Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-65/2024 17.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədova Səidə Hüseynağa qızı X1 xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli elektron qərarın ləğv edilərək cərimə məbləğinin dəbbə pulu ilə bərabər silinməsinə dair şikayətinə və müddətin bərpa edilməsi barədə vəsatətinə baxaraq müəyyən etdim: X1 xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli elektron qərarın ləğv edilərək cərimə məbləğinin dəbbə pulu ilə bərabər silinməsinə dair şikayət ərizəsi və müddətin bərpası barədə vəsatəti Şirvan şəhər Məhkəməsinə 17 yanvar 2024-cü il tarixdə daxil olmuşdur. Şikayətə görə, DİN Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında Qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, ** CX *** dövlət qeydiyyat nömrəli “FORD TOURNEO CONNECT” yük avtomobili ilə hərəkət edən zaman o yola uyğun sürət həddi ilə avtomobili idarə etmiş və heç bir sürət həddini aşmamışdır. Lakin qərarda onun idarə etdiyi nəqliyyat vasitəsi ilə sürət həddini aşdığı qeyd edilmişdir. Halbuki həmin yerdə qayda pozuntusu hesab olunacaq heç bir yol nişanı göstərilməyib. Hesab edir ki, adı çəkilən qərar qanunsuz və əsassızdır. Şikayət vermiş şəxs X3 şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etmişdir. Vəsatətə görə DİN Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Həmin qərar ona rəsmi təqdim edilməmişdir. Qərarın surətini müraciəti əsasında almışdır. Qeyd olunan qərar ona rəsmi təqdim edilmədiyindən şikayət vermə müddəti tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Odur ki, müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayəti və əlavə edilmiş vəsatəti nəzərdən keçirərək hesab edir ki, geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayətvə ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. İş materiallarından görünür ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, qərardan şikayət isə 17 yanvar 2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. Şikayət vermiş şəxs X3 qərarı vaxtında rəsmi qaydada almadığını və buna görə də qərardan vaxtında şikayət edə bilmədiyini vəsatətində göstərsə də, bu halı təsdiq edən heç bir sübutu vəsatətinə əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli qərardan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut vəsatətə əlavə edilmədiyindən “inzibati tənbeh vermə haqqında” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli qərardan verilmiş şikayət və ona əlavə edilmiş vəsatət X2 geri qaytarılmalıdır . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130, 130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: X3 tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli qərarın ləğv olunması və həmin qərar əsasında təyin olunmuş cərimənin silinməsi barədə şikayət və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət geri qaytarılsın. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-65/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-65/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver