Məhkəmə qərarları › İş №3(032)-645/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-645/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-645/2024 08.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs iştirakı ilə, Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vəzifəli şəxs Şəxs tərəfindən Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “EMSİ” obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yerləşdirilməsi göstərilmişdir. Protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasında izahatında protokolda qeyd olunan xüsusatları etiraf edərək bildirmişdir ki, ödənişlə bağlı xəbərdarlıq gəlmiş, lakin 2-3 ay müddətində maddi çətinliklər olduğundan ödənişi vaxtında ödəyə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Fiziki şəxslərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs (VÖEN **********) fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır; Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 25 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “EMSİ” obyekti üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında müvafiq protokol tərtib edilmişdir; İnzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, açıq məkanda Şəxs tərəfindən “EMSİ” obyektinə aid reklam yerləşdirilmişdir. 31 may 2024-cü il tarixli, 000977 saylı “İcazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən açıq məkanda reklam yayımı hallarının müəyyən edilməsi haqqında” aktdan görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikası qanunun 26-cı maddəsinin tələbləri pozulmuşdur. Göstərişi reklam yayıcısının nümayəndəsi imzalamaqdan imtina etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 000977 saylı «Reklam haqqında» Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin pozulmasına dair icrası məcburi olan göstərişdən görünür ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “EMSİ” obyektinin nümayəndəsindən «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli,1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası»nın 3-cü bəndini rəhbər tutaraq müvafiq aktda qeyd olunan qanun pozuntularını 5 gün ərzində aradan qaldırılması tələb olunmuşdur. Göstərişi reklam yayıcısının nümayəndəsi imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən sahibkar Şəxs qanunsuz reklam yayımlanması halının aradan qaldırılması ilə bağlı tərəfindən heç bir tədbir görülmədiyi halda xx.xx.2024-cü il tarixdə, saat 12:45-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “EMSİ” obyektində barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi, bu məqsədlə xx.xx.2024-cü il tarixdə, saat 12:45-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “EMSİ” obyektinə gəlməsi barədə ünvanına 11-3-7/2- 693/2024 nömrəli, xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. X6 İdarəsinin ENŞ-nin Böyük müfəttişi X4 və aparıcı müfəttiş X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, idarə tərəfindən göndərilən 11-3-7/2- 693/2024 nömrəli bildirişdə göstərilən vaxtda Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “EMSİ” obyektində olmuşlar, sahibkar Şəxs qanunsuz reklam yayımına görə barəsində inzibati xəta haqqında protokol tərtib olunduğu bildirildi. O, isə izahat verməkdən və imza etməkdən imtina etdi. Adları qeyd olunan şəxslər aktın doğruluğunu öz şəxsi imzaları ilə təsdiq etmişlər. “Reklam haqqnda” Azərbaycan Respublikası Qanununun: 26.1-ci maddəsinə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsi ilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijabların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. 26.8. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 2.1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır. 2.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (müvafiq qurum özü bu Qaydanın 2.2.1- 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlər barədə məlumatları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində nəzərdə tutulmuş qaydada əldə edə bildikdə həmin sənədlərin ərizəyə əlavə edilməsi tələb olunmur): 2.2.1. reklam yayıcısı hüquqi şəxs, yaxud xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 2.2.2. reklam yayıcısı fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 2.2.3. reklam yayıcısının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; 2.2.4. reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və vəziyyət planı; 2.2.5. reklamın eskizi və ölçüləri; 2.2.6. istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamı yerləşdirilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti; 2.2.7. reklamda əmtəə nişanı və coğrafi göstərici xarici dildə yerləşdiriləcəyi halda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin verdiyi qeydiyyat şəhadətnaməsi. 3.6-cı bəndindən görünür ki, açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir. 3.7-ci bəndindən görünür ki, müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Yuxarıda isnad olunan “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.1, 2.2.4 və 2.2.5-ci bəndlərinin tələbinə əsasən, açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı, hazırkı halda Şəxs müvafiq quruma ərizə təqdim etməli, ərizə müvafiq qurum tərəfindən qəbul edilərək qeydiyyata alındıqdan sonra həmin ərizəyə bir sıra sənədlər, o cümlədən reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və vəziyyət planı, eləcə də reklamın eskizi və ölçüləri əlavə edilməlidir. Göründüyü kimi, qanunverici açıq məkanda yerləşdiriləcək reklamın ölçüsü və digər rekvizitləri barədə sənədləri ərizəsinə əlavə etmək öhdəliyini reklam yayıcısının üzərinə qoymuşdur ki, hazırkı inzibati xəta haqqında işdə bu öhdəlik Şəxs tərəfindən pozulmuşdur. Nəticədə qeyd olunan pozuntunun aradan qaldırılması barədə X6 İdarəsi tərəfindən reklam yayıcısına xx.xx.2024-cü il tarixli müvafiq xəbərdaredici bildiriş göndərilsə də bu pozuntular aradan qaldırılmamış və belə olan halda, Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31-ci maddəsinə əsasən, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarının tədqiqi nəticəsində hesab edir ki, vəzifəli şəxs Şəxs məhkəmə tərəfindən ən aşağı həddə təyin edilmiş inzibati tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21 və 31-ci maddəsinə uyğundur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, vəzifəli şəxs Şəxs tərəfindən Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “EMSİ” obyektinin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Məhkəmə araşdırması zamanı vəzifəli şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar