Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-711/2023 30.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.4-cü maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs 28 mart 2023-cü il tarixdə saat 19:40 radələrində özünə məxsus «VAZ-21033» minik markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilini arxa-arxaya hərəkət etdirərək Şirvan şəhəri L-nt İbrahimov küçəsindən çıxarkən düzünə hərəkətdə olan «Nıssan-Qashqai» markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «Nıssan- Qashqai» markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi ziyan yetirmişdir. İnzibati xəta hadisəsinin olması 28 may 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 28 mart 2023-cü il tarixdə saat 19:40 radələrində özünə məxsus «VAZ-21033» minik markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilini arxa-arxaya hərəkət etdirərək Şirvan şəhəri L-nt İbrahimov küçəsindən çıxarkən düzünə hərəkətdə olan «Nissan-Qashqai» markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı heç bir xəsarət almamış və sərxoş olmamışdır. Dəymiş ziyanı ödəməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, 28 mart 2023-cü il tarixdə saat 19:40 radələrində idarə etdiyi «Nissan-Qashqai» markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri L-nt İbrahimov küçəsi ilə hərəkətdə olan zaman sol tərəfdən, qarşısından arxa-arxaya çıxan «VAZ-21033» minik markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş, nəticədə onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Lakin hadisə zamanı heç bir xəsarət almamış və sərxoş olmamışdır. Dəymiş maddi ziyan ona ödənilməmişdir. Ziyanın ödənilməsini tələb edir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1,327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş AC seriyalı 080086 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ-21033» minik markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş AD seriyalı 203067 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, VAZ-21033» minik markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobilin mülkiyyətçisi X2 tərəfindən Şəxs 7 ay 12 gün müddətinə verilib və xx.xx.2023-cü il tarixədək qüvvədədir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 25 may 2023-cü il tarixli rəy aktından görünür ki, «Nıssan-Qashqai» markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4 215 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs nın Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edildi ki Şəxs nın Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi hazırki iş üzrə törədilmiş inzibati xətalardan biri, yəni Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq rayon (şəhər) məhkəmələrinin, digərləri isə yəni Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Baş X8 İdarəsinin rəisinin, onun müavinlərinin, Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisinin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X8 İdarəsinin rəisinin, ərazi polis orqanlarının X8 idarələrinin, şöbələrinin rəislərinin, onların müavinlərinin, ərazi polis orqanlarının X8 bölmələrinin rəislərinin, ərazi polis orqanlarının X8 qruplarının rəhbərlərinin səlahiyyətinə aiddir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs nın həmin hissədə əməlinə qiymət verilməsi üçün material Şirvan şəhər Polis Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: xx.xx.2001-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Şirvan şəhər Polis Şöbəsinə göndərilsin. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-711/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-711/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver