Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-665/2024 19.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Şamaxı rayonu, Dağ Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin rəisi işləyən, evli, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü, 329.1-ci və 333.2-ci maddələrinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3cü, 329.1-ci və 333.2-ci maddələrinə əsasən 18 avqust 2024-cü il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o, nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə təhlükəsizlik kəmərini bağlamadan, alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə inzibati tənbeh almasına baxmayaraq həmin əməli il ərzində təkrarən yəni, xx.xx.2024-cü il tarixdə Mersedes Benz C180 markalı **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsinə sərxoş vəziyyətdə idarə etməklə törətmiş, həmçinin müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 18.08 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahdin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, özünü təqsirli bilir. Spirtli içki qəbul etdiyini və həmin vaxt avtomobili idarə edərkən spirtli içkinin təsiri altında olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şirvan şəhər Polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru Qaraşlı Abuş izahat verərək bildirdi ki, 18 avqust 2024cü il tarixdə saat 14:55 radələrində Şirvan şəhəri M.Mirzəyev küçəsində xidmətdə olarkən Mersedes Benz C180 markalı **-HC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona saxla əmri vermişdir. Lakin sürücü tabe olmayaraq hərəkətə davam etdirmişdir. Daha sonra polis əməkdaşları onu təqib edərək saxlamağa çalışsalar da, sürücü öz həyətinə daxil olduğu üçün onu saxlamaq mümkün olmamışdır. Bu zaman qapıda dayanmış sürücünün oğlu onlara yaxınlaşaraq nəqliyyat vasitəsini özünün idarə etdiyini bildirmiş, lakin onlar videogörüntünü təqdim edərək sürücünün başqa şəxsin olduğunu bildirmişlər. Daha sonra şəxsin atası özü yaxınlaşaraq spirtli içkinin təsiri altında olduğu üçün avtomobilin hərəkətini dayandırmadığını bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 09764 saylı protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 0,556 % müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3cü və 329.1-ci maddələri ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, onun barəsində İXM-nın 30.2-ci maddəsinin tələbləri nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, yaşını, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci, 115-ci, 128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : xx.xx.1959-cu ildə Şamaxı rayonu, Dağ Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin rəisi işləyən, evli, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olan inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-665/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-665/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver