Məhkəmə qərarları › İş №3(032)-684/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-684/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-684/2023 10.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Regional İnsan Hüquqları və X1” ictimai birliyinin sədri Şəxs iştirakı ilə, ünvan 1 ünvanında yerləşən “Regional İnsan Hüquqları və X1” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: “Regional İnsan Hüquqları və X1” İctimai Birliyinin barəsində 28 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev tərəfindən Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında “Regional İnsan Hüquqları və X1” ictimai birliyi Şirvan şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 3(032)-686/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. “Regional İnsan Hüquqları və X1” ictimai birliyinin sədri Şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə tərtib edilmiş 28 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati məsuliyyətə cəlb olunmasına dair Şirvan şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 3(032)-686/2022 saylı qərarından şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 16 mart 2020-ci il tarixli , 3(032)-125/2020 saylı qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış “Regional İnsan Hüquqları və X1” ictimai birliyinin sədri Şəxs ərizəsi təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 3(032)-686/2022 saylı qərarından “Regional İnsan Hüquqları və X1” ictimai birliyinin sədri Şəxs tərəfindən şikayət verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-195/2023 saylı qərarı ilə şikayət qismən təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 3(032)-686/2022 saylı qərarı ləğv edilmiş, “Regional İnsan Hüquqları və X1” İctimai Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Şirvan şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Regional İnsan Hüquqları və X1” İctimai Birliyinin sədri Şəxs izahat verərək bildirdi ki, təşkilat Şirvan şəhər Məhkəməsi tərəfindən 25 iyul 2022-ci il tarixli, 3(032)-686/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə edilmişdir. Şəxs təşkilatın həm təsisçisi, həm də sədri olaraq 2015-ci ildən həbs həyatı yaşamışdır. Bu səbəbdən maliyyə hesabatı verə bilməmişlər. İstintaq zamanı, həbsdə olduğu zaman ofisində axtarışlar olmuş, təşkilata aid sənədlər, möhür və ştampellər müstəntiq tərəfindən götürülərək bir daha geri qaytarılmamışdır. İndi isə həbsdən azad olmuş və təşkilatın üzvləri tərəfindən yenidən quruma sədr seçilmişdir. Bu da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Qeyd olunanları nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə bildirişi göndərilmiş, lakin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-46/2016 saylı, 06 aprel 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-nin 178.3.2-ci maddəsi ilə ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin “Regional İnsan Hüquqları və X1” İctimai Birliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********407000 nömrəli məktubundan görünür ki, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyətləti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin “Regional İnsan Hüquqları və X1” İctimai Birliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********590600 nömrəli məktubundan görünür ki, “Regional İnsan Hüquqları və X1” İctimai Birliyi (VÖEN: **********) xx.xx.2007-ci il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. (əsas fəaliyyət növü: digər qruplara daxil edilməyən sair ictimai təşkilatların fəaliyyəti). xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında vergi ödəyicisinin vergi tutulan və ya vergidən azad olunan dövriyyəsi olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin “Regional İnsan Hüquqları və X1” ictimai birliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********593700 nömrəli məktubundan görünür ki, “Regional İnsan Hüquqları və X1” ictimai birliyi (VÖEN: **********) sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları hal-hazırda dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Şirvan şəhər Məhkəməsinin sorğusuna əsasən cavabladığı xx.xx.2023-cü il tarixli, **********734800 nömrəli məktubundan görünür ki, “Regional İnsan Hüquqları və X1” İctimai Birliyi (VÖEN: **********) tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Vergi orqanında olan məlumatlara əsasən birliyin 2021-ci il ərzində sahibkarlıq fəaliyyəti və digər tutulan əməliyyatları olmamışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Uçot məlumatlarına əsasən adıçəkilən birliyin rəhbəri Şəxsdur. Birliyin "xxxx" ASC-nin Şirvan filialında xx.xx.2010-cu il tarixdə vergi orqanı tərəfindən verilmiş **********9 və **********0 nömrəli şəhadətnamə-dublikatlar əsasında açılmış AZ83ATAZ******************** və AZ72ATAZ******************** nömrəli bank hesabları xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Hazırda birliyin aktiv bank hesabı yoxdur. “Regional İnsan Hüquqları və X1” İctimai Birliyin rəhbəri Şəxs xx.xx.2023-cü l tarixli, İ/65 nömrəli ərizəsində göstərmişdir ki, 14 iyul 2022-ci il tarixində Şirvan Şəhər Məhkəməsinə tərəfindən yazılmış olan onlayn ərizə onun tərəfindən yazılmayıb. Həmin tarixdə ağır xəstə olduğu üçün təxminən 1 ay müddətində Bakı şəhərində Semaşko xəstəxanasında olmuşdur. Ərizəni Şirvan şəhər Məhkəməsinə onun keçmiş köməkçisi Cəfərova İradə yazıb, Son 10 gündə aparmış olduğu araşdırmalara görə məlum olmuşdur ki, onun “gələn məktublara onlayn cavabları yazarsan” ümumi tapşırığına əsasən yazıb. Ərizənin sonundakı soyadı da doğru yazılmayıb. Hüquqi əsası yoxdur, etibarsızdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-195/2023 saylı qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən Şəxs mailto:contact@shirvancourt.gov.azElektron ünvan ünvanladığı məktubda göstərilən halları “Regional İnsan Hüquqları və X1” İctimai Birliyinin 2021-ci ildə fəaliyyət göstəribgöstərməməsini, həmin birliyin möhür, ştamp, nizamnamə və digər hüquqmüəyyənedici sənədlərinin istintaq orqanı tərəfindən götürülüb-götürülməməsini, müsbət halda həmin sənədlərin Şəxs nə vaxt qaytarıldığını, Birliyin bank hesabının bağlanıb-bağlanmamasını araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Regional İnsan Hüquqları və X1” İctimai Birliyinin barəsində 28 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev tərəfindən Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında “Regional İnsan Hüquqları və X1” ictimai birliyi Şirvan şəhər Məhkəməsinin 25 iyul 2022ci il tarixli, 3(032)-686/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. Şirvan şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 3(032)-686/2022 saylı qərarında Şəxs tərəfindən şikayət verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-195/2023 saylı qərarı ilə Şirvan şəhər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 3(032)-686/2022 saylı qərarı ləğv edilmiş və yenidən məhkəmə tərəfindən araşdırma aparılarkən Şəxs mailto:contact@shirvancourt.gov.azElektron ünvan ünvanladığı məktubda göstərilən halları “Regional İnsan Hüquqları və X1” İctimai Birliyinin 2021-ci ildə fəaliyyət göstərib-göstərməməsini, həmin birliyin möhür, ştamp, nizamnamə və digər hüquqmüəyyənedici sənədlərinin istintaq orqanı tərəfindən götürülüb-götürülməməsini, müsbət halda həmin sənədlərin Şəxs nə vaxt qaytarıldığını, Birliyin bank hesabının bağlanıb-bağlanmamasını araşdırmalı oğlduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Regional İnsan Hüquqları və X1” İctimai Birliyinin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmış, bank hesabları xx.xx.2022-ci il tarixdə bağlanmış, hazırda birliyin aktiv bank hesabı yoxdur. xx.xx.2015-ci il tarixdən xx.xx.2022ci il tarix aralığında vergi ödəyicisinin vergi tutulan və ya vergidən azad olunan dövriyyəsi olmamışdır. Həmçinin məhkəmə müəyyən etdi ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-46/2016 saylı, 06 aprel 2016-cı il tarixli hökmü ilə Şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-nin 178.3.2-ci maddəsi ilə ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin faktiki hallarından göründüyü kimi inzibati protokol tərtib edilərkən birliyin fəaliyyəti dayandırılmış və xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarix aralığında vergi ödəyicisinin vergi tutulan və ya vergidən azad olunan dövriyyəsi olmamışdır. Həmçinin birliyinin fəaliyyəti üzrə məsul şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd edilən səbəblərdən də hər hansı maliyyə hesabatlarının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetmədikdə barəsində inzibati xata haqqında protokol tərtib edilmiş şəxs təqsirsiz hesab edilir. Həmçinin inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, “Regional İnsan Hüquqları və X1” İctimai Birliyinin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Hüquqi şəxs “Regional İnsan Hüquqları və X1” İctimai Birliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar