Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-650/2024 15.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ19758077 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 xx.xx.2024-cü il tarixli, EQ19758077 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 (səksən) manat miqdarında inzibati cərimə edilmişdir. X2 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş EQ19758077 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş 19758077 saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. Qeyd edilən tarixdə Şirvan şəhərində olsa da, avtomobil idarə etməmişdir. Yaşadığı vəq eydiyyatda olduğu ünvana cərimə olunması barədə bildiriş gəldikdən sonra Şirvan şəhər Polis Şöbəsinə müraciət etdikdən sonra barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 barəsində tərtib edilmiş EQ19758077 nömrəli qərar ona rəsmi qaydada verilmədiyindən aidiyyəti üzrə Şirvan şəhər Polis şöbəsinə müraciət etməsi ilə əlaqədar olaraq şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdi və bu barədə ərizə təqdim etdi. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayəti araşdırıb, şikayət vermiş X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını bildirməklə şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası DİN-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən tərtib edilmiş EQ 19758077 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-650/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-650/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver