Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-709/2024 26.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-353/2011 nömrəli və xx.xx.2017-ci il tarixli, 2(032)-2418/2017 nömrəli icra sənədlərinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(032)-353/2011 saylı, xx.xx.2011-ci il tarıxli icra vərəqəsinə əsasən xx.xx.2002-ci ildə anadan olmuş X5 və xx.xx.2004-cü ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün əvvəli 07 aprel 2011-ci il tarıxdən hesablanmaqla borclu Şəxs hər ay 100 manat alimenti tutularaq tələbkar X2 verilməlidir. Şirvan Şəhər Məhkəməsmin 2(032)-2418/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən aliment məbləği artırılaraq hər ay hər bir uşaq üçun 100 manat olmaqla, cəmi 200 manat borclu Şəxs Adıgozəl oğlundan tutularaq tələbkar X2 verilməlidir. Borcluya hər bir iş üzrə “icraata başlamaq haqqında” qərar, tələbin könüllü icrası haqqında bildiriş verilməsinə, dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borc məbləğini tələbkara ödəməyərək icra sənədini tam icra etməmişdir. İcra sənədinin icrasının təmin olunması məqsədilə dəfələrlə dəvət olunmasına baxmayaraq, icra məmurunun çağırışlarına və qanuni tələblərinə məhəl qoymayaraq qətnamənın icrasından boyun qaçırmışdır. Borclunun yaşayış yeri məlum olmadığı üçün barəsində axtarış qərarı qəbul edilərək Şirvan şəhər Polis şöbəsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə gətirilərək İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Hazırki vaxtda Şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən 7442 manat xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən isə 8900 manat olmaqla, ümumilikdə 16342 (on altı min üç yüz qırx iki) manat aliment borcu vardır. Beləliklə borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi əsasında protokol tərtib edilməsi zərurəti yaranmışdır. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Şirvan şəhər məhkəməsinin 2(032)-353/2011 saylı, xx.xx.2011-ci il tarıxli icra vərəqəsinə əsasən xx.xx.2002-ci ildə anadan olmuş X5 və xx.xx.2004-cü ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün əvvəli 07 aprel 2011-ci il tarixdən hesablanmaqla ondan hər ay 100 manat alimenti tutularaq tələbkar X2 verilməsi, Şirvan şəhər məhkəməsinin 2(032)-2418/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən aliment məbləği artırılaraq hər ay hər bir uşaq üçun 100 manat olmaqla, cəmi 200 manat ondan tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həbsdən çıxandan sonra səhhəti ilə bağlı iş tapa bilməmiş və maddi imkanı çətin olduğuna görə alimenti ödəyə bilməmişdir. Hazırda aliment borcundan heç bir ödəniş edə bilmir, vaxt verilərsə 1 həftə ərzində 1000 manat, qalan borcundan isə hər ay 300 manat ödəyə bilər. Sonda barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-353/2011 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2002-ci ildə anadan olmuş X5 və xx.xx.2004-cü ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün əvvəli 07 aprel 2011-ci il tarıxdən hesablanmaqla borclu Şəxs hər ay 100 manat alimenti tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-2418/2017 nömrəli icra vərəqəsinə əsasən Şirvan şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(0320)-353/2011 saylı məhkəmə qətnaməsi ilə aliment məbləği artırılaraq hər ay hər bir uşaq üçun 100 manat olmaqla, cəmi 200 manat borclu Şəxs Adıgozəl oğlundan tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)- 353/2011 nömrəli və xx.xx.2017-ci il tarixli, 2(032)-2418/2017 nömrəli icra vərəqələri üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhər Məhkəməsinin 03 mart 2014-cü il tarixli, 3(032)-24/2014 saylı hökmü ilə Şəxs Azərbaycan Respublikası CM-nin 306-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay maddədinə məhrum etmə cəzasına məhkum edilməsi, Şirvan şəhər Məhkəməsinin 30 iyun 2010-cu il tarixli hğkmü ilə Şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 2 il istintaq müddəti müəyyən edilməklə 2 il 11 ay 28 gün müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilməsi və ona Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmü üzrə təyin olunmuş cəzaya Şirvan şəhər Məhkəməsinin 30 iyun 2010-cu il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(003)-158/2022 saylı hökmü ilə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 12 fevral 2022-ci il tarixdən hesablanmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Axtarışda olan borclunun yerinin müəyyən edilməsi barədə protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 10:25-də Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Şəxs əməlində iş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(032)-353/2011 nömrəli və xx.xx.2017-ci il tarixli, 2(032)-2418/2017 nömrəli icra vərəqələri ilə Şəxs tutulmalı olan pulun borclu tərəfindən ödənilməməsi, icra sənədinin icrasını təmin etməməsi Şəxs məhkəmə qərarı ilə cərimə növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda cərimənin ödəniləcəyi imkanını istisna edir. Ona görə də, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkara olan borcunu ödəmədiyini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Axtarışda olan borclunun yerinin müəyyən olunması barədə xx.xx.2024-cü il tarixlli protokolun surətindən görünür ki, Şirvan şəhər sakini Şəxs yeri Şirvan şəhəri ərazisində müəyyən edilərək Şirvan şəhər Polis Şöbəsinə gətirilmiş və protokol tərtib edilərək xx.xx.2024-cü il tarixdə, saat 10:25-də Şirvan şəhər İcra və probasiya şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu, yəni 26 avqust 2024-cü il tarixdən, saat 10:25-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 26 avqust 2024-cü il tarixdən, saat 10:25-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-709/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-709/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver