Məhkəmə qərarları › İş №3(032)-671/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-671/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-671/2023 23.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 22 may 2023-cü il tarixdə saat 20:15-də polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 22 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, avtomobili sərxoş vəziyyətdə idarə etmiş, polis əməkdaşları onu saxlamışlar, həmin vaxt polis əməkdaşları ilə aralarında kiçik anlaşılmazlıq baş vermiş, mübahisə yaranmışdır. Polisin qanuni tələbinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində şəhərin T.İsmayılov küçəsində xidmətdə olarkən ** LR *** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsi sərnişin daşıma qaydasını pozduğu üçün tərəflərindən saxla işarəsi verilmiş, avtomobilə yaxınlaşıb özlərini təqdim etmiş,sənədləri istəmişdir. Məlum olmuşdur ki, nəqliyyat vasitəsinin sənədi qaydasında deyil, sürücüyə maşının PŞ-nin duracağına gedəcəyini bildirmiş, sürücü aqresivləşərək “getməyəcəyini” demiş, onun sakit olmasını bildirmiş, ünvansız söyüşlər söyərək həmin yerdən yayınmağa cəhd göstərmiş, onu nizam-intizama dəvət etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməlini davam etmişdir. Həmin şəxs saxlanılan zaman sərxoş olmuş, həmçinin avtomobildə iki azyaşlı uşaq olmuşdur. Həmin şəxs PPX-nin köməyi ilə PŞ-nin növbətçi hissəsinə təhvil verilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 22 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 22 may 2023-cü il tarixdə, saat 20:15 radələrində polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində şəhərin T.İsmayılov küçəsində xidmətdə olarkən ** LR *** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı nəqliyyat vasitəsi sərnişin daşıma qaydasını pozduğu üçün tərəflərindən saxla işarəsi verilmiş, avtomobilə yaxınlaşıb özlərini təqdim etmiş,sənədləri istəmişdir. Məlum olmuşdur ki, nəqliyyat vasitəsinin sənədi qaydasında deyil, sürücüyə maşının PŞ-nin duracağına gedəcəyini bildirmiş, sürücü aqresivləşərək “getməyəcəyini” demiş, onun sakit olmasını bildirmiş, ünvansız söyüşlər söyərək həmin yerdən yayınmağa cəhd göstərmiş, onu nizam-intizama dəvət etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməlini davam etmişdir. Həmin şəxs PPX-nin köməyi ilə PŞ-nin növbətçi hissəsinə təhvil verilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 22 may 2023-cü il tarixli, 47 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən hallar aşkar edilmədi və sərxoş olmağı iş üzrə məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır və bu səbəbdən inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən X1 barəsində minimum həddə inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128- 130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 22 may 2023cü il tarixdən, saat 20:40-dan hesablansın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar