Məhkəmə qərarları › İş №3(032)-696/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-696/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-696/2023 19.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, xx.xx.1960-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ 12013142 nömrəli protokol üzrə xx.xx.2022-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-ci maddəsi ilə təqsirli bilinərək 250 manat miqdarında cərimə edilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla, habelə inzibati xəta haqqında protokollara əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 izahat verərək bildirdi ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə xx.xx.2022-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-ci maddəsi ilə təqsirli bilinərək 250 manat cərimə edilmiş, cəriməni qanunla müəyyən edilmiş müddət ərzində ödəyə bilməmişdir. Nəticədə onun 400 manat məbləğində borcu yaranmışdır. Hazırda xx.xx.2022-ci il tarixli qərara əsasən 250 manat miqdarında cəriməni və 150 manat dəbbə olmaqla ümumilikdə 400 manat məbləğində ödəniş etmiş, onun qalıq borcu yaranmamışdır. Odur ki , onun inzibati məsuliyyətdən azad olunması barədə qərar çıxarılmasını xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi olmasına baxmayaraq qərar qəbul edilənədək inzibati xəta törətmiş şəxs cərimə və dəbbə pulunu ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, EQ 12013142 nömrəli protokol üzrə ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qərar qəbul edənədək xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ 12013142 nömrəli protokol üzrə xx.xx.2022-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-ci maddəsi ilə təqsirli bilinərək 250 manat miqdarında cəriməni, 150 manat dəbbəni ümumilikdə 400 manat məbləğində cəriməni ödədiyindən və qalıq borcu qalmadığından, o inzibati məsuliyyətdən azad olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutub,məhkəmə qərara aldı: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar