Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-670/2024 23.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Saatlı rayonu, Məmmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-nin “X6” Məhdud Məsuliyyətli Cəmiyyətində elektromontyor vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vuraraq kirayə yaşadığı evin sahibi tərəfindən döyülməsi faktı üzrə Şirvan şəhər X7 Qrupunun təhqiqatçısı, polis baş leytenantı X2 xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Şirvan şəhər Polis şöbəsinin sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərkən hər hansı araşdırma aparmamış, yalnız cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərara istinad etmişdir. Həmin qərarda Şəxs Zərərçəkmiş şəxs döyməsi qeyd edildiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Səbinə adlı qadını 20 ildən artıq müddətdir ki, tanıyır. Onunla qonşuluqda yaşamışdır. Təxminən 6 aydır ki, Səbinə onun atası Həsənəli İsgəndərova məxsus olan Şirvan şəhərində yerləşən evdə kirayədə yaşayır. xx.xx.2024-cü il tarixdə atası ona zəng edərək bacısı Rüxsarə ilə Səbinənin mübahisə etdiyini demişdir. Sonradan ona polis şöbəsindən zəng gəlmiş və o, işdən çıxaraq polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən ona bildirilmişdir ki, guya o, Səbinə adlı qadını döyüb. Lakin o, Səbinə adlı qadını vurmamış, heç bir xəsarət yetirməmişdir. Həmin gün işdə olmuş, Səbinənin etdiyi şikayət böhtan xarakterlidir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxsla qonşu olmuş, daimi yaşamaq yeri olmadığı üçün kirayə ev axtarmış, Çingizin bacısı evi kirayə verdiyini demiş, o da sentyabr ayından həmin mənzildə kirayədə yaşamışdır. İşdən çıxdığı üçün ev təmizlik işlərinə getmişdir. Ruxsarə ilə aralarında kirayə pulunun ödənilməsi ilə bağlı sözlü mübahisə yaranmış, daha sonra Rüxsarə qardaşı Çingizə zəng etmiş, saat 10:30 radələrində Çingiz evə gələrək onun üz və ayaq nahiyələrinə sillə və təpik zərbələri endirərək xəsarətlər yetirmişdir. O, evin sahibi Həsənəli tərəfindən döyülməmiş, onunla sözlü mübahisəsi olmuşdur. Hazırda o, Şəxsnın onu döydüyünə görə ondan şikayətçidir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirinin seçilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti icra olunması üçün Şirvan şəhər X10 Təhlükəsizlik bölməsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞnin xx.xx.2024-cü il tarixli 322 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər sol kürəkdə və sol budun yuxarı 1/3-nin tış səthində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 08 iyul 2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Şirvan şəhər PŞ-nin rəisi polis polkovniki Füzuli Əhmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində DİN-nin 102 xidmətindən daxil olmuş ********** saylı məlumatda Şirvan şəhər M.Müşviq küçəsində yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** saylı nömrədən zəng edərək kirayə yaşadığı evin sahibəsi tərəfindən döyüldüyü barədə məlumat verdi. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası "xxxx" ASC “X6” MMC-nin 13-9-102/02-01-55 nömrəli, 23 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şəxs “X6” MMC-nin elektrik sexində elektrik montyoru işləyir. Şəxs xx.xx.2024-cü il tarixdə 07:30-da işə gəlmiş və 5:00-da işdən evə getmişdir. Həmin gün naryad (işə buraxılma vərəqəsi) əsasında öz işini icra etmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası "xxxx" ASC “X6” MMC-nin 13-9-102/02-01-55 nömrəli, 23 avqust 2024-cü il tarixli məktubuna əlavə edilmiş turniketdən çıxarış vərəqəsindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 07:30-da işə gəlmiş və 05:00-da işdən çıxmışdır. Eyni zamanda məktuba əlavə edilmiş naryad-buraxılış formasından görünür ki, Şəxs həmin tarixdə 1-ci mühafizə postuna gedən güc kabelinin istiqamətinin dəyişdirilməsi işi tapşırılmış, sonuncu 1-ci mühafizə postunda xx.xx.2024-cü il tarixdə saat 09:10-da işə buraxılmış, həmin tarixdə saat 16:00-da naryadı təhvil vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə müraciət edərək, kirayə yaşadığı evin sahibəsi tərəfindən döyüldüyü barədə məlumat vermişdir. Həmin məlumat əsasında araşdırma aparılmış və Şirvan şəhər X7 bölməsinin təhqiqatçısı X2 xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti icra olunması üçün Şirvan şəhər X10 Təhlükəsizlik bölməsinə həvalə olunmuşdur. Həmin qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs "xxxx" ASC-nin “X6” Məhdud Məsuliyyətli Cəmiyyətində elektrik montyoru vəzifəsində işləyir və hadisənin baş verdiyi tarixə münasibətdə Şəxs xx.xx.2024-cü il tarixdə saat 07:30-da işə gəlmiş və 05:00a kimi işdə olduğu və işi ilə əlaqədar naryad-buraxılış vərəqəsinə əsasən 1-ci mühafizə postuna gedən güc kabelinin istiqamətinin dəyişdirilməsi işi tapşırılmış, sonuncu 1-ci mühafizə postunda xx.xx.2024-cü il tarixdə saat 09:10-da işə buraxılmış və həmin tarixdə saat 16:00-da naryadı təhvil vermişdir. Məhkəmə qeyd edir ki, inzibati işin fakitiki hallarından göründüyü kimi protokolu tərtib etmiş şəxs Şirvan şəhər Polis şöbəsinin sahə rəisi, polis kapitanı X3 tərəfindən qeyd olunan inzibati xəta haqqında protokol tərtib edilərkən hər hansı araşdırma aparılmamış, yalnız cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərara istinad edilmişdir. Həmin qərarın məzmunundan isə təhqiqatçının mötəbər sübut kimi yalnız məhkəmə-tibbi ekspertizasının rəyinə istinad etməklə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olması qənaətinə gəldiyi və qərarın surətinin qeyd olunan əsasla müvafiq tədbir görülməsi üçün aidiyyəti orqana göndərilmişdir. Təhqiqatçı tərəfindən istinad edilən ekspert rəyinin məzmunundan göründüyü kimi Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilən xəsarətlərin qəsdən və ya hadisənin axarı zəminində digər şəraitdə yetirilmiş ola bilməsi, həmçinin xəsarətlərin özüözünə yetirilməyə xarakterik olub-olmaması araşdırma zamanı təhqiqat orqanı və ya inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən ekspertin qarşısında sual olaraq qoyulmadığı kimi həmin sualların cavabı ekspert rəyində də öz əksini tapmamışdır. Əksinə aparılmış araşdırmanın nəticəsi olaraq hadisə baş verən zaman barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs işdə olduğu və iş saatları ərzində iş yerini tərk etmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirliliyini sübuta yetirmək yüklülüyü isə inzibati aktı qəbul etmiş orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi hazırki inzibati xəta haqqında protokol məhz Zərərçəkmiş şəxs müraciəti nəticəsində qəbul edilmişdir. Eyni zamanda məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vermiş olduğu izahatında onun məhz Şəxs tərəfindən döyüldüyünü bildirsə də, iş üzrə araşdırmanın nəticəsi olaraq bu hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin biləbilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin biləbilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə yanlış tərcüməsinə görə iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə olunur. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında material Şirvan şəhər Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barədə Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddədə nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 530-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında material Şirvan şəhər Prokurorluğuna göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-670/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-670/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver