Məhkəmə qərarları › İş №3(032)-707/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-707/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-707/2024 23.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə , xx.xx.1976-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Azayev X9 şəhər Məhkəməsinin 2(032)-2141/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 105330 manat məbləğində pulun alınaraq tələbkar X3, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli , 2(006)-2118/2022 saylı icra vərəqəsinə əsasən 94541 manat 25 qəpik manat məbləğində pulun alınaraq tələbkar X6 və Şirvan şəhər Məhkəməsinin 2(032)-66/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən 6000 manat məbləğində pulun alınaraq tələbkar X5 verilməsi barədə tələbin icrasından boyun qaçıraraq Şirvan şəhəri üzrə İcra şöbəsinin icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 23 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 11 iyun 2016-cı ildən 03 aprel 2024-cü il tarixədək cəzaçəkmə müəssisəndə cəza çəkmişdir. Bu səbəblə əlaqədar icra sənədlərini vaxtında icra etmək imkanı olmayıb. O, həmçinin hal-hazırda işsiz olduğunu, borcu birdəfəlik ödəməyə maddi imkanının olmadığını, lakin əvvəlki işini yenidən bərpa etməyə çalışdığını və borcun ödənilməsindən boyun qaçırmadığını bildirdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X7 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-2141/2018 saylı, xx.xx.2018-ci il tarixli saylı icra vərəqəsinə əsasən 105330 manat məbləğində pulun alınaraq tələbkar X3, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli , 2(006)-2118/2022 saylı icra vərəqəsinə əsasən 94541 manat 25 qəpik manat məbləğində pulun alınaraq tələbkar X6 və Şirvan şəhər Məhkəməsinin 2(032)- 66/2013 saylı, xx.xx.2013-cü il tarixli saylı icra vərəqəsinə əsasən 6000 manat məbləğində pulun alınaraq tələbkar X5 verilməsi qət edilmişdir. Borcluya “icraata başlamaq haqqında” qərarlar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilməsinə baxmayaraq icra sənədləri üzrə tələb icra edilməmişdir. Şəxs bugünə kimi üç icra sənədi üzrə ödənilməyən 205871 manat 25 qəpik borcu qalmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Azayev X9 şəhər Məhkəməsinin 2(032)-2141/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli , 2(006)-2118/2022 saylı və Şirvan şəhər Məhkəməsinin 2(032)-66/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədləri üzrə yaranmış 205871 manat 25 qəpik borcun ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş: xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs 105300 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs 6000 manat məbləğində pulun tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, borclu Şəxs 105300 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli Şirvan şəhər Polis Şöbəsinin məktubunun surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Bakı şəhər Ağır Cinayətlər Məhkəməsi tərəfindən 9 il müddətində həbs olunmuşdur. Borclu Şəxs həbsdə olduğu üçün borclunun axtarış elan edilməsi barədə qərar açılmadan geri qaytarılır. İnzibati xəta haqqında protokola əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-2141/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-66/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs xx.xx.2024-cü il tarixli yazılı izahatından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-2141/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli , 2(006)-2118/2022 saylı və Şirvan şəhər Məhkəməsinin 2(032)-66/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədləri üzrə borcu xx.xx.2016-cı ildən xx.xx.2024-cü il tarixədək 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Bu səbəbdən icra sənədlərini vaxtında icra etmək imkanı olmamışdır. Hazırda işsiz olduğundan və maddi imkanı olmadığından borcu bir dəfəyə ödəyə bilmir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin onun 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla, 2024-cü ilin aprel ayında azad olunduğu, cəmiyyətə adaptasiyası və inteqrasiyası imkanı üçün müəyyən vaxt tələb olunduğu üçün, məhkəmə həmin müddətin az olmasını İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azayev X8 törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar