Məhkəmə qərarları › İş №3(032)-642/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-642/2023

22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-642/2023 22.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1994-cü il tarixdə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Şirvan şəhəri 1 may küçəsində olan zaman X2 məxsus “MM” adlanan marketdən 48 manat dəyərində dezodarant oğurlamışdır. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin və zərərçəkmiş şəxs X1 izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində tanışı X6 və həmkəndlisi X4 ilə birgə Şirvan şəhərinə gəlmişdir. Burada Elçin onlardan ayrılmış və o, Rafiq ilə birgə Şirvan şəhəri ərazisində bir qədər vaxt keçirmişdir. Bundan sonra Rafiq onu Şirvan şəhəri 1 may küçəsinə gətirmiş və ondan ayrılmışdır. Orada olan ərzaq mağazasına yaxınlaşmış, mağazaya daxil olmuşdur. Həmin vaxt mağazada satıcı və bir nəfər müştəri olmuş, satıcının başı kassanın yanında olan müştəriyə qarışmışdır. Orada olan vitrinlərdən birinə yaxınlaşmışdır. Satıcının başının qarışıq olmasından istifadə edərək vitrində olan 09 ədəd dezodorant-spreyi götürərək ciblərinə paltarının içərisinə qoymuşdur. Mağazadan heç nə almamışdır. Əməlindən peşman olması və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, ona məxsus Şirvan şəhəri 1 may küçəsində yerləşən ərzaq mağazası vardır. Həmin ərzaq mağazasında ərzaq məhsullan ilə yanaşı dezodorant-spreylər də satılır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində özünə məxsus mağazada tək olmuş, bu vaxt mağazaya adını sonradan bildiyi Şəxs daxil olmuşdur. O, mağazanın yanında olan kassanın yanında dayanmışdır. Bir nəfər müştəri ona yaxınlaşaraq kassanın yaxınlığında olan məhsulların qiymətini soruşmağa və onunla söhbət etməyə başlamışdır. Bu vaxt onun başı qarışdığı üçün o, Şəxs nə etdiyini görə biməmişdir. Bir qədər keçdikdən sonra Şəxs vitrinlərin yanından uzaqlaşaraq qapıya sarı yaxınlaşmış və heç bir məhsul almadığını bildirib mağazadan çıxmışdır. Mağazadan çıxdıqdan sonra Şəxs hərəkətən ona şübhəli gəldiyi uçün o, dərhal mağazanın kamerasına baxmağa başlamışdır. Şəxs dezodorant-spreyləri oğurlamasını görmüş və ərazidə olan Polis əməkdaşlarına zəng edərək həmin şəxsin oğurluq etməkdə şübhəli olmasını blldirmiş və onun saxlanılmasını xahiş etmişdir. Bundan sonra Şirvan şəhər polis bəsinə gələrək Şəxs barəsində şikayət etmişdir. Şəxs onun mağazasından bir ədədinin qiyməti 5 manat 50 qəpik olan 06 ədəd "Reksona” markalı dezodorant-sprey, bir ədədinin qiyməti 5 manat olan 02 ədəd “Axe” markalı dezodorant-sprey, bir ədədinin qiyməti 5 manat olan 01 ədəd “Rikers” markalı dezodorant-sprey oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 48 - manat maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışmış, dəymiş ziyan ona ödənilmişdir. Bu barədə məhkəməyə ərizə təqdim edib iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə X1 şikayəti əsasında ona məxsus mağazadan ümumi dəyəri 48 manat olan 09 ədəd dezodarantspreyin adını sonradna bildiyi Şəxs tərəfindən oğurlanmasını bildirmiş, lakin Şəxs oğlnun əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını,ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X3 ilə barışdıqlarını, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş Şəxs zərərçəkmiş şəxs X2 vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar