Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-668/2024 21.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə , xx.xx.1974-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Şirvan şəhəri, Xəqani küçəsi, ev 88, mənzil 51-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs şəxsi münasibətlər zəminində münaqişə zamanı X3 döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2024-cü il tarixli MN № ******* inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, ekspert rəyi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, X6 onun qardaşının həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə anası şəkər və təzyiq xəstəsi olduğundan ona dərman almaq üçün çıxmış, qardaşı ona zəng edərək X2 onun anasının üzərinə gedərək söyüb təhqir etdiyini, təcili evə gəlmələrini bildirmişdir. O, illərdir ki, qayınanası ilə birlikdə yaşasa da onunla maraqlanmamış, ona qulluq etməmişdir. O, həmçinin bildirdi ki, evə çatdıqda həqiqətən Xatirənin anasının üzərinə getdiyini görmüş, səs-küy salaraq, onların arasına girmiş, onu anasından uzaqlaşdırmağa çalışmışdır. Onun Xatirəyə qəsdən xəsarət yetirmək fikri olmamışdır. Həmin vaxt özü Xatirə və bacısı tərəfindən döyülsə də, bu barədə şikayət verməmişdir. Hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində işdən evə gələndə görmüşdür ki, qaynanası və yoldaşı qapını bağlayıb çıxıb getmişlər. O, əvvəlcə həyətdə gönortaya qədər gözləmiş, gəlmədiklərindən bacısı gilə getmişdir. Axşam vaxtı bacısı ilə birlikdə evə gəldikdə həyat yoldaşı qapını açmamış, anası mağazadan gəldikdən sonra qapını açaraq anasını evə buraxmış, ona isə əşyalarını götürüb evdən çıxıb getməsini bildirmişlər. Daha sonra həyat yoldaşı baldızı Pikəxanımı çağırmış, Pikəxanım evə gələn kimi onun üstünə gedərək ona xəsarət yetirmişdir. Hadisə zamanı Pikəxanıma və ya onun anasına hər hansı xəsarət yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamışdır, barəsində daha ağır inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs ilə X6 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Şəxs X1 zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsidə əsasən rədd edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X9 Təcrübi və X7 şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 308 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X2 bədən səthində aşkar olunan xəsarətlər - sağ qulaqaltı çeynəmə nahiyyəsində , boyunun sağ və sol səthlərində cızıqlar - küt əşya təsirindən törənmiş, qərarın təsvir hissəsində göstərilən 25 iyun 2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın xarakterini, şəxsin əmlak vəziyyətinin qənaətbəxş olması, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakretizə edən halları nəzərə alınır. İXM-nin 32-33-cü maddələrinə əsasən Şəxs iş üzrə məsuliyyəti yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində müəyyən məbləğdə inzibati cərimə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-668/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-668/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver