Məhkəmə qərarları › İş №3(032)-642/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-642/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-642/2025 25.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Şikayət verən şəxs Fərəcov Vəzir Vəkil oğlunun iştirakı ilə, Fərəcov Vəzir Vəkil oğlunun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 14 fevral 2025-ci il tarixli qərarından verilmiş şikayətə baxaraq, müəyyən etdi: Fərəcov Vəzir Vəkil oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 14 fevral 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat məbləğində cərimə olunmuşdur. Fərəcov Vəzir Vəkil oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 14 fevral 2025-ci il tarixli qərardan şikayət verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Fərəcov Vəzir Vəkil oğlu eyni zamanda buraxılmış müddətin bərpa olunması barədə vəsatət verərək şikayət vermə müddətinin ötürülməsinin üzrlü hesab edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Fərəcov Vəzir Vəkil oğlu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 14 fevral 2025-ci il tarixli qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti rədd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Fərəcov Vəzir Vəkil oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 14 fevral 2025-ci il tarixli qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması vəsatəti təmin edilmədiyindən, inzibati tənbeh vermə haqqında MN ******* saylı, 14 fevral 2025-ci il tarixli qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 130.2ci maddələrini rəhbər tutub, qərara aldı: Fərəcov Vəzir Vəkil oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin MN ******* saylı, 14 fevral 2025-ci il tarixli qərarından verilmiş şikayət geri qaytarılsın. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar