Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-651/2024 15.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, X1 iştiarkı ilə, X2 barəsində Azərbaycan Respublikası DİN-in DYPB-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2019-cü il tarixli, EQ 2787813, xx.xx.2022-ci il tarixli, EQ 10394727, xx.xx.2019-cü il tarixli, EQ ******* xx.xx.2019cü il tarixli, EQ 2862113, xx.xx.2022-ci il tarixli, EQ 10624489, xx.xx.2022-ci il tarixli, EQ 10864216 və xx.xx.2022-ci il tarixli, EQ 10991987 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2019-cü il tarixli, EQ 2787813, xx.xx.2022-ci il tarixli, EQ 10394727, xx.xx.2019-cü il tarixli, EQ ******* xx.xx.2019-cü il tarixli, EQ 2862113, xx.xx.2022-ci il tarixli, EQ 10624489, xx.xx.2022-ci il tarixli, EQ 10864216 və xx.xx.2022-ci il tarixli, EQ 10991987 nömrəli elektron qərarların qanunsuz hesab edilməklə ləğv edilməsi və əsassız yazılmış inzibati cərimələrin silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X6 tərəfindən verilmiş etibarnamə əsasında 2011-ci il buraxılışlı, “VAZ 21041” minik markalı, ** LT *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2015-ci il tarixədək hər ay 250 manat icarə haqqı ödənilməklə idarə edirdi. Qeyd edilən nəqliyyat vasitəsi mülkiyyətçi tərəfindən xx.xx.2015-ci il tarixdə “VAZ 21041” minik markalı 2011-ci il buraxılışlı ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əvəziləşdirilmişdir. 2011-ci il buraxılışlı “VAZ 21041” minik markalı 2011-ci il buraxılışlı ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi başqa şəxslərə verildiyindən nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə verilmədiyindən cərimələr onun adına gəlmişdir. Qeyd edilən cərimələrin ona aid olmaması barədə mülkiyyətçiyə, sonradan isə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında qeyd edilən nəqliyyat vasitəsinin saxlanması və duracağa yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra qeyd edilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini qanunsuz olaraq digər nəqliyyat vasitələrinin (oka və Vaz 21074) markalı üzərinə taxmaqla dövlət qeydiyyat nişanı istifadə edilir. Azərbaycan Respublikası DİN-nə, Nazirliyin 102 zəng mərkəzinə DİN-in BDYPİ-nə təkrar müraciətlərinə cavab olaraq bildirilmişdir ki, istifadəsində olan sürücülük vəsiqəsinin istifadə müddəti bitənədək cərimələr silinəcəkdir. Lakin istifadəsində olan sürücülük vəsiqəsinin müddəti bitdikdə, yeni sürücülük vəsiqəsi almaq üçün müraciət etdikdə barəsində tətbiq edilmiş cərimələrin ödənilməsi tələb edilmişdir. Barəsində tətbiq edilmiş elektron qərarlar qanunsuz və əsassızdır. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 "VAZ 21041" markalı, ** LT *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 19 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 "VAZ 21041" markalı, ** LT *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 "VAZ 21041" markalı, ** LT *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli, EQ 10394727 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 "VAZ 21041" markalı, ** LT *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli, EQ 10624489 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 "VAZ 21041" markalı, ** LT *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-cü maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli, EQ 10864216 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 "VAZ 21041" markalı, ** LT *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli, EQ 10624489 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 "VAZ 21041" markalı, ** LT *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-cü maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinin dizpozisiyasında göstərilmişdir ki, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 339.1-1-ci maddəsinin dizpozisiyasında göstərilmişdir ki, Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 469.3-cü maddəsinin dizpozisiyasında göstərilmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayətlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarına əsasən aşağıdakıları qeyd edir: 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); inzibati cərimənin məbləği və ödənilməsi qaydası, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında işin hallarına obyektiv qiymət vermək mümkün olmadığına görə məhkəmə hesab edir ki, X3 barəsində qəbul olunmuş qərar ləğv olunmalı və araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinə göndərilməlidir. Material üzrə təkrarən araşdırma aparılarkən sürücü X3 Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinə dəvət olunmalı, ondan müvafiq izahat alınmalı, sonuncunun irəli sürdüyü dəlillər yoxlanılmalı və sonda əsaslı və qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-in DYPB-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2019-cü il tarixli, EQ 2787813, xx.xx.2022-ci il tarixli, EQ 10394727, xx.xx.2019-cü il tarixli, EQ ******* xx.xx.2019-cü il tarixli, EQ 2862113, xx.xx.2022-ci il tarixli, EQ 10624489, xx.xx.2022-ci il tarixli, EQ 10864216 və xx.xx.2022-ci il tarixli, EQ 10991987 nömrəli qərarları ləğv edilsin. İnzibati xəta haqqında qərarlara yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-651/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-651/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver