Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-644/2023 22.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 25Q2ED, subay, orta təhsilli, işləmyən, Sabirabad rayonu, Yolçubəyli kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 22 may 2023-cü il tarixdə, saat 01 şəhərin 1 May küçəsində olan zaman səsküy salaraq ictimai qaydanı pozmuşdur. Buna görə də, Şirvan şəhəri Polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı Qabil Əlizadə tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 22 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, 22 may 2023-cü il tarixdə saat 01 radələrində Şirvan şəhəri 1 May küçəsində olan zaman əsəbi halda olduğu üçün nalayiq ifadələr işlədərək səs-küy saldığını səmimi etiraf edir. Əməlindən səməmi peşmançılıq çəkdiyini və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 bildirdi ki, xx.xx.2023cü il tarixdə saat 01:20-də Şirvan şəhər 1 May küçəsində 1 nəfər şəxsin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməsini görüb, şəxsə yaxınlaşıb özünü təqdim edib həmin şəxsi nizam-intizama dəvət etmiş, vətəndaşa qanunsuz əməllərinə son qoymasını bildirmiş, vətəndaş öz hərəkətlərinə davam etdiyi ücün barəsində inzibati protokol tərtib olunmasından ötrü polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Sabirabad rayon sakini Şəxsdur. Hadisə ilə bağlı Şəxs izahatı alınmış və onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfərləri Rahim Abdullayev, Mixail Liaquşin, Həsən Nəsirli və Şahin Piriyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:20-də Şirvan şəhər 1 May küçəsində 1 nəfər şəxsin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməsini görüb, şəxsə yaxınlaşıb özünü təqdim edib həmin şəxsi nizam-intizama dəvət etmiş, vətəndaşa qanunsuz əməllərinə son qoymasını bildirilmiş, vətəndaş öz hərəkətlərinə davam etdiyi ücün barəsində inzibati protokol tərtib olunmasından ötrü polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində həmin şəxs Sabirabad rayon sakini Şəxs olduğu müəyyən edilmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 may 2023-cü il tarixdə, saat 01:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs oğlu barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 80 (səksən) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-644/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-644/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver