Məhkəmə qərarları › İş №3(032)-7/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-7/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-7/2023 10.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ xx.xx.2000-ci ildə Şirvan şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 09 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokola görə, Şəxs 09 yanvar 2023-cü il tarixdə, saat 11.20 radələrində "xxxx" MMC-də baş vermiş oğurluqla bağlı şəhərin M.Mirzəyev küçəsində saxlanılıb polis şöbəsinə gətirilən zaman polisin qanuni tələbinə qəsdən əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə qonşuluqda yaşayan Mirdamət adlı şəxslə onun evindən 1 ədəd təkər götürərək xahişi ilə satmağa aparmış, ona mülki geyimdə bir nəfər yaxınlaşaraq oğurluq əməli törətməsini bildirmiş və polisə getməsi olduğunu demişdir, o isə oğurluq etmədiyini bildirmişdir. Sonra isə onu polis əməkdaşları polis şöbəsinə gətirmişlər, şöbədə həmin təkərin oğurluq olduğunu bilmiş, həmin oğurluqda heç bir iştirakı olmamışdır. Polisə qarşı heç bir hörmətsizlik etməmiş, tabesizlik göstərməmişdir. İİ Qarabağ müharibəçisi iştirakçısıdır, qazidir. Polisə heç bir müqavimət göstərmədiyi halda hansı səbəbdən onu polis şöbəsinə apardıqlarının səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 11:20 radələrində vətəndaş X1 Şirvan şəhər ərazisində yerləşən "xxxx" MMC-də baş vermiş oğurluq hadisəsi ilə bağlı Şirvan şəhər polis şöbəsinə etdiyi müraciəti əsasında oğurluq əməlini törətməkdə şübhəli olan vətəndaş Ağayev X5 şəhər M.Mirzəyev küçəsində saxlanılıb polis şöbəsinə gətirilən zaman o ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq səs-küy salaraq polis şöbəsinə getməkdən imtina etmişdir. Çətinliklə də olsa həmin şəxsi polis şöbəsinə gətirmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi polis işçisi və ya hərbi qulluqçusu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən irəli sürdüyü qanuni tələblərə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, polis əməkdaşı Şəxs polis şöbəsinə gətirən zaman o ictimai qaydanı pozmamış, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər Polis Şöbəsinə getmişdir. Bundan əlavə məhkəmə iclasında şahid qismində izahat vermiş polis barəsində icraat aparılan şəxsin onlara göstərdiyi tələblərə qəsdən tabe olmamasının konkret hansı hərəkətdən ibarət olması barədə sualı cavablandıra bilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə sübutlara və işin faktiki hallarına qiymət verərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar