Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-649/2024 31.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-235/2017 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 1185 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X6 verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)- 298/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 2530 manat məbləğində pul vəsaiti alınaraq X4 verilməsi qət edilmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-923/2020 nömrəli icra sənədinə əsasən Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 340 manat aliment alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-235/2017 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(032)-298/2021 nömrəli və Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-923/2020 nömrəli icra sənədlərinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-235/2017 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 1185 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X6 verilməsi qət edilmişdir. Bu günə kimi heç bir ödəniş etməmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)- 298/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 2530 manat məbləğində pul vəsaiti alınaraq X4 verilməsi qət edilmişdir. Bu günə kimi 830 manat ödəmiş, 1700 manat borc qalmışdır. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-923/2020 nömrəli icra sənədinə əsasən Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 340 manat aliment alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Bu günə kimi 10.000 manat borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bu günə kimi Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədlərin icrası ilə bağlı şəxsin barəsində müraciətləri əsasında axtarış işi açılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs 30.7.2024-cü il tarixdə saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, borcundan boyun qaçırmır. Həbsdə olduğu üçün borclarını ödəyə bilməmişdir. Vaxt verildiyi təqdirdə borcundan müəyyən məbləğlərdə ödənişlər edəcək. Barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-235/2017 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 1185 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X6 verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-235/2017 nömrəli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-298/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 2530 manat məbləğində pul vəsaiti alınaraq X4 verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-298/2021 nömrəli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-923/2020 nömrəli icra sənədinə əsasən Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 340 manat aliment alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-923/2020 nömrəli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görürünür ki, Şəxs barəsində olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-235/2017 nömrəli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-923/2020 nömrəli və Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)- 298/2021 nömrəli icra sənədləri üzrə icraat bir icraatda birləşdirilmişdir. Şirvan şəhər Polis şöbəsinin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-111/2-18081/2024 nömrəli məktubundan görünür ki, Şəxs barəsində Aİ/261130/24 nömrəli axtarış işi açılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin Şirvan şəhər Polis şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 42448/10-17 nömrəli məktubundan görünür ki, borclu Şəxs icra şöbəsinə təhvil verildiyindən Şirvan şəhər Polis şöbəsində açılmış Aİ/261130/24 nömrəli axtarış işinə xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona götə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Şəxs əməlində iş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-235/2017 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(032)-298/2021 nömrəli və Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-923/2020 nömrəli icra sənədləri ilə Şəxs tutulmalı olan pulun borclu tərəfindən ödənilməməsi, icra sənədinin icrasını təmin etməməsi Şəxs məhkəmə qərarı ilə cərimə növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda cərimənin ödəniləcəyi imkanını istisna edir. Ona görə də, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkarlara olan borcunu ödəmədiyini, çıxarılmış məhkəmə qərarlarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş borcların məbləğini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 30 iyul 2024-cü il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-649/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-649/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver