Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-664/2024 19.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Hacıqəhrəmanlı qəsəbəsi yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 19 avqust 2024-cü il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o, 18 avqust 2024-cü il tarixdə saat 14:55 radələrində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır . İnzibati xəta hadisəsinin olması 19 avqust 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 19 avqust 2024-cü il tarixdə onun atası Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nın əməkdaşının “saxla” işarəsinə tabe olmamış və hərəkətini davam etdirərək avtomobilini evin həyətində saxlamışdır. Bu zaman o, atasının avtomobilini təqib edən YPX əməkdaşının avtomobilini onun yaşadığı evin həyətinə daxil etməsinə əsəbləşmiş və polis əməkdaşına təqib olunan avtomobili özünün idarə etdiyini və həmin avtomobilin polis şöbəsinə getməyəcəyini bildirmişdir. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. O da onlarla razılaşıb polis şöbəsinə getmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin DYPBnin YPX-nin baş inspektoru polis leytenantı X1 izahat verərək bildirdi ki, 18 avqust 2024-cü il tarixdə saat 14:55 radələrində Şirvan şəhəri, M.Mirzəyev küçəsində xidmət apardığı zaman “Mercedes Benz” markalı **-HC-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxla işarəsi vermişdir. Sürücü onun saxla əmrinə tabe olmamış və hərəkətini davam etdirmişdir. Həmin avtomobili təqib etmiş və həmin sürücü avtomobili yaşadığı evin həyətinə saxlamışdır. Daha sonra onun oğlu Şəxs küçəyə çıxmış, səs-küy salaraq nalayiq ifadələr işlətmiş, avtomobili onun idarə etdiyini bildirmişdir. Onu nizam-intizama dəvət etsə də, o, hərəkətlərini davam etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 avqust 2024-cü il tarixdə saat 15:05 radələrində inzibati qaydada tutulmuş, 19 avqust 2024-cü il tarixdə saat 15:30-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar (himayəsində iki azyaşlı uşağın olması), onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa əməlindən səmimi peşman olmasını iş üzrə məsuliyyəti məsuliyyətini yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci, 43-cü, 114-cü, 115-ci, 129-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1989-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Hacıqəhrəmanlı qəsəbəsi yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin və 1 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın və qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-664/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-664/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver