Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-66/2025 30.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24519979 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24519979 inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində dövlət qeydiyyat nömrəsi ** BQ *** dövlət qeydiyyat nişanlı, “Volvo FH 460” yük markalı yəhərli dartıcı nəqliyyat vasitəsi və ona qoşulu olan ** ZA *** dövlət qeydiyyat nömrəli HANDELSBEZEİCHNUNG markalı yanacaq daşıyan yarımqoşqu (yanacaq çəni) ilə M-2 47.9 km Qaradağ rayon, Səngəçal qəsəbəsi, Ələt istiqamətində hərəkətdə olarkən telefonuna SMS vasitəsi ilə EQ 24519979 cərimə bildirişi gəlib. Barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə cərimə tətbiq edilmişdir. ÖZünə məxsus avtomobilin yarımqoşqusu (yanacaq çəni) ilə dizel, Aİ 92 və Aİ 95 benzin yanacağı daşıyır. Sözügedən maşının yanacaq çəni zavod istehsalı olduğundan Beynəlxalq yükdaşıma və mövcud standartların tələblərinə uyğundur. Avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyildir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24519979 nömrəli qərar qanunsuz və əsassızdır, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş X9i İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş orqanın əməkdaşı gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətçinin izahatını, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək hesab edir ki, şikayət aşağıda əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli, EQ 24519979 nömrəli qərara əsasən X4 xx.xx.2024-cü il tarixdə M 2 47.9 km. Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində ** BQ *** dövlət qeydiyyat nömrəli “VOLVO FH 460” yük avtomobili ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat məbləğində cərimə edilmişdir. AB № 979000 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ZA *** qeydiyyat nişanlı, CASVİ-yarımqoşqu markalı, yanacaq çəni tipli, buraxılış ili 2001-ci il olan nəqliyyat vasitəsinin yüksüz kütləsi 9000 kq, icazə verilmiş maksimal kütləsi 37400 kqdır. AB № 972393 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** FG *** qeydiyyat nişanlı, “X8” yük markalı, yəhərli dartıcı tipli, buraxılış ili 2008-ci il olan nəqliyyat vasitəsinin yüksüz kütləsi 8440 kq, icazə verilmiş maksimal kütləsi 18000 kqdır. “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”na 4 nömrəli əlavənin surətindən görünür ki, yükün texniki adı tez alışan maye (benzin, dizel), bir nəqliyyat vasitəsində daşınan yükün çəkisi 37.6 ton, təhlükəli yükü eyni vaxtda daşınan nəqliyyat vasitələrinin sayı 1 ədəd, X8 markalı ** FG *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı, CASVİ markalı , ** ZA *** dövlət qeydiyyat nişanlı yan qoşqu yanacaq çəni. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X9i İdarəsinin X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24519979 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yükərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin 2 nömrəlinə əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır. Həmin cədvəlin 3.1-ci bəndin üçüncü abzasına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə nəqliyyat vasitələrində icazə verilən ümumi kütlə 40 tondur. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24519979 saylı inzibati tənbeh vermə haqqında qərarında və inzibati xətanın qeydə alındığı fotoşəkildə öz təsdiqini tapmışdır. X4 barəsində tərtib edilmiş EQ 24519979 saylı inzibati xəta haqqında qərarın əsassız olmasını onunla əsaslandırmışdır ki, o, 40000 kiloqramdan artıq olan yükü daşımamış, çəki ölçmə nəzarət sistemində yoxlama yük avtomobilinin və avtomobildə olan yarımqoşqu yanacaq çəninin çəkiləri də daxil edilməklə hesablanmışdır. X2 gətirdiyi əsas yuxarıda qeyd edilən qanunvericilik aktları ilə təkzib edildiyindən məhkəmə tərəfindən özünün müdafiə xarakterli müraciət kimi qiymətləndirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24519979 saylı inzibati tənbeh vermə haqqında qərarı üzrə əhəmiyyətli hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24519979 saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan, X3 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24519979 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-66/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-66/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver