Məhkəmə qərarları › İş №3(032)-683/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-683/2023

28.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-683/2023 28.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Şirvan şəhərində anadan olmuş, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 28 may 2023-cü il tarixdə, saat 02 radələrində şəhərin H.Əliyev prospektində olan zaman polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 28 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində şəhərin H.Əliyev prospektində olan zaman polisin qanuni tələbinə məhəl qoymamışdır. Hazırda əməlindən peşmandır. Şirvan şəhər ŞPŞ-nin PPXB-nin polis nəfəri X1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində şəhərin H.Əliyev prospektində xidmətdə olarkən S.Vurğun parkında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxsdən kimliyini təsdiq edən sənəd soruşduqda onlarla qeyri səmimi daşınmağa başlamış, onu dəfələrlə nizam-intizama dəvət etmiş, səs-küy salmağa başlamış, polisin qanuni tələbinə məhəl qoymamışdır. Həmin şəxsi avtopatrula mindirən zaman üzərinə natamam baxış zamanı bir ədəd bıçağa bənzər əşya aşkar olunmuş, tərəflərindən PŞ-yə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 28 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 28 may 2023-cü il tarixdə, saat 02 radələrində polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:45-də inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində şəhərin H.Əliyev prospektində xidmətdə olarkən S.Vurğun parkında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxsdən kimliyini təsdiq edən sənəd soruşduqda onlarla qeyri səmimi daşınmağa başlamış, onu dəfələrlə nizam-intizama dəvət etmiş, səs-küy salmağa başlamış, polisin qanuni tələbinə məhəl qoymamışdır. Həmin şəxsi avtopatrula mindirən zaman üzərinə natamam baxış zamanı bir ədəd bıçağa bənzər əşya aşkar olunmuş, tərəflərindən PŞ-yə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar