Məhkəmə qərarları › İş №3(032)-661/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-661/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-661/2024 27.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X7, Qərarından şikayət edilən Hacıqabul rayon Polis Şöbəsinin DYPB-nin polis baş serjantı X6 iştirakları ilə, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Hacıqabul rayon Yol Patrul Xidməti rəisi polis polkovnik leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/22839896 nömrəli qərarının ləğv edilməsi barədə X7 şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Hacıqabul rayon Yol Patrul Xidməti rəisi polis polkovnik leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/22839896 nömrəli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Yol Patrul Xidməti Şöbə rəisi polis polkovniki leytenantı X2 xx.xx.2024-cü il tarixli, EQ/22839896 inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinmişdir. X4 xx.xx.2024-cü il tarixdə, saat 21:15 radələrində özünə məxsus ** BE *** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” minik markalı avtomobillə atası idarə edirdi. Həmin avtomobilin yan tərəfində isə nəvəsi X9 əyləşmişdir. Onların yanında olmamışdır. Evdə olan vaxt atasının istifadə etdiyi ***-***-**-** saylı mobil telefonuna sms gəldi, həmin smsi açıb baxdıqda atasına 400 manat cərimə yazılmışdır. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə X20 Xidməti şəhər şöbəsinə yollandılar və oradan elektron protokolun surətini almışlar və məlum oldu ki, atası təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona 400 manat cərimə gəlmişdir. Amma hər gün atası avtomobili idarə etmiş və bundan başqa Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində 40 manat nəzərdə tutulmuş, lakin ona 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X15 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Qərarından şikayət edilən Hacıqabul rayon Polis Şöbəsinin DYPB-nin polis baş serjantı X10 məhkəmə iclası zamanı izahatında bildirdi ki, X15 avtomobili sürücülük hüququ məhdud olmaqla idarə etmişdir. Özünün və digər vətəndaşların həyatını təhlükəyə atmışdır. Sürücülük hüququ məhdud olduğuna görə 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qərardan şikayət verən şəxs X7 və Hacıqabul rayon Polis Şöbəsinin DYPBnin əməkdaşının izahatlarını dinləyərək, işdə olan sübutlara qiymət verərək hesab edir ki, şikayət ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ/22839896 nömrəli qərardan görünür ki, X15 xx.xx.2024-cü il tarixdə, saat 21:15:45-də “NİSSAN SUNNY” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinin dizpozisiyasında göstərilmişdir ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə şikayətlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normalarına əsasən aşağıdakıları qeyd edir: 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); inzibati cərimənin məbləği və ödənilməsi qaydası, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Həmçinin, məhkəmə hazırki iş üzrə şikayətçinin inzibati qərarın ləğvi üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, tədqiq olunmuş video görüntüdən məlum olur ki, hazırki inzibati xəta şikayətçinin idarə etdiyi ** BE *** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” minik markalı avtomobil təhlükəsiz şəhər kameraları vasitəsi ilə məhz qeydə alınmış və təhlükəsizlik kəmərindən istifadə etmədiyi müəyyən edilmiş, həmçinin avtomobili sürücülük hüququ olmadan idarə etmiş, bunun əsasında da elektron qərar qəbul edilmiş və şəxs haqlı olaraq cərimələnmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında işin hallarına obyektiv qiymət vermək mümkün olmadığına görə məhkəmə hesab edir ki, X15 barəsində qəbul olunmuş qərar ləğv olunmalı və araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hacıqabul rayon X21 Bölməsinə göndərilməlidir. Material üzrə təkrarən araşdırma aparılarkən sürücü X1 rayon DYPB-nə dəvət olunmalı, ondan müvafiq izahat alınmalı, sonuncunun irəli sürdüyü dəlillər yoxlanılmalı və sonda əsaslı və qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutub, qərara aldı: Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair Hacıqabul rayon Yol Patrul Xidməti rəisi polis polkovnik leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/22839896 nömrəli qərarının ləğv edilməsi barədə X7 şikayət ərizəsi qismən təmin edilsin. Hacıqabul rayon Yol Patrul Xidməti rəisi polis polkovnik leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ/22839896 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında qərara yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hacıqabul rayon Yol Patrul Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar