Məhkəmə qərarları › İş №3(032)-702/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-702/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-702/2025 01.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, X1 Gəncə şəhər X9 Şöbəsi polis mayoru X2 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə müəyyən etdi : X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində Gəncə şəhər X9 Şöbəsi polis mayoru X2 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə istifadəsində olan mobil telefona bildiriş gəlməklə barəsində inzibati tənbeh vermə haqqında TP ******* nömrəli elektron qərar qəbul edilmişdir. Elektron qərarı əldə etdikdə məlum olmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 332.3, 332.1, 327.6 və 327.1-ci maddələrinin tələblərinin pozmasını qeyd edilmişdir. Hesab edir ki, qeyd edilən elektron qərar qanunsuz və əsassız tərtib edilmişdir. İlk öncə qeyd etmək istəyir ki, elektron qərarda qeyd edilən “Mercedes Benz C200 CDİ minik” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə onun heç bir aidiyyəti yoxdur. Qərarda onun qeydiyyat ünvanı səhvən ünvan 1ə iclasının vaxtı və yeri barədə qərardan şikayət verən şəxs X3 məhkəmə bildirişi göndərilmiş, lakin X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Gəncə şəhər X9 Şöbəsinə məhkəmə bildirişi göndərilmiş, lakin Gəncə şəhər X9 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Qeyd olunan məsələ ilə bağlı sübutların (elektron qərar, videgörüntü və digər əhəmiyyətli sübutlar) təqdim edilməsi məqsədilə məhkəmə tərəfindən Gəncə şəhər X9 Şöbəsinə məktub göndərilmiş, məktuba cavab olaraq X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 332.1 və 332.3 -cü maddələri tərtib edilmiş olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəməyə göndərilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: İXP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:30-da “Mercedes Benz C200 CDİ minik” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Gəncə şəhərində idarə edərkın X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 , 332.1 və 332.3 -cü maddələrinin tələblərini pozduğuna görə protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərara əsasən X4 xx.xx.2025-ci il tarixdə saat 17:30-da xətanın yeri olan Gəncə şəhər X9 Şöbəsi ərazisində “Mercedes Benz C200 CDİ minik” markalı **-KO-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaq olmaqla, nəqliyyat vasitəsinin etibaramə olmadan idarə edilməsinə görə,yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 , 332.1 və 332.3 -cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Belə ki, məhkəmə inzibati qərarı qəbul etmiş Gəncə şəhər X9 Şöbəsinə sorğu ünvanlayaraq qərarın qəbul edilməsi üçün əsas olan sübutların məhkəməyə göndərilməsini tələb etsə də, səlahiyyətli orqan nə nümayəndənin iştirakını təmin etməmiş, nə də ki, sübutları məhkəməyə təqdim etməmiş, yanlız şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərarı məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, habelə onun təqsirli olmasını sübut etmək vəzifəsi inzibati xəta haqqında iş üzrə icraata başlamış səlahiyyətli orqanın (vəzifəli) şəxsin üzərinə düşdüyündən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, təqsirliliyi sübuta yetirilmədiyindən X1 şikayəti təmin olunmalı, barəsində Gəncə şəhər X9 Şöbəsi polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X4 barəsində Gəncə şəhər X9 Şöbəsi polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar