Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-65/2025 22.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YPX baş inspektor polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:05 radələrində sürücülük hüququ (müfaviq kateqoriya) və etibarnaməsi olmadan idarə etdiyi “Mercedes Benz 208D” markalı, ** BT *** dövlət nömrə nişanlı avtomobili ilə Şirvan şəhəri 1 May küçəsində yola çıxarkən manevr etmə qaydalarını pozduğu üçün “Fiat-Doblo” yük markalı, ** MS *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “Fiat-Doblo” yük markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi ziyan yetirmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YPX baş inspektor polis kapitanı X3 20 yanvar 2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 18 yanvar 2025-ci il tarixdə saat 18:05 radələrində sürücülük hüququ (müfaviq kateqoriya) və etibarnaməsi olmadan idarə etdiyi “Mercedes Benz 208D” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, 1 May küçəsində yola çıxarkən düzgün manevr etməmiş və nəticədə düzünə hərəkətdə olan “Fiat-Doblo” yük markalı, ** MS *** dövlət nömrə nişanlı avtomobilin sol hissəsindən vurmuşdur. Hadisə zamanı heç bir xəsarət almamış və sərxoş olmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilməmişdir. Sonda məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirdi ki, 18 yanvar 2025-ci il tarixdə saat 18:05 radələrində etibarnamə ilə idarə etdiyi “Fiat-Doblo” yük markalı, ** MS *** dövlət nömrə nişanlı avtomobil ilə Şirvan şəhəri 1 May küçəsində hərəkətdə olarkən sola ayrılan yoldan “Mercedes Benz 208D” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yola çıxarkən düzgün manevr etməyərək öz hərəkət zolağında olan zaman onu vurmuşdur. Hadisə nəticəsində onun etibarnamə əsasında idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 332.4 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş AE seriyalı 040612 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 208D” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 19 yanvar 2025-ci il tarixli rəy aktından görünür ki, zaman “Fiat-Doblo” yük markalı, 77MS 273 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 ümumilikdə (ehtiyat hissələri 670 manat, təmir bərpa işləri 710 manat) 1380 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə inzibati tənbehin məqsədlərini təmin etmədiyindən barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 22 yanvar 2025-ci il tarixdən, saat 11:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Zərərçəkmiş şəxsə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquq izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-65/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-65/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver