinin əməkdaşları müxtəlif vaxtlarla qeyri-yaşayış sahəsinin yanğın təhlükəsizliyinə riayət olunmasına və digər tələblərin icra edilməsinə dair baxışlar keçirilmiş, heç bir nöqsan aşkar edilməmişdir. Belə ki, kəsim məntəqəsinin fəaliyyətinin tənzimlənməsi və şəhər ərazisində məntəqədən kənar heyvan kəsən və ət satıșı ilə məşğul olan bəzi qəssablar tərəfindən məntəqənin fəaliyyətinə 1 kölgə salmaq niyyətləri nəticəsində FHN-nin RDYNX-nin Muğan DYN idarəsi tərəfindən əsassız protokol tərtib edilməklə barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Dəfələrlə məntəqədən kənar ət kəsimini həyata keçirən sağlamlıq durumu, ətin keyfiyyətinin yoxlanılmadan satışını həyata keçirən qəssabların qanunsuz fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasınn Qida Təhlükəsizliyi Ağentliyə və Ağentliyin (AQTA) Şirvan-Bölməsinə, Şirvan şəhər İcra hakimiyyətinə və Şirvan şəhər X17 Regional dəfələrlə müraciət etmişdir. Lakin qeyd edilən qəssablarla bağlı heç bir qanuni tədbirlər görülməmiş, onların sosial şəbəkələrdə əsassız şikayətləri nəticəsində Azərbaycan Respublikasınn Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) X1, Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsi və Azərbaycan Respublikası FHN-nin RDYNX-nin Muğan DYNÍ tərəfindən inzibati tənbehvermə haqqında qanunsuz qərarlar qəbul edilmişdir. FHN-nin RDYNX-nin Muğan DYN ldarəsinin əməkdaşları X21 Kəsim Məntəqəsinə baxış keçirərkən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ə sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələblərini pozmuşdur. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o, cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarliq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarin pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd edilmiş xüsusatlar sübut edir ki, barəsində FHN-nin RDYNX-nin Muğan DYN İdarəsi tərəfindən heç bir qanuni əsası olmayan akt yazılmış və cərimə hesablanmışdir. FHN-nin RDYNX-nin Muğan DYN İdarəsinin rəisi tərəfindən tərtib edilmis inzibati tənbeh vermə haqqında 29.05. 2025-ci il tarixli, MN ******* saylı qərarı qanunsuz və əsassız olduğundan ləgv edilməsinə dair qərar qəbul edilməlidir. Qeyd edilən qərarın surəti ona rəsmi təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 şikayəti müdafiə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Muğan regional X14 İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Muğan Regional X14 İdarəsinin baş inspektoru X11 izahat verərək bildirdi ki, yoxlama əsasında 15 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və daha sonra protokol əsasında 29 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul edilərək X4 İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən 1000 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Qərarın əsaslı olmasını nəzərə alıb şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş : X9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Muğan regional X14 İdarəsi tərəfindən tərtib edilmiş 29 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən 1000 manat miqdarında inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X14 Xidməti tərəfindən təqdim edilmiş KY252308944 saylı çıxarışa əsasən, X5 məxsus olan və VÖEN-i ********** olan sahibkarlıq subyektində xx.xx.2025 - xx.xx.2025 tarixləri arasında cari fəaliyyət dövrünə aid plandankənar (növbədənkənar) müayinə aparılmışdır. Yoxlamanın hüquqi əsası “X2” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsaslanır. Yoxlamanın plandankənar keçirilməsinə əsas kimi aşağıdakı hallar göstərilmişdir: - İnsanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması; -Habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması; - Bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi; - Bir və ya bir neçə insanın ölümü təhlükəsi. Qeyd edilən yoxlamanın keçirilməsi barədə məlumat "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"nə daxil edilmiş və qanunvericiliyə uyğun tərtibo lunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin 15 may 2025-ci il tarixli X16 aktı tərtib olunmuş və həmin aktda Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin- Yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslərin (vətəndaşların) vəzifələri (YTQ № 01-2001 bənd 1.10 – 1.10.8) Yanğına qarşı su təchizatına dair tələblər (YTQ № 01-2001 bənd 8.1 – 8.8) Yanğın avadanlığı və ilkin yanğın söndürmə vasitələrinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 10.1 – 10.4) Tikintisi başa çatmış obyektlərin istismara qəbulu (Əsas: “X2” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsi, “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”) yerinə yetirilmədiyi müəyyən edilmiş, belə ki, müəyyən edilmişdir ki, məntəqə ilkin odsöndürücü balonlarla təchiz olunmayıb, yanğın su hovuzundan yanğın avtomobillərinin sərbəst su götürməsi üçün başlıqla təchiz olunmayıb və obyektin istismarı DYMX ilə razılaşdırılmayıb.. Məhkəmənin istinad etdiyi qanunvericilik normaları: X2 Azərbaycan Respublikası qanunun Maddə 2. Qanunun təyinatı Bu Qanun Azərbaycan Respublikasında insanların həyatının və sağlamlığının, milli sərvətlərin, mülkiyyətin bütün növlərinin yanğından qorunması məqsədilə fəaliyyət göstərən dövlət yanğından mühafizə və X14 sisteminin təşkilinin hüquqi əsasını və prinsiplərini müəyyən edir. Bu Qanun yanğınların törənməsi və yayılması səbəblərinin və şəraitinin aradan qaldırılmasında dövlət orqanlarının, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların; eləcə də vətəndaşların iştirakına hüquqi zəmin yaradılması, yanğınların qarşısının alınması və söndürülməsi, insanların həyatının və sağlamlığının mühafizəsi, mülkiyyətin bütün növlərinin və vətəndaşların şəxsi əmlakının, təbii sərvətlərin yanğında məhv olmaqdan qorunması, habelə bu sahədə qanunçuluğun möhkəmləndirilməsi üzrə ictimai münasibətləri nizama salır. Maddə 3. X2 qanunvericilik X2 qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə səlahiyyətli dövlət orqanları tərəfindən yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların (normativ sənədlərin) qəbul edilməsindən ibarətdir. Yanğın təhlükəsizliyinə dair normativ sənədlərə yanğın təhlükəsizliyi standartları, normaları və qaydaları, təlimatlar, yanğın təhlükəsizliyi tələblərinin göstərildiyi başqa aktlar aiddir. Maddə 25. X14 X14 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X14 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə X14 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun rəhbəri öz vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikasının yanğın nəzarəti üzrə Baş dövlət inspektorudur. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X14nin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: 1) dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; 2) dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; 3) yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; 4) tikinti meydançalarını (trasları) seçən komissiyaların, habelə tikintisi (yenidən qurulması) başa çatmış obyektləri qəbul edən komissiyaların işində həlledici səs hüquqi ilə iştirak etmək; 5) yanğınların törənməsi və insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi tələblərinin pozulması haqqında məlumat olduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vətəndaşların yaşayış yerlərinə və başqa tikililərinə, torpaq sahələrinə daxil olmaq; 6) müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına, genişləndirilməsinə və yeni texnika ilə təchiz edilməsinə dair layihəsmeta və şəhərsalma sənədlərini yanğın təhlükəsizliyi tələblərinə əməl olunması baxımından nəzərdən keçirmək və razılaşdırmaq; 7) Layihə və layihə-axtarış işlərini yerinə yetirən müəssisələrdə onların hazırladığı layihə və layihə-smeta sənədlərinin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından seçmə yolu ilə yoxlamalar keçirmək; 8) yanğın təhlükəsizliyi qaydası tələblərinin pozuntularının aradan qaldırılması, yanğın təhlükəsizliyi qaydasının tələblərinə uyğun gəlməyən malların (işlərin, xidmətlərin) istehsaldan çıxarılması,buraxılışına son qoyulması, satışının dayandırılması barədə müəssisələrin rəhbərlərinə, vəzifəli şəxslərə və vətəndaşlara yazılı tələbnamələr vermək; 9) yanğın törənməsi və ya insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozuntularını, habelə müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında həmin tələblərin yerinə yetirilmədiyini aşkar etdikdə müəssisələrin (ayrı-ayrı istehsalatların), istehsal sahələrinin, aqreqatların işini, binaların, qurğuların istismarını, ayrı-ayrı işlərin görülməsini tamamilə və ya qismən dayandırılması barədə qərar qəbul etmək; 10) verilmiş tələbnamə və qərarlar icra edilmədikdə materialları Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərmək; 11) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu mülkiyyəti olan obyektlərdə və ya xarici investisiyalı müəssisələrdə X14ni apararkən bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş hüquqlara malikdir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. AZƏRBAYCAN RESPUBLİKASİNDA YANĞİN TƏHLÜKƏSİZLİYİ QAYDALARİ. 1.9.1. Yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, Azərbaycan Respublikasının Dövlət X10 vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanunu tələblərini yerinə yetirmək; 1.9.5. Yanğından mühafizə bölmələrini qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 1.9.8. Azərbaycan Respublikasının Dövlət X10 və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 1.9.12.Hüquqi şəxsin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X14 Orqanları ilə razılaşdırmaq, həmçinin yuxanda adlan çəkilən tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya müəssisənin təyinatı üzrə fəaliyyəti dəyişdikdə bu haqda həmin orqanlara məlumat vermək. 1.10. Yanğın Təhlükəsizliyinin təmin edilməsi sahəsində fiziki şəxslər (vətəndaşlar) aşağıdakı tələbləri yerinə yetirməlidirlər: 1.10.1. Yanğın Təhlükəsizliyi normalarına, standartlarına və qaydalara ciddi riayət etmək; 1.10.2. Öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıq saxlamaq; 1.10.3. Yanğın aşkar etdikdə bu barədə dərhal şəhər və rayon X6 Xidmətinə məlumat vermək; 1.10.4. Yanğımdan Mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək, yanğını söndürmək üçün mümkün tədbirlər görmək; 1.10.5. Yanğının söndürülməsində yanğından mühafizə bölməsinə kömək göstərmək; 1.10.6. Dövlət X10 vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 1.10.7.Onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyinin tələblərinə riayət olunmasına nəzarət etmək və bunların pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün səhər və rayon X14 Orqanı vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq. 1.10.8. Hüquqi şəxs yaratmaqdan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlar, həmçinin hazırki qaydaların 1.9.1-1.9.12-ci bəndlərinin tələblərini yerinə yetirməlidirlər. 8.1. Yanğına qarşı su təchizatı xətləri saz vəziyyətdə olmalıdır və yanğının söndürülməsi üçün tələb olunan suyun sərfi normasının tələblərini ödəməlidir. Onların iş qabiliyyəti ildə ən azı iki dəfə yoxlanılmalıdır (yazda və payızda). Yanğın hidrantları daima saz vəziyyətdə saxlanılmalıdır. Hidrantlar yerləşən sahələrdə su xəttində suyun kəsilməsi və ya təzyiqin tələb olunan miqdardan az olması halları aşkar edildikdə yanğından mühafizə xidmətinə xəbər verilməlidir. Müəssisələrin yanğın nasoslarının elektrik mühərrikləri fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməlidir. 8.2. Yanğın baş verən zaman işə salmaq və lazımı miqdarda su ehtiyatı yaratmaq və həmin sahədə suyun sərfini artırmaq üçün, su sayğacı quraşdırılmış yerdə, diametri su xəttinin giriş yerindən az olmayan əlavə su xətti quraşdırmalı və ona ventil qoymalı. Ventili “Yanğın baş verdikdə açmalı” sözləri yazılmış lövhə ilə təmin etməli. 8.3. Hidrantlar və su hovuzları, onlara yaxınlaşmaq üçün hərəkət istiqamətini göstərən müvafiq göstəricilərlə (işıqlandırıcı və ya işıq əks etdirən xüsusi təbəqə ilə örtülmüş göstəricilər) təmin edilməlidirlər. Göstəricidə su mənbəyinə qədər olan məsafə rəqəmlərlə dəqiq olaraq qeyd edilməlidir. Hər bir yanğın hidrantı “YH” yazılmış işıqlandırıcı ilə və ya işıqlandırıcı (flyüoreset) göstəriciləri ilə təmin edilməlidir. Göstəricilərdə, eləcə də hidrantın nömrəsi, göstəricidən hidranta qədər olan məsafə (m), daxili diametri (mm) və onun növü (dairəvi və ya dalanlı) göstərilməlidir. Yanğın su hovuzu üzərində “YSH” sözləri yazılmış işıqlandırıcı və ya flyüoreset göstəricisi ilə təmin edərək, hərflərlə su ehtiyatının miqdarı (kub.metr) göstərilməlidir. Yanğına qarşı su hovuzları daima dolu vəziyyətdə saxlanılmalıdır. Onların su götürmə qurğuları saz vəziyyətdə olmalıdır. Yanğın avtomobillərinin, onlara sərbəst yan alıb oradan su götürməsi üçün su hovuzu ən azı 12 x 12 metr ölçüdə bərk örtüklü meydança ilə təmin edilməlidir. 8.4. Daxili yanğın kranları lülə və atıcı şlanqlarla təmin edilməlidirlər. Atıcı şlanq yanğın kranına və lüləyə birləşdirilmiş vəziyyətdə olmalıdır. Yanğın kranlarını şkaflarla təmin edilməlidir. Şkafların qapılarında yanğın kranlarının nömrələri yazılaraq, bağlanıb, möhürlənməlidir. 8.5. Nasos stansiyasının otağı, xüsusi izahedici mətnlərlə yazılmış, “Yanğına qarşı su təchizatının ümumi sxemi” və “Nasosların birləşmə sxemi” ilə təmin olunmalıdır. Həmin sxemlər xüsusi çərçivəyə salınaraq, görünən yerdən asılmalıdır. Nasosxanada yerləşən hər bir siyirtmənin və su təzyiqini qaldıran nasosun təyinatları barədə göstəriciləri olmalıdır. Su təzyiqini yüksəldici nasosların dövriyyəyə qoşulması qaydası təlimatla müəyyən edilməlidir. Nasos stansiyası üçün «Xidməti heyətin yanğın baş vermə zamanı fəaliyyəti» barədə təlimat işlənib hazırlanmalı, işçilərə imza ilə tanış etdirməklə bir nüsxəsi, nasos stansiyasının otağında görünən yerdən asılmalıdır. Yaşayış məntəqələrinin yanğına qarşı su təchizatının nasos stansiyalarının dispetçer otağı ilə yanğından mühafizə xidmətinin rabitə məntəqəsinin dispetçer otağı aralarında birbaşa telefon əlaqəsi olmalıdır; 8.6. Su xətləri üzərində quraşdırılmış, elektrik ötürücüsü ilə açılıb-bağlanan siyirtmələrin iş qabiliyyəti ildə iki dəfədən az olmayaraq, yanğın nasoslarının iş qabiliyyəti isə ayda bir dəfədən az olmayaraq yoxlanılmalıdır. Qeyd olunan avadanlıqlar daim saz vəziyyətdə saxlanılmalıdır 8.7. Obyektin ərazisində və ya yaxınlığında ( 200 m radiusunda ) təbii və ya süni su mənbələrinin (çaylar, göllər, hovuzlar, süni su kanalları və s.) mövcud olduğu halda, onlara ilin hər bir fəslində yanğın avtomobillərinin və yanğının söndürülməsində iştirak edən digər texnikanın yan alıb su götürülməsi üçün, həmin su mənbələrə bitişik 12 x 12 m ölçüdə bərk örtüklü meydança və ya körpülər qurulmalıdır. 8.8. Su təzyiqi qüllələri ilin hər fəslində yanğın texnikası ilə suyun götürülməsi üçün uyğunlaşdırılmalıdır. Yanğının söndürülməsi üçün nəzərdə tutulmuş su ehtiyatından məişət və istehsalat məqsədləri üçün istifadə etmək qəti qadağandır. 10.l. Yanğın avtomobilləri yanğın depolarında və ya bu məqsəd üçün ayrılmış şəxsi heyətin normal və təhlükəsiz iş şəraitini təmin edən, qızdırıcı sistemi, elektrik enercisi, telefon rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz edilmiş xüsusi bokslarda saxlanılmalıdır. Yanğın avtomobillərindən yanğın texniki avadanlıqların çıxarılması və yanğın texnikasından digər məqsədlər üçün istifadə edilməsi qəti qadağandır. 10.2. Yanğın avtomobilləri və motopompalar, yanğınların söndürülməsi üçün uyğunlaşdırılmış texnika yanğın-texniki avadanlıqlarla tam təmin edilməli, yanacaq və odsöndürücü maddələrlə doldurularaq, daima saz vəziyyətdə saxlanılmalıdır. Yanğınların söndürülməsi üçün texnikanın cəlb edilmə qaydası, yerli orqanlarla təsdiqlənmiş çıxış cədvəli və yanğınların söndürülməsi üçün qüvvə və vəsaitlərin cəlb edilməsi planına əsasən təyin edilməlidir. 10.3. Yanğınsöndürmə məqsədi ilə uyğunlaşdırılmış (yenidən təchiz edilmiş) hər bir yanğın motopompasına xüsusi hazırlıq keçmiş motorçu (sürücü) təhkim olunmalıdır. Müəssisələrdə yanğın motopompalarının yanğın yerinə gətirilmə qaydaları müəyyən edilməlidir. 10.4. Otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər. Müvafiq sertifikatları olmayan yanğınsöndürmə vəsaitlərinin istifadəsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinə əsasən İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Maddə 17. Vəzifəli şəxslərin inzibati məsuliyyəti Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Eyni zamanda məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmənin mövqeyi: X4 qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 518.3-cü maddəsi ilə cərimə tətbiq edilmişdir. Həmin maddəyə əsasən: “…yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə…” vəzifəli şəxslər 800–1000 manat məbləğində cərimə edilir. Təqdim olunmuş X8nda aydın şəkildə aşağıdakı pozuntular qeydə alınmışdır: İlkin od söndürücü vasitələrlə təchizatın olmaması (YTQ №01-2001, bənd 10.4), Yanğın su hovuzundan yanğın avtomobilinin sərbəst su götürməsi üçün lazımi başlığın olmaması (bənd 8.1–8.3), Obyektin istismarının X14 Xidməti ilə razılaşdırılmadan həyata keçirilməsi (Tikintisi başa çatmış obyektin istismara qəbulu qaydalarının pozulması). Bu pozuntular təsvir edilən qaydalarla qəti şəkildə qadağan olunmuş və yanğın təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edən tələblərdir. Bu isə şəxsin məsuliyyətini hüquqi və faktiki əsaslarla tam sübut edir. Şikayətçi bildirir ki, yoxlamadan əvvəl rəsmi bildiriş verilməyib. Lakin plandan kənar yoxlamanın əsasları qanunvericiliyə tam uyğundur. “X2” Qanunun 25-ci maddəsinə və “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən Əgər insanların həyat və sağlamlığına birbaşa təhlükə barədə konkret faktlara əsaslanan rəsmi məlumatlar varsa, yoxlama plandan kənar və dərhal aparıla bilər. Mövcud işdə də belə əsaslar mövcuddur və yoxlama barədə məlumat “Vahid Yoxlama Reyestri”nə daxil edilib. Bu, yoxlamanı qanuni edir. AR İXM-nin 8-ci maddəsinə əsasən: “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir…” Hazırkı iş üzrə: FHN tərəfindən X8, Fəaliyyət obyektinə dair KY252308944 saylı çıxarış, vasitəsilə təqsir tam və qəti şəkildə sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, dövlət orqanları tərəfindən qəbul olunmuş inzibati aktlar hüquqi prezumpsiya daşıyır. Həmin aktın qərəzli və ya əsassız olması yalnız yetərli əks sübutlarla isbat oluna bilər. Tərlanov İsmayıl tərəfindən belə sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə toplanmış sübutlar, təqdim edilmiş rəsmi sənədlər və müvafiq normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, şikayətçinin ərizəsində göstərilən halların hüquqi və faktiki əsasları olmadığı qənaətinə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X14 Xidməti tərəfindən təqdim edilmiş X8nda açıq şəkildə obyekt üzrə aşağıdakı pozuntular qeydə alınmışdır: İlkin yanğınsöndürmə vasitələri ilə təminatın olmaması; Yanğın su hovuzunun yanğın avtomobilləri üçün texniki baxımdan uyğunlaşdırılmaması; Obyektin istismara verilməsinin X14 Xidməti ilə razılaşdırılmaması. Bu halların hər biri Yanğın təhlükəsizliyinə dair normativ sənədlər – YTQ № 01-2001 (bəndlər 1.10 – 1.10.8, 8.1 – 8.8, 10.1 – 10.4), habelə “Tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın tələblərinə ziddir. Şikayətçi tərəfindən irəli sürülmüş “qərəzli münasibət”, “əvvəlcədən bildiriş verilməməsi”, “digər qəssabların təsiri” və “pozuntu olmaması” iddialarına gəlincə, məhkəmə qeyd edir ki: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən plandan kənar yoxlamaların keçirilməsi yalnız konkret hallarda mümkündür. Bu hallara, o cümlədən insanların həyat və sağlamlığına mühüm təhlükənin olması barədə faktlar daxil edilir. İş üzrə təqdim edilmiş KY252308944 saylı çıxarışdan da görünür ki, yoxlama qanuni əsasla, Vahid Yoxlama Reyestrində qeydiyyata alınmaqla həyata keçirilmişdir. Bu isə yoxlamanın və onun nəticəsində tərtib edilmiş aktın qanuni əsaslarla aparıldığını təsdiqləyir. Şikayətçinin iddia etdiyi kimi, digər qəssabların fəaliyyətinə dair şikayətlər və onların sosial şəbəkələrdə etdiyi paylaşımlar bu iş üzrə hüquqi əhəmiyyət daşımır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyət fərdidir, başqa şəxslərin mümkün qanun pozuntuları bu iş üzrə inzibati xəta barədə qərarın qüvvəsini itirməsinə səbəb ola bilməz. Toplanmış sübutlar, tətbiq edilən hüquqi normalar və inzibati xəta haqqında iş üzrə təqdim olunmuş sənədlər əsasında məhkəmə hesab edir ki: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi əsasında verilmiş inzibati tənbeh qərarı qanuni və əsaslıdır; Şikayətçinin iddia etdiyi hallar inzibati məsuliyyətin istisnasına səbəb olmur, əksinə, mövcud vəziyyətdə təqsirin sübut olunmasını təsdiqləyir; Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək nəticəyə gəlir, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Muğan regional X14 İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X3 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARALDİ: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən cərimə edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Muğan regional X14 İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar