Məhkəmə qərarları › İş №3(032)-659/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-659/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-659/2024 29.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası DİN-nin DYPB-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/22168514 nömrəli qərarının ləğv edilməsi barədə X4 şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X2 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası DİN-nin DYPB-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, EQ/22168514 nömrəli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri X.Məmmədov küçəsi ev 98-da yaşayır. X1 mülkiyyətində olan 2003-cü il buraxılışlı, “MİTSUBİSHİ AİRTREK” minik markalı, **-FN- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə şəxsi işləri ilə əlaqədar Hacıqabul yolu ərazisində hərəkətdə olarkən barəsində EQ 22169228 və EQ 22168514 nömrəli elektron qərarlar qəbul edilmişdir. Elektron qərarın qəbul edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə E-Polis mobil tətbiqindən məlumat almışdır. Belə ki, qeyd edilən elektron qərarların araşdırılması barədə müraciət etdikdə barəsində elektron qərarların olması və ödənilməməsi barədə məlumat verildi. Araşdırma zamanı məlum olmuşdur kı, qeyd edilən qərarlar əsasında hər biri 300 manat olmaqla cəmi 600 manat cərimə hesablanmışdır. Qeyd edilən elektron qərardan şikayət vermə müddətini üzürlü səbəbdən ötürmüş, belə ki, özü İİİ dərəcəli əlildir. Hərəkət məhdudiyyəti var, həmçinin hüquqi savadsızlığından qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Əlavə olaraq Şirvan şəhər Məhkəməsinin 3(032)-20/2024 saylı İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli qərarına xitam erilməsi barədə qərarı xx.xx.2024-cü il tarixdə almışdır. Məhkəmə iclasında şikayət verən şəxs X5 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə qərardan şikayət verən şəxs X4 izahatını dinləyərək, işdə olan sübutlara qiymət verərək hesab edir ki, şikayət ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ/22168514 nömrəli qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 00:19:50-də “MİTSUBİSHİ AİRTREK” minik markalı, **- FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(032)-20/2024 saylı qərarı ilə xx.xx.2023-ci il tarixli, İXP 5913528, İXP 5913532, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən inzibati xəta törətmiş X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 1 (bir) il müddətə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-20/2024 saylı, 17 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin dizpozisiyasında göstərilmişdir ki, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə şikayətlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarına əsasən aşağıdakıları qeyd edir: 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); inzibati cərimənin məbləği və ödənilməsi qaydası, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Hazırda məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, səalhiyyətli orqan tərəfindən qəbul edilmiş qərarda X5 Azərbaycan Respublikası İXM-nin 339.1-1 maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası İMX-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş cərimənin məbləği qanunverici tərəfindən 50 manat həddində müəyyən edilmişdir. Göstərilən bu hal şəxsin törətmiş olduğu inzibati xətaya görə qanunvericilikdə nəzərdə tutulmuş cərimə məbləğindən dəfələrlə artıq məbləğdə inzibati tənbehə məruz qalmasına dəlalət edir ki, bu da yolverilməz olmaqla səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olmasının göstəricisidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında işin hallarına obyektiv qiymət vermək mümkün olmadığına görə məhkəmə hesab edir ki, X5 barəsində qəbul olunmuş qərar ləğv olunmalı və araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Material üzrə təkrarən araşdırma aparılarkən sürücü X5 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə dəvət olunmalı, ondan müvafiq izahat alınmalı, sonuncunun irəli sürdüyü dəlillər yoxlanılmalı və sonda əsaslı və qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutub, qərara aldı: Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Azərbaycan Respublikası DİN-nin DYPB-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, EQ/22168514 nömrəli qərarının ləğv edilməsi barədə X4 şikayət ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin DYPB-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/22168514 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında qərara yenidən baxılması üçün Azərbaycan Respublikası DİNnin BDYPİ-yə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar