Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-682/2023 28.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1958-ci ildə Sabirabad rayonu, Muğangəncəli kəndində anadan olmuş, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 may 2023-cü il tarixdə, saat 22 radələrində şəhərin Z.Hacıyev küçəsində olan zaman polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisəsinin olması 27 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidlərin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünəməxsus maşın ilə hərəkətdə olan zaman X5 Bölməsinin əməkdaşları onu saxlamış, sərxoşluqda şübhəli olduğunu bildirmiş, onu müayinədən keçirdikdən sonra polis şöbəsinə gətirilmiş, sərxoş olmamışdır, ümumiyyətlə spirtli içki içmir, saxlanılan zaman onu iki dəfə müayinədən keçirmişlər, əsəbi olduğundan bu hərəkətlərə etirazını bildirmişdir. Özünü təqsirli bilmir. Polis əməkdaşlarına qarşı heç bir hörmətsizlik etməmişdir. Şirvan şəhəri PŞ-nin DYPB-nin YPX-nin inspektoru X1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində şəhərin Z.Hacıyev küçəsində ** YP *** dövlət qeydiyyat nömrə nişanlı YPX-nin xidməti avtomobili ilə xidmətdə olan zaman ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil işıq cihazından düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmış, sürücüyə özlərini təqdim edib qayda pozuntusunu izah edildikdən sonra sənədlərini istəmiş, sürücü sərxoşluqda özünü şübhəli apardığı üçün alkotestr müayinəsindən keçməsini xahiş etmiş, sürücü onlarla aqressiv davranaraq ucadan nalayiq ifadələr işlətməyə başlamış, onu sakitləşdirməyə çalışmış, lakin o ictimai qaydanı davamlı olaraq pozmağa davam etmiş, onların xidməti fəaliyyətlərinə maneəçilik yaradaraq qanuni tələblərinə qəsdən əməl etməmiş, ətrafda çoxsaylı adamlar olduğundan tərəflərindən polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şirvan şəhər sakini Şəxsdur. Şirvan şəhər PŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 məhkəmə iclasında X1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 27 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 27 may 2023-cü il tarixdə, saat 22 radələrində polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:05 radələrində şəhərin Z.Hacıyev küçəsində ** YP *** dövlət qeydiyyat nömrə nişanlı YPX-nin xidməti avtomobili ilə xidmətdə olan zaman ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil işıq cihazından düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmış, sürücüyə özlərini təqdim edib qayda pozuntusunu izah etdikdəndən sonra sənədlərini istəmiş, sürücü sərxşluqda özünü şübhəli apardığı üçün alkotestr müayinəsindən keçməsini xahiş etmiş, sürücü onlarla aqressiv davranaraq ucadan nalayiq ifadələr işlətməyə başlamış, onu sakitləşdirməyə çalışmış, lakin o ictimai qaydanı davamlı olaraq pozmağa davam etmiş, onların xidməti fəaliyyətlərinə maneəçilik yaradaraq qanuni tələblərinə qəsdən əməl etməmiş, tərəflərin polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şirvan şəhər sakini Şəxsdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 27 may 2023-cü il tarixli, 48 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs sərxoşluq müəyyən edilməmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, yaşını, əməlinə olan münasibətini nəzərə alaraq, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-682/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-682/2023
28.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver