Məhkəmə qərarları › İş №3(032)-7/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-7/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-7/2024 17.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Alışova Arzu Tahir qızının katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ/ 17997863 saylı elektron qərarından verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/17997863 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək cərimə məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda X3 buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli EQ/17997863 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ/17997863 saylı qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ/17997863 saylı qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması vəsatəti təmin edilmədiyindən, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ/17997863 saylı elektron qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 130.2ci maddələrini rəhbər tutub, qərara aldı: X2 Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X1 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ/ 17997863 saylı elektron qərarından verilmiş şikayət geri qaytarılsın. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar